featured-image-2707

Sual: Bir həkim var və təcili cərrahiyyə əməliyyatlarına cəlb olunur . Bəzən bu o mənaya gəlir ki, o namazın vaxtı çıxana qədər həddən artıq məşğul olur. Belə olduğu o nə etsin? Ona deyiblər ki, bu cür vəziyyətdə belə o namazı istənilən yolla da olsa qılmalıdır. Bunun çıxış yolu nədir? Allah sizi xeyirlə mükafatlandırsın.

Cavab:

Həmd Allaha məxsusdur.

Müsəlmanın üzərinə düşən vacib vəzifə namazı vaxtında qılmaq və onu namazdan yayındıracaq hər hansı bir şeyə yol verməməkdir. Onun nəzarətində olmayan hallar kimi fövqəladə, təxirəsalınmaz hadisələrin baş verməsi (zərurət halı) bundan istisnadır. Bura aiddir: boğulmaqda olan bir kəsi xilas etmək və yaxud yanmaqda olan evdən insanları xilas etmək və ya hücum edəcəyindən qorxulan düşmənin həmləsinin qarşısını almaq. Bu hallarda bu səbəbdən namazı vaxtı çıxsa belə gecikdirməkdə bir xəta yoxdur. Lakin heç bir təhlükənin olmadığı adi məsələlərdə, onlara görə namazı gecikdirmək icazəli deyil.

Məkkə camaatı Əhzab günü Mədinəni mühasirəyə aldıqda Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) zöhr və əsr namazını məğribdən sonraya (digər bir rəvayətdə isə əsr namazını məğrib namazından sonraya) qədər gecikdirdiyi hədislə sabit olmuşdur. Çünki həmin vaxt onun (Ona Allahın salavatı və salamı olsun) başı döyüşə qarışmışdı. Eləcə də, sübuta yetirilib ki, Səhabələr (Allah onlardan razı olsun) Tastarı mühasirəyə aldıqda şəfəq sökülənə qədər döyüş davam etmiş və insanlar divarlara dırmaşaraq şəhərin darvazalarının ağzına kimi gəlmişdilər. Səhabələr qələbə gələnə qədər fəcr namazını gecikdirmiş, sonra duhanın vaxtında (gün çıxdıqda) namazı qılmışdılar ki, şəhəri fəth etmək imkanını əldən verməsinlər. Bu cür vəziyyətlərdə namazı gecikdirməyə icazə verilir. Müsəlmanların içində qalıb çıxa bilmədikləri yanğın olarsa, bu halda diqqəti onları xilas etməyə yönəltmək icazəlidir. Çünki, şəriət ilə həyatları qorunan müsəlmanları xilas etmək olduqca mühüm bir vəzifədir və həm də, bu cür təhlükənin qarşısını yalnız namazı gecikdirməklə almaq mümkündür, namaz bu halda etibarlı bir səbəbdən tərk olunur, odur ki, bu halda namazı gecikdirmək olar. Eləcə də, xəstəlk və səfər səbəbindən namazı gecikdirmək və birləşdirmək icazəlidir. Odur ki, boğulmaqda olan və yaxud yanmaqda olan və s. bir şəxsi xilas etmək üçün namazları vaxtı çıxandan sonraya qədər ertələmək və yaxud əsr və fəcr namazlarını öz vaxtlarından sonraya ertələmək icazəlidir.

Fətəvə nurun alə-darb, 2/758

Əbdüləziz ibn Abdullah ibn Bəzz

Bənzər Məqalələr