featured-image-2077

Sual: Nə üçün Quranda var-dövlət həmişə uşaqlardan əvvəl zikr edilir, halbuki uşaqlar ataya onun var-dövlətindən daha dəyərlidir? Bunda hikmət nədir?

Cavab: Çünki sərvət, mal-dövlət haram, qadağan olunmuş arzulara nail olmaqda insana kömək edir, mal-dövlətin fitnəsi daha böyükdür. Bunun əksi övladlar üçün doğrudur. Ola bilsin ki, insan uşaqları ilə imtahana çəkilə bilər və onların üzündən Allaha asi ola bilər, lakin var-dövlət səbəbilə yaranan fitnə daha çox və daha pisdir.

Qüdrətli Allah buyurur:
“Sizi bizə yaxınlaşdıran nə var-dövlətiniz, nə də oğul-uşağınızdır”. (Səba 34:37)

وَمَا أَمْوَالُكُمْ وَلَا أَوْلَادُكُم بِالَّتِي تُقَرِّبُكُمْ عِندَنَا زُلْفَى

Həmçinin buyurur: “Həqiqətən, mal-dövlətiniz və oğul-uşağınız (sizin üçün) ancaq bir imtahandır”. (ət-Təğabun 64:15)

إِنَّمَاأَمْوَالُكُمْ وَأَوْلَادُكُمْ فِتْنَةٌ

Digər bir ayədə buyurur: “Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın!”. (əl-Münafiqun 63:9)

لَا تُلْهِكُمْ أَمْوَالُكُمْ وَلَاأَوْلَادُكُمْ عَن ذِكْرِ اللَّهِ

İslami fətvalar, cild 7, səh.105, Darussalam

Bənzər Məqalələr