featured-image-2469

Rəvayət edilir ki, Huzeyfə demişdir: “Peyğəmbər (s.a.s) bizə iki hədis danış­mışdı. Mən onlardan birini artıq görmüşəm, o birisini isə gözləyirəm. Peyğəmbər(s.a.s) bizə xəbər vermişdir ki, əmanət (əməlisaleh) insaların qəlbinin dərinliyinə endiril­miş, sonra onlar Quranı, bunun ardından da sünnəni öyrənmişlər. Bundan başqa Pey­ğəm­bər (s.a.s) əmanətin yox olacağı barədə bizə bildirib demişdir: “Adam yatacaq və (yuxuda ikən) əmanət onun qəlbindən götürüləcək, (yerində isə) rəngsiz nöqtə boy­da izi qala­caq.

Sonra yenə yatacaq və (o yuxuda ikən əmanətin qalan hissəsi də onun qəl­bindən) götürüləcək, (yerində isə) suluğa bənzər izi qalacaq. Elə bil ki, (əlindəki) közü ayağının üstünə salmısan və onun düşdüyü yer suluqlayıb. Sən onun qabardığını görürsən, halbuki onun içi bomboşdur. O zaman insanlar bir-biriləri ilə sazişlər bağ­layacaq, amma heç kəs əmanəti qaytarmaq barəsində heç düşünməyəcək də. (İş o yerə gəlib çatacaq ki, camaat) deyəcək: “Filan qəbilə sakin­ləri arasında etibarlı bir adam vardır.” Birisinin barəsində: “O necə dərrakəli, necə bacarıqlı, necə dayanıqlı adam­dır!”- deyiləcək, halbuki onun qəlbində xardal dənəsi ağırlığında iman olmayacaqdır.”

Huzeyfə dedi: “Mən elə bir zamanda yaşamışam ki, həmin vaxt kiminlə alış-veriş edəcəyim məni narahat etməzdi. Belə ki, (iş gördüyüm adam) müsalman olar­dısa, (əmanəti) mənə İslam dini[1] qaytarardı, xristian olardısa, əmanəti mənə onun yaşadığı yerin rəhbəri qaytarardı. Bu gün isə mən ancaq filankəs və filankəslə iş görü­rəm.”Əbu Hureyra rəvayət edir ki, bir dəfə Peyğəmbər (s.a.s) camaatla söhbət edərkən bir bədəvi gəlib: “Qi­yamət nə zaman qopa­caq?” deyə soruşdu.” Peyğəmbər (s.a.s) isə söh­bətinə davam etdi. Orada­kılardan kimisi: “O, (bu bədəvinin) sözünü eşitdi, lakin bu onun xoşu­na gəlmədi”- dedi, kimisi də: “Xeyr, o, eşitmədi”- dedi. Nəhayət o, söhbə­tini bitirdikdən sonra: “Qiya­mət barədə soruşan adam harada­dır?”- deyə soruşdu. (Bədəvi): “Mən buradayam, ya Rəsulullah!”- de­yə cavab verdi. Peyğəmbər (s.a.s) r bu­yurdu: “Əmanət zay edildiyi zaman Qiyaməti gözlə.” (Bədəvi): “Əmanət necə zay edilə­cək?”- deyə soruş­du. Peyğəmbər (s.a.s) buyurdu: “İş, bacarıqsız adama tapşırıldığı zaman Qiyaməti gözlə.”

———–
Hazırlayan
Əzim Hesyn

Bənzər Məqalələr