featured-image-1901

Sual: Yanımızda olmayan bir kəs haqqında söhbət edərkən onun haqqında “O belə, bu cürdür, çolaqdır və yaxud bir gözlüdür” kimi sözlər söyləmək olar?

Cavab: Əgər bu cür söyləməklə siz sadəcə onu tanıtmaq istəyirsinizsə bu icazəlidir. Müəyyən rəvayətlərdə “filankəs və filankəs uzağı görmür, gözündə pərdə var” və “ filankəs və filankəs çolaqdır” kimi sözlərə rast gəlirik. Lakin bu cür söyləməkdən məqsəd onu lağa qoymaqdırsa və yaxud onun qeybətini etməkdirsə o zaman bu qadağandır.

Fətəvə İsləmiyyə cild 8, səh.213, DARUSSALAM

Bənzər Məqalələr