featured-image-2496

1. Allah Rəsulu: “Din nəsiyyətdir/səmimiyyətdir!”-buyurdu. “Kimə, Ya
Rəsulullah?”-deyə soruşduq. O da: ”Allaha, Kitabına, Peyğəmbərinə, Müsəlmanların
idarəcilərinə və bütün müsəlmanlara”-deyə cavab verdi. (Tirmizi)

2. İslam gözəl əxlaqdır. (Kenzül-Ummal)

4. Asanlaşdırın, gücləşdirməyin, müjdələyin, nifrət etdirməyin.(Buxari, Müslim)

5. İnsanların Peyğəmbərlərdən öyrəndikləri sözlərdən biri də: “Utanmadıqdan sonra
istədiyini et”-sözüdür. (Buxari, Əbu Davud)

6. Xeyrə vəsilə olan, xeyri edən kimidir. (Tirmizi)

7. Mömin bir dəlikdən iki dəfə sancılmaz. (Mömin bir səhvə iki dəfə düşməz) (Buxari,
Müslim)

8. Harda olursan ol, Allaha qarşı gəlməkdən çəkin; etdiyin pisliyin ardından bir
yaxşılıq et ki, bu onu yox etsin. İnsanlara qarşı gözəl əxlaqa görə davran.
(Tirmizi)

9. Allah, sizdən birinizin işi, əməli və vəzifəni sağlam və yaxşı (gözəl) etməsini
xoşlayar. (Təbərani, Beyhaki)

10. İman yetmiş iki dərəcədir, ən üstünü “Lə iləhə illəllah” (“Allahdan başqa ilah
yoxdur.”) sözüdür, ən aşağı dərəcəsi də rahatsız edici bir şeyi yoldan ***ürməkdir
(təmizləməkdir). Həya da imandandır. (Buxarı, Müslim)

11. Kim pis və çirkin bir iş görsə onu əliylə düzəltsin; əgər buna gücü çatmırsa
diliylə düzəltsin; buna da gücü çatmazsa, qəlbən qarşı qoysun (qəlbində o işə nifrət
etsin). Bu da imanın ən zəyif dərəcəsidir. (Müslim, Əbu Davud)

12. İki göz vardır ki, cəhənnəm atəşi onlara toxunmaz: Allah qorxusundan ağlayan
göz, bir də gecə Allah yolunda keşik çəkən göz. (Tirmizi)

13. Zərər vermək və zərərə zərərlə qarşılıq vermək yoxdur. (İbn Macə, Muvatta)

14. Heç biriniz özü üçün istədiyini (mömin) qardaşı üçün istəmədikcə (gərçək) iman
etmiş olmaz. (Buxari, Müslim)

15. Müsəlman müsəlmanın qardaşıdır: Ona zülm etməz, onu (düşmənə) təslim etməz. Kim
(mömin) qardaşının bir ehtiyacın həll etsə Allah da onun bir ehtiyacın həll edər.
Kim müsəlmanı bir sıxıntıdan xilas etsə, bu səbəblə Allah da onu qiyamət günü bir
sıxıntıdan xilas edər. Kim bir müsəlmanı(n qüsurun(eybin)) örtsə, Allah da qiyamət
günü onu(n qüsurun) örtər. (Buxari, Müslim)

16. İman etmədikcə cənnətə girməzsiniz, bir-birnizi sevmədikcə də (gerçək mənada)
iman etmiş olmazsınız. (Müslim, Tirmizi)

17. Müsəlman insanların əlindən və dilindən əmin olduğu kimsədir. (Tirmizi, Nesai)

18. Bir-birinizə üsyan etməyin, bir-birinizə həsəd etməyin, bir-birinizə arxa
çevirməyin; ey Allahın qulları, qardaş olun. Bir müsəlmana, üç gündən artıq (din)
qardaşı ilə küsülü olması halal olmaz. (Buxari)

19. Heç şübhə yoxdur ki, doğruluq yaxşılığa aparar, yaxşılıq da cənnətə. Adam doğru
söyləyə-söyləyə Allah qatında sıddik (doğru sözlü) deyə yazılar. Yalançılıq pisliyə
aparar, pislik də cəhənnəmə. Adam yalan danışa-danışa Allah qatında kəzzab (çox
yalançı) deyə yazılar. (Buxari, Müslim)

20. (Mömin) qardaşınla münaqişə etmə, onun xoşuna gəlməyəcək zarafatlar etmə və ona
yerinə yetirə bilməyəcəyin söz vermə. (Tirmizi)

21. (Mömin) qardaşına təbəssüm etmən sədəqədir. Yaxşılığı əmr edib pislikdən
çəkindirmən sədəqədir. Yolunu azan adama yol göstərmən sədəqədir. Yoldan daş, tikan,
sümük kimi şeyləri gotürüb atmağın da sənin üçün sədəqədir. (Tirmizi)

22. Allah nə sizin xarici görünüşünüzə, nə də malınıza baxar, amma o sizin
qəlblərinizə və işləriizə baxar. (Müslim, İbn Macə, Əhməd b. Hənbəl)

23. Allahın rizası, ana və atanın rizzasındandır. Allahın hirsi də ana-atanın
hirsindəndir. (Tirmizi)

24. Üç dua vardır ki, bunlar heç şübhəsiz qəbul olunar: Məzlumun duası, qonağın
duası, atanın övladına duası. (İbn Macə)

25. Heç bir ata övladına gözəl tərbiyədən daha üstün bir hədiyə verə bilməz.
(Tirmizi)

26. Sizin ən xeyirliniz, xanımlarına qarşı ən yaxşı davrananınızdır. (Tirmizi, İbn
Macə)

27. Kiçiklərimizə mərhəmət etməyən, böyüklərimizə hörmət etməyən bizdən deyildir.
(Tirmizi, Əbu Davud)

28. Peyğəmbərimiz işarə barmağı və orta barmağıyla işarə edərək: “Gərək özünə
gərəksə də başqasına aid hər hansı bir yetimi himayə etməyi öz üzərinə alan şəxslə
Mən, cənnətdə bax belə yanaşıyıq.”-buyurmuşdir. (Buxari, Müslim)

29. (İnsanı) həlak edən bu yeddi şeydən çəkinin. Onlar nədi ya Rəsulullah dedilər.
Buna: – Allaha şərik qoşmaq, sehir, Allahın haram qıldığı cana qıymaq, faiz yemək,
yetim malı yemək, döyüşdən (müharibədən) qaçmaq, günahsız və namuslu mömin qadınlara
iftira atmaq — deyə buyurdu. (Buxari, Müslim)

30. Allaha və axirət gününə iman edən kimsə, qonşusuna əziyyət etməsin. Allaha və
axirət gününə iman edən qonağına ikram etsin. Allaha və axirət gününə iman edən
kimsə, ya xeyir (söz) söyləsin, ya da sussun. (Buxari, Müslim)

31. Cəbrail Mənə qonşu haqqında o qədər çox tövsiyə etdi ki, mən (Allah Təala)
qonşunu qonşuya varis (mirasçı) edəcəyini zənn etdim. (Buxari, Müslim)

32. Dul və kasıblara kömək edən kimsə, Allah yolunda cihad edən və ya gündüzləri
(nafilə) oruc tutub, gecələri (nafilə) ibadətlə keçirən kimsə kimidir. (Buxari,
Müslim, Tirmizi, Nesai)

33. Hər insan xəta edər. Xəta edənlərin ən xeyirliləri tövbə edənlərdir. (Tirmizi,
İbn Macə)

34. Möminin başqa heç kimdə olmayan qəribə halı var; onun hər işi xeyirdir. Əgər
genişliyə (nemətə) qovuşsa şükredər və bu onun üçün xeyir olar. Əgər bir darlığa
(müsibətə) düşsə səbr edər və bu da onun üçün xeyir olar. (Müslim, Darim)

35. Bizi aldadan bizdən deyildir. (Müslim)

36. Söz daşıyanlar (cəzalarını çəkmədən və ya bağışlanılmadan) cənnətə girməzlər.
(Müslim, Tirmizi)

37. İşçiyə haqqını, (alnının) təri qurumadan verin. (İbn Macə)

38. Bir müsəlmanın əkdiyi ağac və ya əkindən insan, heyvan və quşların yedikləri
şeylər, o müsəlman üçün bir sədəqədir. (Buxari, Müslim)

39. İnsanda bir orqan var. Əgər o sağlamdırsa, bütün vücud sağlam alar; əgər o,
xəstələnsə bütün vücud xəstələnər. Diqqət edin! O, ürəkdir. (Buxari, Müslim)

40. Rəbbinizə qarşı gəlməkdən çəkinin, beş vaxt namaz qılın, Ramazan orucunuzu
tutun, mallarınızın zəkatın verin, idarəcilərinizə itaət edin. (Beləliklə)
Rəbbinizin cənnətinə girərsiniz. (Tirmizi)

—————–
Hazırlayan
Tamilla G.Mirzoyeva

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı