featured-image-2721

Əbu Hureyra (ra) rəvayət edir:

“Bir gün yoldaşlarımızla oturmuşduq.Söhbətin sonunda Peyğəmbəri (sas) soruşduq.İçimizdən heç kim onu (sas) görməmişdir.Axtardıq.Amma tapa bilmədik.Maraqlı idi: “Görəsən hara gedib?!”

Mən, Əbu Bəkr (ra) və Ömər (ra) peyğəmbəri (sas) tapmaq üçün üç ayrı istiqamətə getdik.Sonda Rasulullahı (sas) mən tapdım.O (sas) Mədinəli bir səhabənin bağında oturmuşdur.Peyğəmbərə (sas) yaxınlaşdım.Məni gördükdə:

-Haradan gəlirsən, ey Əbu Hureyra?-deyə soruşdu. Mən:

-Ey Allahın elçisi, səni tapa bilmədik.Narahat olduq.Hərəmiz bir istiqamətə getdik.Bütün Mədinə sizi axtarır, ya Rasulullah! Peyğəmbər (sas) buyurdu:

-Əbu Hureyra, insanların yanına qayıt və bunları söylə: “Kim Allahdan başqa ibadətə layiq ilah olmadığına və mənim Onun rəsulu olduğuma ixlaslı bir şəkildə iman etsə Cənnətə daxil olar.” (Muslim, İman 10/31-52)

Peyğəmbərimizin (sas) verdiyi bu müjdəni eşidən Əbu Hureyra (ra) cəld şəkildə bağdan çıxdı.Mədinə istiqamətində sürətlə qaçmağa başladı.Bir qədər getmişdir ki, yolda Öməri (ra) gördü. Əbu Hureyra (ra) Peyğəmbəri (sas) bir səhabənin bağında tapdığını və ondan müjdə aldığını dedikdə Ömər (ra) soruşdu:

-Ya Əbu Hureyra, o nə müjdədir?

– Kim Allahdan başqa ibadətə layiq ilah olmadığına və mənim Onun rəsulu olduğuma ixlaslı bir şəkildə iman etsə Cənnətə daxil olar.Bunu eşidən Ömər (ra) buyurdu:

-Qayıt! Rasulullaha (sas) de ki, “Ey Allahın Rəsulu, Ömər bu müjdəni eşidərkən insanların tənbəllik edəcəyindən qorxdu.Bu müjdəni gizli saxlasaq olarmı?-deyə soruşdu.

Hər ikisi geri-peyğəmbərin (sas) yanına qayıtdılar.Əbu Hureyra (ra) kədərli halda Ömərin (ra) onu geri qaytardığını və müjdəni xalqa çatdırmağına mane olduğunu söylədi. Rasulullah (sas) Ömərə (ra) baxıb:

-Ya Ömər, niyə Əbu Hureyraya mane oldun? Ömər (ra) buyurdu:

-Ya Rasulullah, Qorxdum ki, insanlar bu müjdəni eşidib rahatlaşarlar və ibadətdə zəifləyərlər.Gəlin bu müjdəni gizli saxlayaq və onlar da ibadətlərinə davam etsinlər. Rasulullah (sas) gülümsədi və sakit səslə dedi:

-Yaxşı, buraxın ibadət etsinlər!

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı