featured-image-1388

Oruc nəyə deyilir?

İslamın beş təməlindən biri də Ramazan ayında oruc tutmaqdır.
Oruc; niyyət edib dan yerinin ağarmağa başlamasından (sübh namazının vaxtı girdikdə) etibarən günəş batana qədər yeməmək, içməmək və cinsi münasibətdən uzaq durmaqla yerinə yetirilən bir ibadətdir.

Orucun fərz olması

Oruc, hicrətin ikinci ilində fərz qılınmışdır.
Orucun müsəlmanlara fərz olduğu Bəqərə surəsindəki:
“Ey İman edənlər! Oruc sizdən əvvəlkilərə fərz qılındığı kimi, sizlərə də fərz qılındı.Ta ki, qorunasınız” ayəsi ilə bildirilmişdir. Bundan başqa 185-ci ayəsində də “sizdən kim bu aya (Ramazana) çatarsa oruc tutsun” buyurularaq oruc ibadətinin yerinə yetirilməsi əmr edilmişdir. Peyğəmbərimizin də (s.a.v.), İslamın beş təməlindən birinin də Ramazan ayında oruc tutmaq olduğunu bildirmişdir.
Birinci ayədən aydın olur ki, oruc, ilk Peyğəmbər Adəmdən (a.s.) etibarən bütün peyğəmbərlərə və onlara inananlara fərz qılınmışdır. Oruc, insanlığın ilk zamanlarından bəri yerinə yetirilməsi əmr edilmiş bir ibadətdir. Çünki ruhən, əxlaqən yetkinləşmək baxımından insanın oruca ehtiyacı olduğu kimi maddi və mənəvi bir çox faydaları da vardır.
Mənaları açıqlanan ayələrdə orucun, müsəlmanlara fərz olduğu bildirilmişdir; xəstə, yolçu və oruc tutmağa gütü çatmayanlar üçün asanlıqlar haqqında belə buyurlmuşdur:
“(Oruc) sayılan günlərdir. Sizdən hər kim xəstə yaxud yolçu olarsa tutmadığı günlər qədər digər günlərdə oruc tutur. (qocalıq və ya şəfa ümidi qalmamış xəstələr kimi davamlı səbəbdən) oruc tutmağa gücü çatmayanlar bir yoxsulu doyuracaq qədər fidyə verməkləri gərəkdir”
Bu ayədə, keçərli səbəbi olanların, orucu Ramazandan sonraya saxlaya biləcəkləri bildirildikdən sonra, davamlı səbəbi olub ömrü boyu oruc tutmağa gücü çatmayanlara bunun qarşılığında fidyə verməkləri əmr edilərək asanlıq göstərilmişdir.Ciddi və keçərli səbəb olmadıqca bəlli şərtləri daşıyan müsəlmanların isə oruc tutaraq Allahın əmrini yerinə yetirməkləri mütləqdir.

Digər dinlərdə oruc

Orucun fərz qılındığını bildirən Bəqərə surəsinin 183-cü ayəsindəki: “Sizdən əvəlkilərə fərz qılındığı kimi, sizə də oruc fərz qılındı..” ifadəsi; orucun sadəcə biz müsəlmanlara deyil, öncəki ümmətlərə də fərz qıldığını göstərir.
Ancaq onlara fərz qılınan orucun bəzi rəvayətlər xaric neçə gün olduğu, nə zaman və necə tutulduğu haqqında bu gün heç bir biliyə sahib deyilik. Çünki, əvvəlki ilahi kitabların böyük ölçüdə təhrif edildiyi və dini hökmlərin və dolayısıyla orucun da dəyişikliyə məruz qaldığı bilinir. Bu səbəblə, oruc ibadətinin onlara fərz qılındığı əsli pozulmamış şəkli haqqında sağlam bilik verməyimiz mümkün deyildir.
Ancaq, xristian və yəhudilərin bu gün müxtəlif oruc şəkilləri bilinir.
İslam dinindəki oruca gəldikdə isə:
Qurani Kərim Allahdan göndərildiyi kimi əlimizdə, Peyğəmbərimizin həyatı bütün incəliklərinə qədər ortadadır. Buna görə Quran, orucu necə əmr edib, Peyğəmbərimiz necə tutubsa o tarixdən etibarən müsəlmanlar bu ibadəti eyni şəkildə yerinə yetirir. İslamın böyük xüsusiyyətlərindən biri də, onun heç bir dəyişikliyə uğramayıb, bu günki günümüzə qədər gəlməsidir. Bundan sonra da belə davam edəcəkdir.
Uca Allah, müqəddəs kitabımız Qurani Kərimin ilahi təminat altında olduğunu bildirmiş, onu qoruyacağını vəd edərək belə buyurmuşdur: “Şübhəsiz ki, Quranı biz endirdik, əlbəttə onu yenə biz qoruyacayıq.”

Orucun qarşılığı

Oruc tutmaqla Allahın əmrini sevə-sevə yerinə yetirən möminlərin bağışlanacağını, günahların əfv ediləcəyini müjdələyən peyğəmbərimiz (s.a.v.) belə buyurur:
“Kim inanaraq və mükafatını umaraq Ramazan orucu tutarsa keçmiş günahları bağışlanır.”
Lütfü və rəhməti sonsuz olan Uca Allah, ibadətlərimizə və etdiyimiz yaxşılıqlara ən azı birə on qat mükafat verəcəyini bildirmişdir. Bu mükafatın bəzi ibadətlərdə birə yeddi yüz qata qədər artırılacağı haqqında peyğəmbərimiz (s.a.v.) xəbər vermişdir.Ancaq oruca bununla hədd qoyulmur, onun mükafatı daha artıq olacaqdır.
Peyğəmbərimiz belə buyurur:
“Adəm oğlunun hər əməlinin qarşılığı qat-qat verilir. Bir yaxşılıq on qatdan yeddi yüz qata qədər mükafatlandırılır.”
Allah Təala buyurur ki:
-“Ancaq oruc müstəsna, oruc, doğrudan- doğruya mənə edilən (riya qarışmayan) bir ibadətdir. Onun mükafatını mən verirəm. Oruclu yeməyini, içməyini və cinsil arzularını mənim üçün tərk edir.”
Görünür ki, Uca Allah, oruca ayrı bir dəyər vermiş, mükafatının çox olacağına işarə etmişdir. Çünki, oruc, böyük bir səbr və fədakarlıqla yerinə yetirilən ibadətdir.İnsanın bir ay boyunca imsak vaxtından günəş batana qədər ən təbii haqqı və ehtiyac duyduğu yeməyini, içməyini tərk etməsi, cinsi arzularından uzaq durması sağlam bir inamın və Allahın əmrlərinə bütöv bir təslimiyyətinin göstəricisidir.
Oruc ibadətini yerinə yetirənlər, Cənnətə özləri üçün xüsusi olaraq ayrılan bir qapıdan girəcəklər. Peyğəmbərimiz belə buyurur:
“Cənnətdə “Rəyyan” deyilən bir qapı vardır. Bu qapıdan qiyamət günü Cənnətə yalnız oruclular girəcəklər; o qapıdan onlardan başqa heç kim girə bilməz.”
Oruc ibadətini yerinə yetirən və həqiqi mənada böyük bir imtahandan çıxan mömin, axirətdə Allaha qovuşub xoşbəxtliyin zirəvinə çatdığı gün ən böyük sevinci dadacaqdır.
Peyğəmbərimiz belə buyurur:
“… oruclu üçün iki sevinc vardır. Biri iftar vaxtındakı sevinc, digəri də axirətdə Rəbbinə qovuşduğu andakı sevincdir…

Qədr gecəsi
“Qədr Gecəsi” Ramazan ayının son on günüdə tək gecələrdədir.21,23,25,27,29.
İnsanlara dünya və axirətdə xoşbəxt olmağın yollarını göstərən, bəşəriyyəti qaranlıqdan çıxarıb aydınlığa qovuşduran dinimizin müqəddəs kitabı Qurani Kərim Ramazan ayında, Qədr gecəsində enmişdir.
Bu gecə, çox şərəfli və müstəsna bir gecə olduğu üçün müstəqil bir surə ilə şərəfi yüksəldilmişdir. Qurani Kərimin 97-ci surəsində Uca Allah belə buyurur:
1. “Doğrusu, Biz, onu (Quranı) Qədr gecəsi endirdik.
2. Qədr gecəsinin nə olduğunu sən bilirsənmi?
3. Qədr gecəsi min aydan daha xeyirlidir.
4. Mələklər və Ruh (Cəbrayıl) o gecə Rəblərinin izni ilə hər cür iş üçün enərlər.
5. O gecə, dan yeri ağarana qədər salamatlıqdır.”

Bu müqəddəs gecə;
– Şərəfli bir kitab (Qurani Kərim)
– Şərəfli bir mələk vasitəsi ilə (Cəbrayıl)
– Şərəfli bir ümmətin
– Şərəfli peyğəmbərinə (Hz. Muhamməd A.S.) nazil oldu.
Qədr gecəsi;
– Allahın əzəldən təqdir etdiyi şeylərdən bir illik hadisələrin ana kitabdan alınaraq vəzifəli mələklərə bildirildiyi gecə olması, səbəbi ilə üstün bir dəyər daşıyır.
Cəbrayılın (a.s.) digər mələklərlə bu gecə yer üzünə enərək Allaha ibadət edən qulları salamlamaqları və bu gecənin dan yeri ağarana qədər salam və salamatlıq olması da ilahi rəhmətin çox gözəl bir təcəssümüdür.
Min aydan xeyirli olduğu açıq şəkildə bildirilən bu gecə bizim üçün Allahın böyük lütfüdür.
Peyğəmbərimiz belə buyurur:
Kim fəzilətinə inanaraq və mükafatını Allahdan gözləyərək Qədr gecəsini ibadətlə keçirərsə keçmiş günahları bağışlanır.”
Peyğəmbərimiz, Ramazanın son on günü, hər zamankından daha çox ibadət edər, ailə fərdlərini də ibadət üçün xəbərdarlıq edərdi.
Heç şübhəsiz Qədr gecəsinə çatmaq möminlər üçün böyük xoşbəxtlik olduğu kimi, ən yaxşı şəkildə dəyərləndirilməsi zəruri olan bir fürsətdir.
Peyğəmbərimiz Quran oxuyanlara bu Uca Kitabın şəfaət edəcəyini bu sözləri ilə bildirmişdir:
“Quran oxuyun, O, qiyamət günü sahibinə (oxuyana) şəfaətçi olaraq gələr.”
Bu səbəbdən, Qurani Kərimin yer üzünə enməyə başladığı bu mübarək gecə, Quran oxumağın başqa bir dəyəri vardır.
Peyğəmbərimizin həyat yoldaşı Hz. Aişə (R.A.) söyləyir ki: “Peyğəmbərimizə:
– Ey Allahın Rəsulu! Qədr gecəsinə rast gəlsəm necə dua edim? deyə soruşdum. Peyğəmbərimiz:
-“Allahım! Sən bağışlayansan, bağışlamağı sevirsən, məni də bağışla.” deyə dua et.

Hazırladı:
Gülnar Ələsgərova
www.islamevi.az

Bənzər Məqalələr