featured-image-2547

Sual: Bayram namazından sonra bayram xütbəsinə kimi fitrə zəkatını çıxarmağı unudan barədə hökm nədir?

Cavab: Fitrə zəkatını Bayramdan öncə çıxarmaq vacibdir və kim bunu etməyi unudarsa ona bir günah yoxdur, sadəcə bundan sonra çıxarmalıdır. Çünki fitrə zəkatını çıxarmaq öhdəlikdir (vacibdir), odur ki, yadına düşdükdə bunu çıxarmaq vacib olur və elm əhli arasında olan iki rəydən ən doğru olanına görə fitrə zəkatını bilərəkdən Bayramdan sonraya kimi gecikdirmək icazəli deyil. Çünki, Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) müsəlmanlara əmr etmişdir ki, fitrə zəkatını Bayramdan (İid) öncə çıxarsınlar.

Ramazan fətvaları, cild 2, səh. 931-932, Fətva N914
Şeyx Əbdüləziz ibn Abdullah ibn Bəzz, “Fətvalar Məcmusu”, cild 3, səh.101

Bənzər Məqalələr