featured-image-2684

Sual: Asiliklərdən əziyyət çəkirdim. Günlərin bir günü və günah etdikdən bir gün sonra çox dərindən peşman oldum və özümü söyməyə başladım. Daha sonra barmağımı qaldırdım və dedim: “And olsun ki, bu adəti bir də etsəm 500 riyal sədəqə vermək və bir daha etsəm bu məbləği sədəqə vermək mənim üzərimə nəzir olsun”, yəni hər dəfə bu günahı etsəm 500 riyal sədəqə verdiyimə dair nəzir dedim. Bununla belə bu günahı dəfələrlə təkrarladım.

Sualım belədir: Belə halda nə edim. Belə ki, indiyə qədər hələ heç bir riyal sədəqə verməmişəm. Bu günahı neçə dəfə etdiyimi bilmirəm. Lakin uzun müddət etmişəm. Xahiş edirəm mənə nəsihət edin. Allah sizi xeyirlə mükafatlandırsın.

Cavab: Həmd Allaha məxsusdur.

Birincisi: Günah etməmək üçün sələfdən bəziləri nəzir edərdi. Onlar bununla özlərini cəzalandırmaq və günaha düşməmək üçün özlərini ədəbləndirirdilər. Lakin onlar bu nəziri gücü çatdıqları və iqtidarında olduqları şeylərə görə edirdilər.

Hərmələ demişdir: Mən İbn Vahbın belə dediyini eşitdim: Nəzir dedim ki, hər dəfə birinin qeybətini etsəm bir gün oruc tutacam və bu (oruc tutmaq) məni tükəndirdi. Çünki mən qeybət edirdim və oruc tuturdum.

Ona görə də niyyət etdim ki, hər dəfə bir kəsin qeybətini etsəm bunun əvəzinə bir dirhəm sədəqə verəcəm. Dirhəmə olan sevgimdən dolayı qeybət etmək vərdişindən əl çəkdim.

İmam Zəhəbi demişdir: Baxın, vallahi alimlər belə idi. Bu faydalı elmin səmərəsindən biridir.

Siyar Əlam əl-Nubala, 9/228

And içmədən və yaxud nəzir demədən günahlardan imtina etmək müsəlman üçün ən yaxşısıdır. Bundan məqsəd odur ki, o andını pozmaq və ya nəziri yerinə yetirməmək ilə özünü buna məruz qoymasın.

İkincisi: Müəyyən bir əməldən çəkinmək niyyətilə bir kəs nəzir edirsə, o zaman o kəs ya nəzirini pozur, ya da pozmamaq kimi iki hal arasında olur.

Nəzirini pozmursa bu halda heç bir şey etməməlidir. Nəzirini pozursa o zaman ona iki seçim verilir:

Ya nəzirini yerinə yetirməli

Ya da kəffarətul yəmin verməlidir (nəziri pozduğuna görə kəffarət)

İbn Qudamə əl-Muğni əsərində 13-cü cild 461-ci səhifədə buyurur:

Əgər özünü və yaxud başqa birini bir şey etməkdən çəkindirmək üçün nəzir deyirsə və yaxud onu bir şeyə həvəsləndirmək üçün belə edirsə, məsələn: “Mən Zeydlə danışsam o zaman mənim üzərimə Həcc və yaxud malımı sədəqə vermək və ya bir il oruc tutmaq haqq olsun”, bu and sayılır və hökm belədir ki, onun a) and içdiyini yerinə yetirməklə, b) nəzirini pozmaq arasında seçimi qalır.

Birinci halda o heç bir şey etməməlidir. Beləliklə, nəzir etdiyi şeyi yerinə yetirməklə andın kəffarəsini ödəmək arasında ona seçim verilir.

Buna ümidsizlik, çarəsizlik və qəzəb nəziri deyilir. O bunu (nəzirini) yerinə yetirməməlidir. Bu qövlün tərəfdarları Ömər, İbn Abbas, İbn Ömər, Aişə, Hafsa və Zeynəb bint Əb Sələmədir. Həmçinin Şafilərin rəyidir.

Muhəmməd Saleh əl-Münəccid

Bənzər Məqalələr