featured-image-2372

Mərhəmətli və Rəhmli Allahın adı ilə
Bu kitabı sünnə və fiqh ustadı, məhşur alim şeyx-ul-islam ibn Qeyyim əl-Cavziya bir müsəlmanın məktubuna cavab olaraq yazıb. Məktudbda sual verilirdi:

Hörmətli alimlər, dini imamlar Allah onlardan razı olsun, günah edən insan barəsində nə deyirlər? Ona məlumdur ki, əgər belə davam etsə günahlar onun dünya və axirət həyatını korlayacaqdır və ona gorə o onlardan azad olmaq üçün istənilən imkanı istifadə edir, lakin hər dəfə fitnə ocağı yeni güclə alovlanır. Buna son qoymağın yolu varmı? Bundan necə azad olmaq olar? Şübhəsiz, Allah fitnəyə düşən kəsə yardım göstərənə rəhm edər, çünki O, qardaşına kömək etməkdə olan qula yardım edər. Bizə məsləhət verin, Allah sizə rəhm etsin və mükafatlandırsın!

Hər xəstəliyə dərman var
Allaha həmd olsun! “Səhih” əl-Buharidə Əbu Hüreyrənin hədisi rəvayət edilir ki, Peyğəmbər (sav) , deyib: “Allah elə bir xəstəlik göndərməyib ki, onun müalicəsini göndərməsin”.

“Səhih” Müslimdə Cabir bin Abdullahın hədisi rəvayət edilir ki, Peyğəmbər(sav) , deyib: “Hər xəstəliyə dərman var və əgər xəstəliklə dərman üst-üstə düşərsə onda Allahın izni ilə şəfa gələr”.

Imam Əhmədin “Müsnəd”ində Usama bin Şureykanın hədisi rəvayət olunur ki, Peyğəmbər (sav) , deyib: “Şübhəsiz Allah elə bir xəstəlik göndərməyib ki, onun müalicəsini göndərməsin. Bəziləri onu bilir digərləri isə bilmir”.

Digər rəvayətdə deyilir: “Şübhəsiz Allah şəfasını və ya dərmanını vermədiyi xəstəlik qoymayıb, yalnız birindən başqa”. Ondan soruşdular: “O nədir, ey Allahın Rəsulu?” O dedi: “Qocalıq”. Ət-Tirmizi hədisi səhih adlandırıb.

Bu qəlbin, ruhun və bədənin bütün xəstəliklərinə və habelə onların müalicə yollarına aiddir. Peyğəmbər cahilliyi xəstəlik adlandırıb, ondan müalicəni isə alimlərə müraciət etməni göstərib.
Əbu Davud “Sunanə”də Cabir bin Abdullahın sözlərindən rəvayət edib: “Biz səfərə çıxdıq və bizdən birimizə daş dəyərək başını yardı. Yuxuda o cünub oldu və o yol yoldaşlarından soruşdu: “Mən qumla təyəmmüm edə bilərəm?” Onlar cavab verdi: “Zənn edirik ki, əgər sən su ilə çimə bilərsənsə onda təyəmmüm etməməlisən”. O çimdi və vəfat etdi. Qayıtdıqdan sonra insanlar bu barədə Allahın Rəsuluna , söylədilər və o dedi: “Onlar onu öldürdülər! Allah da onları öldürsün! Onlar bilmədiklərini nə üçün soruşmadılar?! Şübhəsiz cahilliyin müalicəsi sualdır. Ona qumla təmizlənib, yarasını sarımaq, sarğıya məss çəkmək və bədəninin qalan hissəsini yumaq kifayət idi”.
O xəbər verdi ki, cahillik — müalicəsi sual olan xəstəlikdir.

———————-
XƏSTƏLİK VƏ MÜALİCƏ
(Əl-CAVAB Əl-KAFİ)
İbn Qeyyim
www.islamevi.az

Bənzər Məqalələr