Qədr gecəsi dünyanın ən möhtəşəm gecəsidir. Dünya üçün ən əlamətdar hadisə olan Qurani-Kərimin nazil olduğu bir gecədən bəhs edirik, əlbəttə ki, ən möhtəşəm və ən fəzilətli gecə olmağa layiqdir. Lakin, tənbəllik“əşşi, bu gecənin hansı günə təsadüf etdiyini bilirəm, o gecə çoxlu ibadət edərəm, bütün dualarım qəbul olar və əbədi həyatı (Cənnəti) birdəfəlik qazanaram” arxayınlığı olmasın deyə, bu gecənin dəqiq olaraq Ramazanın hansı gününə təsadüf etməsi, ilahi olaraq bizdən gizlədilmişdir. Bu səbəblə də, son 10 günün tək gecələrinin hər birinə “bu gecə, Qədr gecəsidir” düşüncəsi ilə yanaşmalıyıq. 10-ca gün çox yatmamaqla, heç nə olmaz. Bu cür yanaşmalıyıq ki, bu gecənin inanılmaz xeyir və bərəkətindən faydalana bilək.. Amma, bir şad xəbər də var.. Səhih (doğru isnadlı) xəbərlərə əsasən, bu gecənin bəzi əlamətləri də vardır:

 

1. İşıqlı gecə (və ya bu gecədəki nur). Günümüzdə yaşayış ərazilərindəki işıqlandırma sistemləri səbəbi ilə bu əlamət yalnız insanların az yaşadığı səhra və düzənlik ərazilərdə daha aydın müşahidə oluna bilər.

2. Sükunət. Bu o deməkdir ki, həmin gecə möminlərin qəlbində digər gecələrdə olmayan, izahı çətin olan bir sakitlik və sevinc hökm sürəcəkdir.

3. Bəzi alimlər bu gecə hava şəraitinin xəfif, mülayim olduğunu söyləyirlər.

4. Bəzi səhabələrə göstərdiyi kimi Uca Allah dilədiyi insanlara yuxuda məhz həmin gecənin Qədr gecəsi olduğunu göstərə bilər. Günümüzdə belə, bu cür yuxuları görənlər varsdır.

5. İnsanlar həmin gecədəki ibadətlərindən digər gecələrdəkinə nisbətdə daha çox ləzzət alacaq, onları yerinə yetirməkdə özlərini daha aktiv hiss edəcəklər.

6. Gecə sona yetdikdə günəş çox parlaq olmadan, şəfəqsiz doğulacaqdır.

Bu əlamətin aşkar şəkildə göründüyü Ramazan səhərlərindən biri. Həmin gecə, Ramazanın tək gecələrindən birinə təsadüf edirdi. Qədr gecəsi imiş..

Həmin gecə itlərin hürməyəcəyinə və ya az hürəcəyinə gəldikdə isə, bu barədə səhih olan heç bir şey varid olmamışdır.

 

 

M. Useymin’in əsərlərindən (Şərh əl-Mumti) istifadə olunmuşdur.

www.islamevi.az

Share Button
Tarix: 05.05.2021 | Oxunma sayı: 2. 349 baxış