featured-image-1406

1.Sual: Orucun vacib edilməsində hikmət nədir?
Cavab: Əgər biz Allah təalənin bu ayəsini oxusaq “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (təqvalı olasınız)” (Əl-Bəqərə: 183).

Bu ayədən göruruk ki orucun hikməti Allahdan olan qorxu və Ona olan ibadətdir. Təqva: haram edilənləri tərk etmək və əmr olunanları isə yerinə yetirməkdir.
Həmçinin Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: “Kim yalan danışmağı və ona əməl etməyi, cahilliyi tərk etməzsə Allahın, onun yeməyini və içməyini tərk etməsinə, ehtiyacı yoxdur”. (Əl-Buxari\1903)
Buradan belə aydın olur ki, oruc tutan kimsə hər bir haram işdən çəkinməli və vacib olan əməlləri yerinə yetirməlidir. Ona qiybət etmək, yalan danışmaq, nəmmamlıq (sözgəzdirənlik) və s. etmək olmaz. Ümumiyyətlə bütün haramlardan çəkinmək, bacardığı qədər yaxşı işlər görmək və vacib olan əməlləri yerinə yetirmək lazımdır. Bunu bir ay ərzində edən insan, ilin qalan hissəsində öz nəfisini doğru istiqamətdə yönləndirə bilər. Amma təəsüflər olsun ki, oruc tutanların çoxusu oruclu günləri ilə digər günləri arasında heç bir fərq görmürlər. Onlar əvvəlki kimi vacib əməlləri tərk etməkdə və haram işlər görməkdə davam edirlər. Öz üzərlərində orucun məsuliyyətini hiss etmirlər. Bu adı çəkilən əməllər orucu batil etmir, amma onun savabını azaldır. Hətta ola bilsin ki, onun bu pis əməlləri orucunun savabı bərabərliyində olsun və nəticədə orucun savabını başa-baş itirsin.

2.Sual: Ağır işdə işləyən şəxs ona çətin olduğundan orucu aça bilərmi?
Cavab: buna görə orucu açmaq olmaz və əgər buna görə oruc tuta bilmirsə Ramazan ayında icazəyə çıxsın. Çünki oruc islamın ərkanlarından biridir və onu tutmamaq olmaz.

3.Sual: Kiçik qız uşağı bilməyərək heyzli (aybaşı) ola-ola oruc tutub bunun hökmü nədir və nə etməlidir?
Cavab: Heyzli (aybaşı) qadın oruc tutmamalıdır və o heyz (aybaşı) günlərində tutduğu orucların qəzasını etməlidir. Burada belə bir məsələ də vardır: Əgər kiçik qız uşağına birinci heyz (aybaşı) gəlibsə və o utandıqından bu haqda ailəsinə xəbər verməyib və oruc tutmayıbsa onda tutmadığı bir aylıq orucu qəza etməlidir. Çünki heyz (aybaşı) olan qadın artıq həddi-büluğa yetişib və oruc tutmaq ona vacibdir.

4.Sual: Bir kişi ailəsi və uşaqları üçün ruzi qazancı ilə məşğul olub oruc tutmaqdan yayınmışdır. Bu adam nə etməlidir?
Cavab: Bu insan orucu tərk edərkən Təvil edib (mənasını yozub) fikirləşibsə ki, xəstə adama oruc tutmaq vacib olmadığı kimi yeməksiz dayana bilməyən adama da oruc tutmaq vacib deyil. Bu zaman o sağdırsa tutmadığı orucları qəza edir, ölübsə onun əvəzinə yaxınları bu orucları tutur, yaxud bunu da bacarmırlarsa onda onun adından bir günün əvəzində bir nəfəri yedizdirirlər. Yox əgər o oruc tutmayarkən heç bir təvil etməyibsə (mənasını yozmayıbsa) bu haqda alimlər deyirləri ki: “hər bir müvəqqəti ibadət üzürsüz yerə, bilərəkdən vaxtından çıxarılarsa bu əməl ondan qəbul olunmaz və bunun əvəzinə başqa yaxşı iş görmək, çoxlu tövbə edib bağışlanma diləmək, nafilələr etmək lazımdır”. Amma onun orucu tərk etməsinin səbəbi unutmaq yaxud cahillik olarsa onda orucunu qəza etməlidir.

5.Sual: Bir kəs Ramazan ayının başlamasını bilməyib və birinci gün oruca niyyət etməyib sonra Sübh namazından sonra eşidib ki, bu gün artıq Ramazan ayıdır, bu halda nə etməlidir?
Cavab: o eşitdiyi vaxtdan oruc tutmalı və Ramazandan sonra ehtiyat üçün bu günün əvəzinə qəza tutmalıdır.

6.Sual: Bir kəs müəyyən səbəb üzündən orucunu açıb və günün bir hissəsində həmin səbəb götürülübsə günün qalan hissəsində oruc tutmalıdırmı?
Cavab: O günün qalan hissəsini oruc tutmalı deyil çünki onun oruc açması şəriətə müvafiq olan səbəb üzündəndir.

7.Sual: Bir adam daimi xəstəliyə tutulub və həkim ona oruc tutmağı yasaq edibsə bu adam nə etməlidir?
Cavab: Əgər insan müalicəsi olmayan daimi xəstəliyə tutulubsa bu zaman o, hər günün əvəzinə bir nəfər yedizdirir.

8.Sual: Müsafir adamın orucu necə olmalıdır?
Cavab: Müsafir adamın Ramazan ayında oruc tutması daha yaxşıdır. Əgər iftar edərsə bunun bir zərəri yoxdur. O, iftar etdiyi günlərin qəzasını tutur. Əgər iftar etmək ona daha asandırsa iftar etmək daha yaxşıdır. Çünki Allah təalə Onun rüxsətlərinə (asanlaşdırdığı işlərə) əməl edilməsini sevir.

9.Sual: Müsafirə oruc tutmaq çətinlik yaradarsa o nə etməlidir?
Cavab: çətinlik çox ağır olmazsa bu zaman onun oruc tutması məkruhdur (bəyənilmir), çünki Peyğəmbər ona Allahın salavatı və salamı olsun hamının bir nəfərin başı üzərinə toplaşmasını gördü və nə baş verdiyini soruşdu, cavabında orucdur dedilər. O buyurdu: “Səfərdə oruc tutmaq yaxşılıqdan deyildir”. Əgər bu çətinlik ona çox ağır olarsa bu zaman iftar etmək vacibdir. Çünki Peyğəmbər ona Allahın salavatı və salamı olsun səfərdə olarkən insanlar orucun çətinliyindən şikayətləndilər və Peyğəmbər ona Allahın salavatı və salamı olsun orucunu açdı. Sonra Peyğəmbərə bəzilərinin oruc açmadıqları xəbəri deyildikdə o buyurdu: “Onlar asi olanlardır, onlar asi olanlardır”. Amma məşəqqətsiz olan səfərdə oruc tutmaq daha yaxşıdır.

10.Sual: Hal-hazırda müsair texnika səbəbi ilə səfərə çıxmaq çox asan olduğundan oruc tutmaq da ağır olmur, belə halda müsafirin nə etməsi daha yaxşıdır?
Cavab: Səfərə çıxan insan istəsə iftar edər yaxud da oruc tutar. Peyğəmbər ona Allahın salavatı və salamı olsun öz səhabələri ilə səfərə çıxardılar onlardan bəziləri oruc tutar bəziləri isə iftar edərdilər. Amma buna baxmayaraq biri-digərinə irad tutmazdı. Amma səfər rahat olarsa oruc tutmaq daha yaxşıdır. Çünki bu işdə üç fayda vardır:
1- Peyğəmbəri ona Allahın salavatı və salamı olsun örnək götürmək.
2- Oruc tutmağın asan olması. Çünki hamılıqla tutulan oruc daha asan olur.
3- Tez bir zamanda yükünü boynundan atmaq.

11.Sual: Orucun məşəqqətindən, aclıq və susuzluqdan, günün çox hissəsini yataraq keçirmək oruca mənfi təsir göstərirmi?
Cavab: Bu oruca mənfi təsir göstərmir, əksinə bu çətinlikdə çoxlu savab vardır. Çünki Peyğəmbər ona Allahın salavatı və salamı olsun Aişəyə (Allah ondan razı olsun) demişdir: “Sənin savabın çətinliyin qədərdir”. Insanın Allaha itaətində çətinliyi nə qədər çox olarsa savabı da bir o qədər çox olar. Belə çətinliklə üzləşdikdə sərin yerdə oturmaq və su ilə sərinlənmək olar.

(Salih Useymin)

Bənzər Məqalələr