Dünya böyük alov qalamış bir insana bənzər. Belə ki, kəpənəklər və pərvanələr alovun işiğını görüb özlərini onun içinə atarlar. Alovun nə olduğunu bilənlər isə onu uzaqdan seyr edib qızınarlar. Peyğəmbər  bu misala eyni ilə öz hədisində işarə etmişdir.

Belə ki, Malik ibn İsmayıl Həfs ibn Humeyddən, o da İkrimədən, o da Abbasdan (Allah ondan və atasından razı olsun!), o da Ömərdən  Peyğəmbərin  belə deməsini rəvayət etmişdir: «Mən alovdan qo¬rumaq üçün ətəklərinizdən tuturam. Halbuki siz kəpənək və pərvanələrin özlərini alova atdıqları kimi atmaq istəyirsiniz. Az qala sizin ətəkləriniz əlimdən çıxsın(həsəndir: əl-Bəzzar, “əl-Bəhruz-Zəxxar”, 204; Yaqub bin Şeybə, “Müsnədu Amr”, səh. 74; Əbu Yəla əl-Mosuli, “əl-Müsnədul-Kəbir”, 486; əl-Heysəmi, “Məcmuə əz-Zəvaid”, )
Bir rəvayətdə isə belə deyilir: «Mənim halım alov yandıran bir insanın halına bənzəyir. Elə ki, ətrafın¬dakılara işıq saçdı, pərvanələr və kəpənəklər özlərinə alovun içinə atırlar. Mən isə alovdan qorumaq üçün sizin ətəklərinizdən tutmuşam. Siz isə mənə qalib gələrək özünüzü alovun içinə atmağa çalışırsınız».(əl-Buxari, 6483; Müslim, 2284. Əbu Hureyrənin rəvayəti)
Bu misal özünü dünyaya tullayan dünya əhlinin halı ilə üst-üstə düşür. Peyğəmbərlər onları axirət üçün çalışmağa çağırdıqları zaman onlar kəpənəklərin özlərini alovun içinə atdığı kimi dünyaya atarlar.

İbn əl-Qeyyim əl-Cauziyyə
SƏBİR EDƏNLƏRİN AZUQƏSİ
ŞÜKÜR EDƏNLƏRİN TƏDARÜKÜ

Share Button
Tarix: 08.11.2007 | Oxunma sayı: 735 baxış