Sual: Bəzi asilər onları günahlarına görə ittiham etdikdə: “Mən istədiyimi etməkdə sərbəstəm” deyirlər. Bu sözləri söyləmək doğrudur?

Cavab: Həmd Allaha məxsusdur.

Şeyx ibn Useymin Allah ona rəhmət etsin demişdir:

“Bu xətadır. Biz deyirik: Siz Allaha qarşı çıxmaqda, üsyan etməkdə, asilik etməkdə sərbəst deyilsiniz, əksinə, siz Rəbbinizə üsyan etdiyiniz halda artıq Allaha qul olmaqdan çıxaraq şeytana, həvanıza və arzularınıza qul olmuş olursunuz.

Məcmu Fətəvə ibn Useymin Allah ona rəhmət etsin, 3/81

Share Button
Tarix: 21.04.2008 | Oxunma sayı: 735 baxış