featured-image-1310

Mərhəmətli və Rəhmli Allahın adı ilə
Həmd və səna Allaha məxsusdur. Ona həmd edirik, Ondan kömək diləyirik. Nəfslərimizin şərindən və əməllərimizin pisliklərindən Ona sığınırıq. Allahın hidayət verdiyi kəsi heç kim hidayət yolundan azdıra bilməz. Onun hidayət yolundan azdırdığı kəsi heç kim haqq yoluna yönəldə bilməz. Şəhadət veirirəm ki, Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur, təkdir, şəriki yoxdur. Və şəhadət verirəm ki, Məhəmməd Onun qulu və rəsuludur.

“Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!” (Əli-İmran, 102)
“Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!”(ən-Nisə, 1)
“(Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar. Biz əmanəti (Allaha itaət və ibadəti, şər’i hökmləri yerinə yetirməyi) göylərə, yerə və dağlara təklif etdik. Onlar ona yüklənməkdən (götürüb özləri ilə daşımaqdan) qorxub çəkindilər. Ona insan yükləndi. Həqiqətən, o çox zalım, çox cahildir. (İnsan bu ağır əmanəti götürməklə özünə zülm etdi və cahilliyi üzündən onun çətinliyini, ağır nəticəsini bilmədi)”(əl-Əhzab, 71-72)
Həqiqətən, ən gözəl kəlam Allahın kitabı, ən xeyirli yol Məhəmmədin (s) hidayət yoludur. Əməllərin ən şəri sonradan edilmiş yeniliklərdir. Hər bir yenilik bidət, hər bir bidət zəlalət, hər bir zəlalətin axırı isə oddur.
Heç bir şübhə yoxdur ki, Allah taala insana çoxlu nemətlər bəxş etmişdir. Müsəlman olduqdan sonra bu nemətlərin ən dəyərlilərindən biri dillə həyata keçirilən nitq qabiliyyətidir. Bu dil iki istiqamətə malik silahdır: Quran oxumaq, yaxşı işləri əmr edib pis işlərdən çəkindirmək, məzluma kömək etmək kimi əməllər edərək Allaha itaətdə keçirmək hər bir müsəlmandan tələb olunan bir şeydir. Əgər belə olarsa, deməli, Allahın bu nemətinə şükr etmiş olarsan.
Bunu şeytana itaətdə, müsəlmanları parçalamaq, yalan, qeybət, müsəlmanların namuslarına toxunmaq, Allah və rəsulunun (s) haram buyurduğu başqa işlərdə istifadə etmək hər bir müsəlmana haram sayılır. Belə olduğu təqdirdə deməli, o, Allahın bu böyük nemətinə nankorluq etmiş olar.
Dilin iki böyük bəlası var: birincisi, batil danışmaq, ikincisi isə haqqı danışmamaqdır.
Haqqı danışmayıb onun barəsində susan adam lal şeytan kimi təsəvvür olunur. O, Allaha asi, riyakar, yaltaq və qorxaq olar. Batil fikirlər söyləyən isə danışan şeytandır. O, Allaha üsyankar olar. Insanlar onun dilindən zərər çəkərlər.
Dilin törətdiyi bəlalar insana ən təhlükəli olan bəlalardandır. Çünki, insan özünə biganə olub, haram yemək, zülm, zina, oğurluq, içki, harama baxmaq və bu kimi əməllərdən çəkinmədikcə, onun öz dilinə və dediklərinə hakim kəsiləcəyi mümkünsüz olur. Hətta, dindar və ibadət əhli kimi tanınan insanlar da hərdən dillərinə sahib ola bilməyib xoşagəlməz ifadələr işlədirlər, bildiklərini də, bilmədiklərini də danışırlar. Həqiqətən, güc və qüvvət Uca və Böyük olan Allaha məxsusdur.
Ərşin rəbbi olan Uca Allahdan Onun gözəl ad və sifətləri ilə diləyirəm ki, bu kitabı səmərəli, sağlığımda və ölümümdən sonra — “Mal-dövlətin və övlad-uşağın fayda verməyəcəyi, yalnız sağlam qəlblə Allahın hüzuruna gələnlərin nicat tapacağı gün” mənə faydalı etsin. Allah taala bunu oxuyanları, eşidənləri çap etdirib yayanları, çapına səbəb olanları və bu işə yaxından kömək edənləri öz cənnətlərinə daxil etsin! Həqiqətən, Allah duaları qəbul edər, ümüdləri boşa çixartmaz. O, istədiyinə kifayət edər, O, ən gözəl vəkildir. Güc və güvvət yalnız Ondadır. Qulu, rəsulu, yaratdıqlarının ən xeyirlisi, vəhyə sadiq, imamımız, peyğəmbərimiz, ibrət nümunəmiz və sevimlimiz Məhəmməd bin Abdullaya, onun ailəsinə, səhabələrinə və qiyamət gününədək ona gözəl şəkildə tabe olanlara Allahın salavatı və salamı olsun!

Səid bin Əli Vahf əl-Qahtani

www.islamevi.az

Bənzər Məqalələr