featured-image-1753

Imam Tirmizinin öz toplusunda verdiyi hədis (4/331, 2032) aşağıdakı şəxslərə istinadən rəva-yət edilir: Yəhya ibn Əksəm Carud ibn Müaz, Fəzl ibn Musa, Hüseyn ibn Vaqid Övfi ibn Dəlhəm, Nafi və Ibn Ömər: “Peyğəmbər (s.ə.a.s) minbərə qalxıb uca səslə dedi: “Ey sözdə Islamı qəbul edib imanı hələ qəlbində yerləşdirməyənlər. Müsəlmanlara əziyyət verməyin, onları utandırmayın, onların eyiblərini üzə vurmayın! Öz qardaşı müsəlmanın eybini (fiziki nöqsanını – Z.Q.) üzə vuranın eybini Allah üzə vurar. Allah kimin eybini üzə vursa, bu adam miniyin qarnına girsə belə, ifşa edilər”.

Allaha şükür ki, bu hədis səhihdir. Müsəlmanlara əziyyət verməyi, onları utandırmağı, fiziki nöqsanlarını üzə vurmağı yasaq edir.

Bənzər Məqalələr