Əlimizdə bütün sıxıntı və ehtiyaclarımızı təmin edəcək möhtəşəm bir xəzinə var, lakin təəssüf ki, ya oxumuruq, ya az oxuyuruq, ya öyrənmirik, ya üzərində çox düşünmürük, ya lazımi qədər əhəmiyyət vermirik, ya da öyrəndiklərimizə əməl edərək həyatımıza nur qatmağa can atmırıq. Halbuki, bu 4 özəllik – insanı, ailə və bütün cəmiyyəti bahar çiçəyi kimi yetişdirəcək hava və su kimidir.

Ey insanlar! Rəbbinizdən sizə öyüd-nəsihət, qəlblərdəki (cəhalət, şəkk-şübhə, nifaq və digər xəstəliklər) üçün şəfa və möminlər üçün hidayət və mərhəmət (olan Quran) gəlmişdir. (Quran, 10/57)

Qurani-kərim, sirləri dəryalardan da geniş olan möcüzəvi bir kitabdır. Hər dövrü, hər insanı və hər duyğunu əhatə edən bu kitab, bir çox funksiya və xüsusiyyətə sahib olmasıyla diqqətləri cəlb edir. Yuxarıdakı ayədə Qurani-Kərimin dörd gözəl xüsusiyyəti bir arada qeyd olunmuşdur:

1. Quranın bütün yaxşı və pis xislətlər haqqında xəbər verməsi, habelə insanları gözəl əxlaqa sövq etməsi – öyüd-nəsihətdir;

2. Qəlbləri şirk, münafiqlik, şübhə, inkarçılıq, cahillik, təkəbbür və digər mənəvi xəstəliklərdən xilas edərək əbədi səadətə yönləndirməsi və doğru inanclarla ruhları müalicə etməsi – şəfadır;

3. İnsanlığa xoşbəxtliyin yollarını göstərməsi və onları doğru yola istiqamətləndirməsi – hidayətdir;

4. İnsanları iman nuruna qovuşdurması və onlara sonsuz/əbədi xoşbəxtliyi qazandırması isə – sırf Allah tərəfindən bəndələr üçün böyük mərhəmətdir/rəhmətdir.

 

 

Ayxan Yaquboğlu

 

Share Button
Tarix: 07.03.2022 | Oxunma sayı: 2. 131 baxış