featured-image-1751

Uca Allah buyurur ki:
«[Ya Rəsulum!] İnsanları hikmətlə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et…» (Nəhl, 16/125)

İbn Kəsir bu ayənin təfsirində deyir ki:
Uca Allah Elçisi Məhəmmədə (sallallahu əleyhi və səl¬ləm) insanları Allahın yoluna hikmətlə dəvət etməsini əmr etmişdir.
İbn Cərir demişdir ki, hikmət — Allahın Peyğəmbərinə (sallallahu əleyhi və səllə¬m) nazil etdiyi Kitab və Sünnədir, gözəl öyüd-nəsihət və Quranda göstərildiyi kimi insanları pislik etməkdən saxlayan, onların başına gələn qəzaları onlara xatırlat¬maqdır. İnsanlara Allahın əzabından çəkinmələri üçün məhz bunları xatırlat!
«Onlarla ən gözəl surətdə mübahisə et» də onlardan mübahisə və mübarizəni zəruri sayanlarla ən gözəl tərzdə mehribanlıqla, xoş müraciət vasitəsilə mübahisə et və çəkiş. Uca Allahın: «Kitab əhlinin zülm edənləri istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin!..» (Ənkəbut, 29/46) buyruğunda olduğu kimi. Uca Allah ona yumşaq davranmasını əmr edir. Çünki Musa ilə Harunu (ikisinə də salam olsun) Fironun yanına göndərdiyi zaman aşağıdakı buyruğu ilə eyni tərzdə əmr vermişdir:

«Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!» (Taha, 20/44) (İbn Kəsir, II, 591)
İbn Qeyyim bir qədər əvvəldəki ayənin təfsirində deyir ki, Uca Allah dəvətin pillələrini insanların səviyyəsinə görə təyin etmişdir:
a. Haqqın əleyhinə inad göstərməyən, haqdan üz çevir¬məyən, ağıllı və haqqı qəbul edən bir kəs məhz hikmət yolu ilə dəvət edilir.
b. Haqqı qəbul etməklə yanaşı bir sıra ehtiyatsızlıqlara və ləngimələrə yol vermiş şəxslər gözəl öyüd-nəsihətlərlə dəvət edilirlər. Bu isə müjdələmə və qorxutma yolu ilə əmr və qadağaların yerinə yetirilməsidir.
c. İnadkarlıqla inkar edən şəxsə qarşı isə ən gözəl üsullarla mübarizə aparılır.
Bu ayənin mənası ilə əlaqədar olan dərketmə şəkli məhz budur. Yunan məntiqinin əsiri olanların düşündükləri kimi deyil. Çünki onlara görə hikmət açıq müqayisədir və bu hal da dəvətin bir növüdür. Gözəl nəsihət müraciət edilən müqayisədir və əslin¬də bu, avamların dəvətidir. Ən gözəl üsulla mübarizə isə qovğa¬lı162 müqayisədir. Öz növbəsində, o da təklifləri qəbul edilən çəkişmə müqayisəsi ilə mübahisə tərəflərinin gəldiyi nəticələri rədd etməkdir. Lakin belə bir açıqlama tərzi batildir və bu, fəlsəfi əsaslara görə qurulmuşdur. Müsəlmanların tətbiq etdiyi üsullara və din qaydalarına — haqqında bəhs edilməsi mövzumuza aid olmayan — bir çox nəzər nöqtələrindən ziddir. (Miftəhu Dəris-Səadə, I, 193)

Bu kərim ayədən çıxan bəzi nəticələr
1. İslama dəvətin vacibliyi və çağırışa tövhidlə başlamağın zəruriliyi. Belə bir dəvət hər kəsə vacib deyil. Bəziləri onu yerinə yetirsələr, digərlərindən məsuliyyət götürülər.
2. Dəvət zamanı işlədiləcək üsullar izah edilir. Bunlar isə dəvətin Quran və Sünnə ilə yerinə yetirilməsidir.
3. İnsanlar yumşaqlıqla, sərtlikdən və tündməcazlıqdan uzaq bir üslubla dəvət edilməlidirlər. Uca Allah belə buyurur: «[Ya Rəsulum!] Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et!…» (Ali-İmran, 3/159)

Bənzər Məqalələr