featured-image-1737

Bu, gözləri ağladan, yuxunu qaçıran, həyatına zəhər qatan, daş ürəkləri titrədən, yatmış hisləri oyadan özündə Cəhənnəm əzabını təcəssüm etdirən elə bir səhifədir ki, səni ancaq Tanrının çağırışlarına cavab verməyə çağırır. Neçə ki, belə bir tale səni yaxalamayıb, neçə ki, səni qoruya biləcək bir sığınacaq əldən çıxmayıb, neçə ki, səni bu ağrılı və bədbəxt qədərdən sapındıra biləcək müdafiəçi bundan imtina etməyib, neçə ki, çağırışlarına cavab verilir və neçə ki, hönkürtün eşidilir, onda dayanmadan bu səhifənin çağırışını qəbul et.

Bu səhifə səni əzabları yada salmağa və öz yerin barədə düşünməyə çağırır. Bir anlıq iəsəvvür elə ki, uzun müddət Cəhənnəmdə qalmalı oldun, vəziyyətin son dərəcə ağırlaşdı, bərk susadın və elə bu zaman bu dünyadakı içkilər ağlından keçdi, cəhənnəm alovuna doğru yüyürüb əlini qaba uzatdın, ovuc dolusu götürdükdə istidən əllərin parçalandı, bu vəziyyətdə əllərini ağzına doğru apardıqda sifətin yanaraq qızardı, bir udum içməklə xirtdəyinin dərisi soyuldu, su bağırsaqlarına gedib çatdıqda onları doğram-doğram etdi. Bu an dünyadakı növbənöv sərin və ləzzətli içkiləri xatırladıqda sərinləşmək üçün həmim(Cəhənnəmdəki qaynar su) hovuzlarına doğru yüyürürsən. Çünki bu dünyada hava bərk isti olanda hovuzda və ya dənizdə çimməklə, yuyunmaqla sərinlik tapırsan, lakin həmim hovuzlarına kəllə vurduqda bədəninin hər bir üzvü parça-parça olur və halın nisbətən yüngülləşsin deyə oda doğru qaçırsan.
Vəziyyətin son dərəcə ağırlaşdıqda, susuzluqdan dil-dodağın quruduqda, bədənindəki enerci tükəndikdə Cənnəti xatırlayacaqsan. Tanrının civarında qaldığından qəhər səni boğacaq, Cənnətin naz-nemətinə əlin çatmadığı üçün üzüləcəksən, sonra Cənnətdəki şərab, oradakı sərin su, gözəl həyat tərzi sənin gözlərinin önündə canlanacaq məhrumiyyət həsrəti ürəyini qan edəcəkdir. Sonra Cənnətdəki yaxınların yadına düşəcəkdir. Onları yanmış ürəkdən gələn hüzüntülü bir səslə səsləyəcəksən, onlar da sənə bədbin ruhlu bir cavab verəcəklər. Hər yerdən ümidinin kəsildiyini və onların sənə qarşı olan qəzəbini gördükdə az qala ürəyin partlayacaqdır. Tanrına doğru yüyürüb yenidən bu dünyaya qaytarılmağını istəyəcəksən. Lakin təhqiramiz şəkildə zaman da səndən üz döndərəcək və Allah-taala sənin ah-naləni eşitməyəcəkdir. Çünki artıq sənin səsin Allah dərgahında mənfur, ləyaqətin isə alçaqdır. Sonda isə Allahdan sənə bütün ümidlərini boşa çıxaracaq bir nida: «”Orada zəlil (mə’yus) vəziyyətdə durub qalın və Mənə heç bir şey deməyin! (Cəhənnəm odundan xilas edilməyinizi Məndən diləməyin!)”» — nidası gələcəkdir.

Bənzər Məqalələr