featured-image-1635

Qurani-Kərim bu divarları, məhəccərləri və alovlu hasarları bir çox ayələrdə bizlərə təsvir etmiş və bildirmişdir ki, bu divar və hasarlar Cəhənnəm əhlinin üzünə bağlanaraq onların yerini dar edər, üzüntü və əzab içində onlar daha da pərişan olarlar.

Bunun nəticəsində ah-nalələr yüksələr, göz yaşları axar. Allah-taala bu barədə Öz kitabında belə buyurur: «…(Bu sözlərdən sonra) onların (mö’minlərlə münafiqlərin) arasına qapısının içəri tərəfində mərhəmət və bayır tərəfində əzab olan bir sədd çəkiləcəkdir», «Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri (dumanları) onları bürüyəcəkdir». Pərdələrin onları bürüməsi isə atəşin alovlanması ilə onların ah-nalə və əzab çəkmələrinə səbəb olar. «Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə də pis məskəndir!»

Bənzər Məqalələr