featured-image-1553

Şübhəsiz, həmd ALLAH`a məxsusdur! Ona həmd edir, Ondan yardım, bağışlanma və hidayət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Ona sığınırıq. ALLAH kimə hidayət verərsə heç kim onu azdıra bilməz. Kimi də azdırsa heç kim ona hidayət verə bilməz. Şəhadət edirəm ki, ALLAH`dan başqa ibadətə və itaətə layiq haqq ilah yoxdur. O, Təkdir və şəriki yoxdur. Şəhadət edirəm ki, Muhəmməd (sav) Onun qulu və Rəsuludur. ALLAH Ona, əhli-beytinə və əshabına çoxlu xeyir-dua və salam etsin!

Bundan sonra; Ey ALLAH`ın qulları!..
ALLAH`dan layiqincə qorxun! ALLAH`dan layiqincə qorxmaq (təqva), nə gözəl bir əməldir! Ondan üz çevirmək isə nə pis bir ümiddir!
Ey müsəlmanlar!.. Dünya, əməl və imtahan yurdudur. Qul dünyada, həyatını qaraldan bir nöqsandan və ya gücünü və qüvvətini zəiflədən bir xəstəlikdən qorunmayıbdır. Bəla bəzən bir nemətdir, xəstəlik və çətinlik bir müjdədir. Rəimiz bəla ilə mərhəmət edər və nemətlərlə müsibətə düçar edər. Mömin üçün dünyanın əziyyəti, axirətin dadıdır. Nə çox nemət var ki, qula verilsə, onun üçün xəstəlik olar. Nə çox nemətdən məhrum edilən insan var ki, məhrumiyyəti onun şəfasıdır! ALLAH Təala belə buyurur:
“Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) ALLAH bilir, siz bilməzsiniz.”(əl-Bəqərə surəsi, 2/216)
Müsibət, sevginin ünvanı və cən¬nətin yoludur.
Rəsulullah (sav)belə buyurur:

“Mükafatın böyüklüyü müsibətin böyüklüyü ilə bərabərdir. Şübhəsiz ALLAH bir qövmü sevdikdə, onları müsibətə düçar edər. Kim buna razılıq göstərərsə onun üçün razılıq vardır. Kim də buna qəzəblənərsə onun üçün qəzəb vardır.”(ət-Tirmizi)
Afiyət, ALLAH`ın qulları üzərindəki ən uca nemətlərindən və ən səxavətli hədiyyələrindəndir.
Rəsulullah (sav) belə buyurur:

“İki nemət var ki, insanların çoxu onlarda aldanmışdır: Sağlıq və boş vaxt.”(əl-Buxari)
Sağlıq, axirətdə qulun ilk hesaba çəkiləcəyi şeydir.
Rəsulullah (sav) belə buyurur:

“Qiyamət günü qulun ilk hesaba çəkiləcəyi şey budur: Ona “Sənin bədənini sağlam edib və sənə soyuq sudan içirmədikmi?” deyilir.”( ət-Tirmizi)
İnsanı arındırmanın ən şiddətlisi, afiyətin geri alınması və pozulmasıdır. İnsanların ən üstünü Muhəmməd (sav) belə xəstəliklərlə müsibətə düçar edilmişdir. İbn Məsud (r.a)Rəsulullahın (sav) yanına daxil olur. Rəsulullah (sav) xəstə idi. “Ey ALLAHın Rəsulu! Sən şiddətli bir xəstəlik keçirirsən” deyir.
Rəsulullah (sav) belə buyurur:

“Bəli; mən, sizdən iki nəfərin çəkdiyi xəstəlik kimi bir xəstəlik çəkirəm.”(əl-Buxari, Muslim.)

Xəstəlik, Əyyuba (aleyhissələm) da illərlə əziyyət vermişdir.
Xəstəlik, dərəcələrin artmasına və günahların silinməsinə səbəb olur.

Rəsulullah (sav)belə buyurur:

“Xəstəlik və buna bənzər bir əziyyətə düçar olan hər bir müsəlmanın, ALLAH onunla ağacın yarpağını dökdüyü kimi günahlarından bir qismini bağışlayır.(əl-Buxari, Muslim)

Xəstə üçün, sağlam vaxtında etməkdə olduğu nafilə ibadətlərin savabı yazılır. Xəstəlik anında çoxlu dua edilir. Möminin xəstəliyi, imanının və Rəbbinə təvəkkülünün artmasına yol açar. Xəstəlik, təkəbbür, özünü bəyənmə, qəflət, gürur və buna bənzər nəfsi xəstəliklərin dərmanıdır. Kamil şəxs; zamanının müsibətlərindən dərs alan və təcrübə qazanandır. Dində müsibətə düçar olmaqdan başqa hər müsibət afiyətdir.
ALLAHın məxluqatı yaratmadakı bənzərsiz əsəri həkimlər tərəfindən görülür. ALLAH Təala belə buyurur:

“Sizin özünüz də (sizi yaradanın birliyini sübut edən) əlamətlər vardır. Məgər görmürsünüz?”(əz-Zariyat surəsi, 51/21)

ALLAHın insanı yaratmadakı ucalığı, ağıl sahiblərini heyrətləndirir. ALLAH Təala belə buyurur:

“Biz insanı ən gözəl biçimdə yaratdıq!”(ət-Tin surəsi, 95/4.)

Bu yaradılış, müsəlman olmayanı İslama dəvət etməkdə və müsəlmanın imanını qüvvətləndirməkdədir. Həkim, ALLAHın nemətlərini düşünərək işini, ALLAHa yaxınlaşdıracaq bir ibadət halına gətirməlidir. Gördüyü uca sənət və şah əsər ilə bu dinə dəvət edən bir dəvətçi olmalıdır.
Əməli sadəcə ALLAH üçün etmək (ixlas), o əməlin qəbul edilməsinin ölçüsüdür. İxlas ilə az əməl bərəkətlən¬dirilir və edilən iş gözəl olur. Müsəlman həkim, şəriətin qanunlarını pozmadan, müsəlmanların hizmətində istifadə etmək üçün elmi sahədə ortaya çıxan yenilikləri təqib etməlidir. Həkim, sirr və məhrəm haqda etibarlı olmalıdır. Xəstələrin sirlərini gizləməli və xəstəliklərini başqalarına ifşa etməməlidir. Onlara şəfqət və mərhəmətlə davranmalıdır. Xəstələr, sirlərini sənə açdılar. ALLAH`dan sonra şikayətlərini sənə bildirdilər. Bədənlərini və ağıllarını, hətta ruhlarını sənə təslim etdilər. Buna görə ey həkim, sözündə və davranışında ALLAH`dan qorx!..
Xəstələrin yanında sözün keçərlidir. Bədənlərini kəsmədə görüşün qəbul edilir. Xəstə; qüsuruna görə deyil, ALLAHın dilədiyi bir hikmət səbəbilə xəstəliklə imtahan edilir. Buna görə; xəstəliyinə görə ona pis baxma!.. Başına gələn müsibət səbəbilə onu kiçik görmə!.. Əgər həkim elmi ilə təkəbbürlənərsə ALLAH onu alçaldar. Bilmədiyi şeyə “Bilmirəm” demək ağlın olqunluğundandır. Bir şəxsə bağlı olan bir mövzu bir başqası üçün açıq ola bilər. Bəzi xəstəliklər var ki, artıq bilən qalmamışdır. Xəstənin xəstəliyini bilmədiyini bəlli etməkdən çəkinmə!.. Yumuşaq xasiyyət və səbir, ALLAH Q rizasını istəyərək işləyənlərin ən gözəl sifətlərindəndir. Buna görə, xəstənin şikayətindən, kədərini dilə gətirməsindən və pis davranışından narahat olma!. Xəstəyə yumuşaq davranmaq və ona şəfqət göstərmək, gözəl bir anlayış və olgun bir davranışdır. ALLAH xoş münasibəti sevir. Bu səbəblə, xəstəyə çətinliyinin tezliklə ortadan qalxacağını müjdələ!..
Ey müsəlmanlar! ALLAH`dan başqa şəfa verən yoxdur. Ondan başqa müsibəti uzaqlaşdıran da yoxdur. Ruqyə edən (dua ilə müalicə edən) və ruqyə (dua ilə müalicə), həkim və dərman, ALLAH`ın şəfa üçün etdiyi səbəblərdir. Səbəbləri et və mübah yollarla müalicə ol. Həkimə tamamən güvənmə; çünki o bir bəşərdir. Fayda və ya zərər verə bilməz. RƏBB`inə güvən və işini Ona həvalə et! Fayda və zərər verən Odur . Xəstələndikdə şəfa verən Odur . Ona sığın!. Hər dərman fayda vermir. Bil ki, bütün millət sənə bir şey ilə fayda vermək üçün bir araya gəlsə, ALLAH`ın sənin üçün yazdığından başqa bir şeylə sənə fayda verə bilməz. Sənə bir şeylə zərər vermək üçün bir araya gəlsələr, yenə ALLAH`ın sənin üçün yazdığı şeydən başqa bir şeylə sənə zərər verə bilməzlər.
Dərmanların ən faydalısı, ALLAH`a gözəl təvəkkül etmək, Ona sığınmaq və Ondan yaxşılıq gözləməkdir. Qurani Kərim ilə və sünnədə bildirilən dualarla müalicə, xəstəliklərin yox olması üçün ən faydalı səbəblərdir. Yenə, xuşu və səmimiyyətlə, yəqinliklə inanaraq edilən dua və çoxlu sədəqə vermək, ən xeyirli dərmandır. UCA ALLAH qullarını düçar etdiyi hər bir müsibətin dərmanını da vermişdir. Dinimizdə, vəhylə və nübuvvət mənbəyindən bildirilən, ilahi və faydalı bəzi tibbi dərmanlar vardır. Mədinə acvəsi (Mədinə xurmasının bir növü), zəhər və sehrə qarşı qoruyucudur; zərərlərinə nane olur.

Rəsulullah (sav)belə buyurur:

“Kim hər gün səhər yeddi dənə acvə xur¬ması (yeyərsə) zəhər və sehr ona zərər ver¬
məz.(Muslim.)

Su, qızdırma üçün dərmandır. Hədisi şərifdə belə zikr edilir:

“Humma (qızdırma), cəhənnəmin iyindəndir; onu atəşlə soyudun!(əl-Buxari. Muslim.)

Bizim üçün balın yerini verəcək; ondan daha üstün, ona bənzər və ya ona yaxın bir şey yaradılmayıb. Qan aldırma isə, dərmanların ən xeyirlisidir. Rəsulullah (sav)belə buyurur:

“Müalicə olunduğunuz ən xeyirli şey qan aldırmadır.”(əl-Buxari. Muslim.)

Çörəkotunda hər xəstəliyin şəfası vardır.

Rəsulullah (sav) belə buyurur:

“Bu çörəkotuna sarılın! Çünki onda ölümdən başqa hər cür xəstəliyin şəfası vardır.”
(əl-Buxari. Muslim.)

Sehri pozmaq, cin çıxarmaq və nəzərin təsirini yox etmək kimi bəzi xəstəliklər var ki, şəfası ancaq Quran və sünnədə bildirilən duaları oxumaqla gerçəkləşir. Müsəlmanların mübarək bir suyu vardır. O, suların ən dəyərlisi və ən şərəflisidir. Beytu`llahda, mübarək torpaqlarda çıxır. Bu su, zəmzəmdir. Xəstəliyə şəfa və aclığa dəvadır. Sünnədə bildirilən bu cür şəfalı dərmanlar, ancaq yararlı qəbul edilib və şəfasına inanılırsa fayda verər.
Çoxlu istiğfar etməklə xəstəliklər yox olur və təsirləri azalır.

UCA ALLAH belə buyurur:

“Ey camaatım! RƏBB`inizdən bağışlanmanızı diləyin! Sonra Ona tövbə edin ki, göydən sizə bollu (peydərpey) yağış göndərsin, qüvvətinizin üstünə bir qüvvət də artırsın. (Mənim dəvətimdən və imandan) günahkar olaraq üz çevirməyin!” (Hud surəsi, 11/52.)

Ey müsəlmanlar!.. Günah, elm qapılarını bağlayır. İslam; müalicə və ya buna bənzər səbəblərlə qadının kişi ilə yalnız qalmasını haram etmişdir. Müsəlmana düşən vəzifə, hər məkanda şəriətə uyğun hərəkət etməkdir. Sağlıq qurumlarında işləyənlərin qadın-kişi bir arada olmaları, elmi qazancı zəiflədir və müalicənin bərəkətini yox edir. Bu, insanın ALLAH`dan uzaqlaşmasının və xəstəliklərin ortaya çıxmasının səbəblərindən biridir.

Rəsulullah (sav)belə buyurur:

“Məndən sonra kişilərə tərk etdiyim ən böyük fitnə qadınlardır.”

İbadət ilə, elm qapıları açılır. Ruhlar ucalır və işlər, layiqincə edilir. Xəstələr və müalicə olunanlar, başlarına gələn çətinlik səbəbi ilə ALLAH`a ən yaxın insanlardan olmalıdırlar. Çətinlik artdıqda, ALLAH`dan başqa onu uzaqlaşdıracaq yoxdur. Rahatçılıqda ALLAH`dan uzaq olmaq və çətinlik anında Ona asilik etmək, bədbəxtçiliyə yol açan səbəblərdəndir.
Ey müsəlmanlar!.. Qədərə razı olmaq və səbr etmək, qətiyyət və kamillikdəndir. Buna görə ey xəstə şəxs; ALLAH`ın sənin üçün təqdir etdiyinə razı ol ki, insanların ən çox ibadət edəni olasan! Dözümsüz insanın istəməyərək səbr etməsi kimi deyil, dəyərli insanın səbr etməsi kimi istəyərək səbr et! Səbrin sonu, xeyirlidir. İman ölçüsüncə səbir və dözüm gerçəkləşir. Səbir, səbr edən üçün xeyirdir.

UCA ALLAH belə buyurur:

“…Əgər səbr etsəniz, bu, səbr edənlər üçün daha xeyirlidir.”(ən-Nəhl surəsi, 16/126.)

Kim səbr edər və razı olarsa, bu müsibətlə itirdiyindən daha böyüyünü ALLAH onun üçün qoruyar. Başına gələn müsibətin ancaq səni təmizlədiyini və dərəcəni yüksəltdiyini; ALLAH`ın sənə bağışladığı nemətlərin, səndən aldığından qat-qat daha çox olduğunu xatırla!.. Urvə ibn Zubeyr oğlunu itirdikdə belə deyir: “Əgər müsibətə düçar edirsən, sən afiyət də etmişdin. Alırsan, sən vermişdin.” Dözümsüzlük, xəstəliyi uzaqlaşdırmaz; əksinə daha da artırar. Bir xəstəliyə məruz qalmısansa, daha pisinə düçar olmadığın üçün ALLAH`a həmd et!. Yalnız qaldığında ALLAH`a gözəl yalvar! Verdiyinə şükr və imtahanına səbr edərək ALLAH`ı zikr etməyi unutma! İnsanın müsibət anında tövbə etməsi və rahatlığa çatdığında isə asi olması çox çirkin bir əməldir!..
Şəfaya çatdığının işarələri görünüb müsibətin ortadan qalxmağa başlaması ilə sevindiyində, afiyətdə olma nemətini yaxşı təqdir et!. Bu neməti verənin lütfünü və kərəmini bil! ALLAH`ın ipinə sarılmağa davam et! Rahatçılıqda ALLAH`ı bil ki, çətinlik anında O da səni bilsin! Afiyətdə olmağın əsla səni aldatmasın! Çünki günlər dəyişir. Səmimi bir tövbə ilə ALLAH`a yönəl! Hadisələrdən və günlərdən ibrət al! ALLAH`dan pis şeylər gözləyərək, ALLAH`ın qədərinə qəzəblənərək və ya dözümsüzlük göstərərək şeytanın səni azdırmasından çəkin!.. ALLAH , yaratdıqlarına qarşı mərhəmətli və qullarına qarşı şəfqətlidir. Bəlaları dəf edən və hər cür şikayəti eşidəndir.
Qovulmuş şeytandan, ALLAH`a sığınıram:
Əgər ALLAH sənə bir sıxıntı versə, (səni ondan) ALLAH`dan başqa heç kəs qurtara bilməz. Əgər (ALLAH) sənə bir xeyir yetirsə (heç kəs Ona mane ola bilməz). Çünki O, hər şeyə Qadirdir!”(əl-Ənam surəsi, 6/17.)
ALLAH məni və sizi Uca Quran ilə bərəkətləndirsin!
Ehsanı üçün ALLAH`a həmd edirəm! Müvəffəqiyyətli etməsi və nemətləndirməsi səbəbilə Ona şükr edirəm. Şəhadət edirəm ki, ALLAH`dan başqa ibadətə və itaətə layiq haqq ilah yoxdur. O, Təkdir və şəriki yoxdur. Şəhadət edirəm ki, Muhəmməd (sav)Onun qulu və Rəsuludur. ALLAH Q Ona, əhli-beytinə və əshabına çoxlu xeyir-dua və salam etsin!..
Ey müsəlmanlar!.. Xəstənin xəstəliklərinin müalicəsində istifadə etdiyi xeyirli şey; qəlbini və doğruluğunu qorumasıdır. ALLAH`a əsaslanaraq və Ona təvəkkül edərək, Ona sığınaraq, Onun önündə acizliyini göstərərək və boyun əyərək, sədəqə verərək, dua, tövbə və istiğfar edərək, insanlara yaxşılıq edərək, şikəstlərə yardım edərək və darda olanı çətinlikdən qurtara¬raq ruhunu gücləndirməsidir. İbnu`l-Qay¬yim *(allah rəhmət eyləsin)belə deyir:

“Dinlərinin və millətlərinin fərqliliyinə baxmayaraq ümmətlər bu dəvaları sınamış və onların, həkimlərin elminin çata bilməyəcəyi dərəcədə şəfaya təsiri olduğunu görmüşdürlər.” Yenə belə deyir: “Bir çox işdə bunu biz də sınadıq, bizdən başqa digər insanlar da sınadı. Əllə tutulur və gözlə görülür dərmanların edə bilmədiyini onların etdiyini gördük.”

ALLAH`ın qulları!.. İnsanların ən xeyirlisinə xeyir-dua və salam edin. Çünki bunu sizə ALLAH əmr etmişdir.
O belə buyurur:

“Həqiqətən, ALLAH və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın!”(əl-Əhzab surəsi, 33/56.)

Abdu`l-MUHSİN əl-QASİM
10/04/1423 Hicri
www.islamevi.az

Bənzər Məqalələr