featured-image-1856

Sual- Bir insana birbaşa danışaraq ona qüsurlarını demək olar? Belə ki, o qulaq asır. Bu cür etmək icazəlidir?

Cavab- Həmd Allaha məxsusdur.

İşlədiyi günahları çəkindirmək üçün həmin insana nəsihət etmək və onu məzəmmət etmək üçün edilirsə belə etmək caizdir. Lakin bu gözəl və nəzakətli tərzdə yerinə yetirilməlidir ki, nəsihət, məsləhət onun tərəfindən qəbul olunsun. Bununla belə, nəsihət pis niyyətlə edilirsə, bundan məqsəd onu biabır etməkdirsə və insanlara onun qüsurlarını ifşa etməkdirsə və s. o zaman bu qadağandır.

Fətəvə əl-Ləcnə əl-Dəimə, 12/342

Bənzər Məqalələr