featured-image-1556

Dəyərli bacı və qardaşlarım!
Qurban bayramı münasibəti ilə sizləri ürəkdən təbrik edirəm.
Uca Allahdan arzum odur ki, bu bayramı bütün müsəlmanlar üçün xeyirli və bərəkətli etsin.
Uca Allah gələn bayrama kimi bütün günlərimizi dəyərli, faydalı və ona yaxınlıq üçün bir vəsilə etsin.
Uca Allah xəstə bacı və qardaşlarımıza şəfa verin, dünyasını dəyişmiş bacı və qardaşlarımızın isə qəbirlərini nurla doldursun.

Allahım! Ürəklərimizi birləşdir, aramızdakı münasibətləri düzəlt, bizi salamat yollara yönəlt, zülmətdən nura çıxart, bizi zahiri və batini pisliklərdən uzaq et! Eşitdiklərimizdə, gördüklərimizdə, ürəklərimizdə, zövcələrimizdə, övladlarımızda bizə xeyir-bərəkət ver! Tövbələrimizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edən və rəhm edənsən! Bizi nemətlərinə şükr edən, bu nemətlərlə Sənə həmd-səna oxuyan, onları qəbul edən kəslər et və bizə olan nemətlərini başa çatdır!
Amin

Allahım! Səndən diləklərin, duaların, müvəffəqiyyətlərin, əməllərin, mükafatların [savabların], həyatın, ölümün ən xeyirlisini diləyirik. Bizə möhkəm və sabitqədəm et! Savabımızı ağırlaşdır, imanımızı gerçəkləşdir, dərəcələrimizi yüksəlt, namazımızı qəbul et, günahlarımızı bağışla! Səndən Cənnətin ən yüksək zirvələrini istəyirik. Allahım! Səndən xeyrin başlanğıcını, sonunu, hamısını, əvvəlini, zahirdə və batində olanını və Cənnətin ən yüksək zirvələrini istəyirik.
Amin! Allahım! Səndən gəlməyimizin, etdiyimizin xeyrini, batində və zahirdə olanların xeyrini və Cənnətin ən yüksək zirvələrini istəyirik. Amin!
Allahım! Səndən ad-sanımızı ucaltmağını, yükümüzü götürməyini, işlərimizi səhmana salmağını, qəlbimizi təmizləməyini, zinadan qorumağını, qəlbimizi nurlandırmağını, günahlarımızı bağışlamağını və Cənnətin ən yüksək zirvələrini istəyirik. Amin!
Allahım! Canımızda, eşitməyimizdə, görməyimizdə, ruhumuzda, xilqətimizdə, əxlaqımızda, ailəmizdə, yaşayışımızda, ölümümüzdə və əməlimizdə xeyir-bərək ver!
Yaxşılıqlarımızı qəbul et və bizə Cənnətin ən yüksək zirvələrini nəsib et.
Amin!
————–
Xoş arzularla
Sizlərlə bu gözəl duaları paylaşan
Qardaşınız
Yaşar Qurbanov

Bənzər Məqalələr