featured-image-1854

Sual-Allah sübhənahu və təala nə üçün bəzən Quranda cəm halında (BİZ) danışır? Cəzaka Allah xeyr.

Cavab- Həmd Allaha məxsusdur.

Sualınızın cavabı iki hissədən ibarətdir:

1. İcmalı cavab: hər bir möminə iman etmək vacibdir ki, Allah təalanın hər bir əməlinin arxasında böyük hikmətlər var və hər bir kəsə bunu müəfssəl şəkildə izah etməyə ehtiyac yoxdur. Bu bir növ imtahandır. Necə ki, bunu Allah təala buyurur: “Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır”. (əl-Mülk 67:2)

2. Təfsilatı ilə cavab: Quran ərəb dilində nazil olmuşdur. Ərəb dilində bir kəsdən danışarkən onun üçün həm cəm, həm də tək hal isitfadə etmək olar. Lakin cəm halı hörmət, ucaltma və əzəmətləndirmə üçün istifadə edilir. Uca tutulmağa və şərəfləndirilməyə, əzəmətləndirilməyə Allahdan daha layiq olan heç kəs yoxdur. Ona görə də, tək hal Onun Tək olduğunu və Onun heç bir şəriki olmadığını isbatlamaq, cəm hal isə Onun əzəmətini təsdiqləmək üçün işlədilir.

İbn Teymiyyə (Allah ona rəhmət etsin) Məcmu əl-Fətəvə (5/128) əsərində bizim üçün burada maraq kəsb edən bir sıra sözlər yazmışdır:

“Allah təalanın bizə yaxın olması”, bu bəzən tək halda işlədilir. Məsələn, Allah təala buyurur: “(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər”. (əl-Bəqərə 2:186) və hədisdə: “Sizin dua etdiyiniz sizdən birinizə onun dəvəsinin boynundan yaxındır”, bəzən isə cəmdə işlənir, necə ki bu ayədə: “And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq! (İnsanın adi hərəkətlərindən tutmuş ürəyindən keçən ən gizli hisslər, duyğular belə Allaha məlumdur!)” (Qaf 50:16). Bu növbəti ayə kimidir: “Biz inanan bir tayfa üçün sənə Musanın və Fironun hekayətindən (bir qismini) olduğu kimi söyləyəcəyik”. (əl-Qəsəs 28:3) və “Ya Rəsulum!) Biz bu Quranı sənə vəhy etməklə sənin üçün ən gözəl hekayəti (qissəni) danışırıq. Hərçənd ki, sən əvəlcə (ondan) əsla xəbərdar deyildin”. (Yusuf 12:3).

Ərəb dilində bu cür işlənmə qaydası əzəmətli, böyük olana və ona itaət olan köməkçiləri olana aiddir; onun köməkçiləri onun əmri ilə bir iş görürlər, o (həmin adam) isə deyir: “Biz bunu etdik”, necə ki, kral deyir: “Biz bu ölkəni zəbt etdik və bu ordunu məğlub etdik” və s.

Allah daha yaxşı bilir.

Muhammad Saleh əlMunəccid

Bənzər Məqalələr