featured-image-2356

Aişə — radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: “Canlı məxluqların beş növü vardır ki, onların hər biri zərər gətirər. Bu səbəbdən də onları həm Haram olan torpaqda (Məkkədə), həm də ondan kənarda öldürmək olar. Onlar — Əqrəb, Çalağan, Qarğa, Siçan və vəhşi itdir”. Buxari 3314, Müslim 1198.
Həmçinin hədislərdə öldürülməsi əmr olnanlar içərisində: Qara it, Kərtənkələ, İlan və s. əmr edilmişdir.

Sad b. Əbu Vaqqas — radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — kərtənkələlərin(1) öldürülməsini əmr etdi”. Müslim 2238. Lakin bu hədisdə söhbət kiçik həcimli kərtənkələlərdən gedir. O, ki qaldı böyük kərtənkələ sayılan Varana onu yemək olar. İbn Ömər — radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — dən Varanın yeyilməsi barəsində soruşdular. O: “Mən onu yemirəm, lakin qadağan da etmirəm”. Buxari 5536, Müslim 1943.
Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: “İlan və əqrəb öldürün. Hətta namazda olsanız da belə”. “Səhihul Cəmi” 1151. Lakin əgər İlan evə daxil olubsa onu öldürmək olmaz. Çünki Cin ola bilər. Buna görə də üç gün ərzində onu evdən çıxmasını tələb etmək lazımdır. Çıxmadığı təqdirdə onu öldürmək olar. Çünkü o, şeytandır. Aişə — radıyallahu anhə – rəvayət edir ki, Cəbrail – əleyhissəlam — gəlməsi haqqında Peyğəmbər — sallallahu aleyhi və səlləm — ə söz verdi. Nəhayət vəd edilən vaxt gəldi, lakin Cəbrail – əleyhissəlam — hələdə gəlməmişdi. Peyğəmbər — sallallahu aleyhi və səlləm — əlində dəyənək olduğu halda gözləməkdə idi. Dəyənəyi əlindən atdı və: “Allah vədindən dönməz, Rəsulları da dönməzlər” deyə buyurdu. Sonra arxa tərəfə döndükdə çarpayının altında bir köpək balasını gördü. O: “Ya Aişə! Bu köpək bura nə vaxt girmişdir?” deyə buyurdu. Aişə: “Allaha and olsun ki, bilmirəm” dedi. Peyğəmbər — sallallahu aleyhi və səlləm — köpəyin çıxarılmasını əmr etdi, o da çıxartı. Ondan sonra Cəbrail – əleyhissəlam — gəldi. Peyğəmbər: “Mənə vəd etdiyin vaxt gələcəyini bildirmişdin, mən də səni gözlədim, lakin gəlmədin” deyə buyurdu. Cəbrail: “Mənim gəlməyimin qarşısını evində olan köpək almışdır. Biz mələklər içində köpək və surət olan evə girmərik (Başqa rəvayətdə: Peyğəmbər — sallallahu aleyhi və səlləm — o, günü səhərə qədər itlərin öldürülməsini əmr etdi. Hətta o, dərəcəyə çatdı ki, kiçik baxçaları qoruyan itlərin də öldürülməsini əmr edir, böyük baxçaları qoruyan itlərə isə dəymirdilər)”(2) Müslim 2104,2105.

(1) İbrahim – əleyhissəlam — oda atıldığı zaman bütün heyvanlar kömək məqsədilə odun söndürülməsinə çalışırdılar. Yalnız sürünənlərdən olan kərtənkələdən başqa. Əbu Hureyrə — radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: “Kim kərtənkələni bir zərbəyə öldürərsə ona yüz savab. Kim iki zərbəyə öldürərsə ona birincinin yarısı qədər (əlli savab), kimdə üç zərbəyə öldürərsə ona da ikincinin yarısı qədər savab yazılar”. Müslim.

(2)Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: “Önündə palan (sütrə) olmayan bir kimsənin namazını həddi-buluğa çatmış qız, ulağ və (qara) it poza bilər”. Əbu Zərr: “Ya Rəsulallah! Qara itlə, qırmızı itin nə fərqi nədir?” deyə soruşdum. Peyğəmbər: “Qara it şeytandır” deyə buyurdu. Müslim, Əbu Davud. İbn Ömər — radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: “Hər kim ov itindən, qoyun itindən və ərazini qorumaq üçün saxlanılan itdən başqa (məqsədlər) üçün saxlayarsa hər gün o, kimsənin savabından iki qrat savab azalar”. Buxari 2322, Müslim 1575,1559, 2104. İbn Ömər — radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — köpəklərin öldürülməsini əmr edərkən buyurdu: “İlanları və Köpəkləri öldürün. Xüsusən də ilanlardan üzərində iki ağ cizgili cinsi ilə və bir də ən pisi olan quyruqsuz (Zınqırov) ilanını öldürün. Çünki ilanların bu iki cinsi gözün nurunu aparır və hamilə qadının uşağının düşməsinə səbəbdir”. İbn Ömər — radıyallahu anhu — bütün ilanları öldürürdü. Əbu Lubadə əl-Bədri, İbn Ömər — radıyallahu anhu — ya: “Peyğəmbər — sallallahu aleyhi və səlləm — ev ilanlarını öldürməyi qadağan etmişdir hədisini rəvayət etdikdən sonra o, da bu əməlindən vaz keçdi”. Müslim 2233. Zəməhşəri — rahmətullahi aleyhi – deyir ki: “Cann cinlərin atasıdır. Adəm də bütün bəşəriyətin atasıdır. Cann xüsusi bir qövmdür ki, insanlardan əvəl yaradılmışdır. Canın bir növü də ilan adıdır ki, gözləri qara və əksər evlərdə dolaşırlar və heş kimə də zərər verməzlər”. İbn Məsud — radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — ilə bərabər Minada bir mağarada idik (Başqa rəvayətdə: Peyğəmbər — sallallahu aleyhi və səlləm — Ehramlı halda Minada bir ilan öldürülməsini əmr etmişdir). Bu vaxt ona Vəl Mursələti Urfə – surəsi nazil olmuşdur. Peyğəmbər — sallallahu aleyhi və səlləm — in ağzından ilk alan kimsələr idik. Bu an birdən-birə üstümüzə bir ilan gəldi. Peyğəmbər: “Bu ilanı öldürün” deyə buyurdu. Biz də onu öldürməyə çalışdıq, lakin ilan qaçdı. Peyğəmbər: “Allah sizləri ilanın şərrindən qoruduğu kimi ilanı da sizin şərrinizdən qorudu” deyə buyurdu. Müslim 2234,2235. Əbu Səid əl-Xudri — radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: “Mədinədə müsəlman olmuş cinlərdən bir cəmaat vardır. Hər kimi evində uzun ömürlü ev ilanları varsa onlardan bir şey gördükdə üç gün elan edib qovun (Başqa rəvayətdə: Üç dəfə qovun). Gedərsə nə gözəl, əgər bundan sonra da sizə görsənərsə artıq onu öldürün. Çünki o, şeytandır”. Müslim 2236.

——————
YEMƏK VƏ İÇMƏKDƏ HALAL VƏ HARAM
TOPLAYAN VƏ TƏRTİB EDƏN
K.HÜSEYN

Bənzər Məqalələr