featured-image-1245

Birincisi: Ərin uğurlu seçimi
Şəriət həyat yoldaşı olan qadının seçilməsi üçün şərtlər və meyarlar müəyyənləşdirmişdir ki, bunlar qadının üzərinə nümunəvi həyat yoldaşı olmaq vəzifəsini qoymaqla onun xoşbəxt gələcəyini təmin etmişdir. Qadınla ailə qurmaq nə keçici bir şıltaqlıq, nə tamahın üstün gəlməsi, nə də ram olmayan ehtiraslara qapılmaqdır. Evlənmək — qadınla mətin dayaqlara əsaslanan ailə həyatı qurmaqla müqəddəs ittifaqa girməkdir.
Ailə həyatını müəyyənləşdirən şərtlər barədə bir hədis:
Əbu hureyrə (r.a) Peyğəmbərə (s.a.s) istinad edərək deyir: «Qadınla dörd şeyə görə evlənirlər: malına görə, əsil-nəcabətinə görə gözəlliyinə görə və dindarlığına görə. Dindar olanı götür, əliboş qalsan da» (Muslimin rəvayəti)

1.Mal-dövlət sahibi, varlı qadın.
Qadının məqbul olan sərvəti onun Allahdan qorxan iman sahibi olmasıdır. Əməlisaleh qadının malı qəlbində yox, əlində olur, onu xeyirxah işlərə, ailəsinin xeyrinə və səadətinə sərf edir. Peyğəmbər (s.a.s) deyir: «Əməlisaleh qadının malı, əməli saleh kişi üçün nemətdir» (Əhmədin rəvayəti. Etibarlı istinadı var. Şərhüs-Sünnə, 1-ci cild, səh.91)
Xeyirxahlıq və təqvadan (Allah qorxusundan-tərc) uzaq olan sərvət qadının təkəbbür və lovğalığına səbəb olur. Bu da ər üçün böyük şər, ailə üçün isə bədbəxtlik deməkdir. Allah-təala buyurur: «Xeyr, insan azğınlıq edər, çzünün dövlətli olduğunu gördüyü üçün» (əl-Ələq, 6)
Pis əxlaqlı, kobud xarakterli, təqvası az olan bir adamın var-dövlətindən nə xeyir?!
Qadının mal-dövlətinə hərislik, onun sərvətinə tamah üzərində qurulan ailə tezliklə dağıla bilər. Kişi qadının sərvətinə tamah edərək evləndikdə və sonra qadın ərinin tamahkarlığını hiss etdikdə həyat mürəkkəbləşir, ər və arvad arasında əlaqə mübahisələr və deyişmələr içində davam edir. Çünki bu əlaqə tacir tamahı üzərində qurulmuşdur: alanda razı qalır, almayanda qəzəblənir.
Kişi qadından yalnız nifrət hissi gördükdə getdikcə ondan uzaqlaşır.
O, qadın yalnız sərvətinə görə həyat yoldaşı seçir…
Burada həyat sona yetir, sonu heçlik olan uğursuz ticarət başlayır…
Lakin qadın varlı və iman sahibi olduqda, var-dövlət özlüyündə ailə qurulması üçün məqsəd olmadıqda və yalnız ikinci dərəcəli amil olduqda sərvət çətin vaxtlarda xərclənir, sevimli ərə bir dayaq olur, əməli saleh qadına nümunəvi həyat yoldaşı olmasında yardımçı rolunu yerinə yetirir. Bu barədə yuxarıda verilən şərəfli hədisdə də danışılır.
2.Əsil-nəcabətli qadın.
Peyğəmbərin (s.a.s) yuxarıda göstərilən hədisində deyildiyi kimi, evlənəndə qadının əsil-nəcabəti də nəzərə alınır.
Əsil-nəcabətli qadın özü-özünə pis işlərdən, nalayiq hərəkətlərdən uzaqlaşır, bu ülviliyi öz övladlarina da miras qoyur: «Ot kökü üstə bitər» (hərfən, kök özünü göstərir-tərc)
Nümunəvi qadının əsil-nəcabəti, mötəbər mənşəyi onu ülvi və xeyirli hərəkətlərə sövq edir, həmdə onun ərini də buna dəvət edir.
Bununla qadın həm də ərinin nalayiq işlərə qurşanmasına mane olur. İslam əsil-nəcabəti qiymətini yaxşı bilmiş, onun dinin fiqhi (hüququ) ilə müəyyənləşdirmişdir. Əbu Hureyrə (r.a) Peyğəmbərə (s.a.s) istinadən deyir: «İstər cahiliyyətdə olsun, istərsə də islamda ən yaxşınız fiqhlə məşğul olandır»
Bu kefiyyətlır qadında cəmləşsə bu, böyük nemət olar. Əks təqdirdə iş bunun ziddinə olanda Peyğəmbərin (s.a.s) tövsiyəsini rəhbər tutmalıyıq: «Dindar olanı götür, əliboş qalsan da»
3.Gözəl qadın
Hələ qədim zamanlardan qadından gözəllik və paklıq tələb edilmişdir. Normal zövqə malik olan adam özünə həyat yoldaşı seçəndə çirkinlik və eybəcərliyi rədd etmişdir
İslam bunu nəzərə almışdır. Bunu Peyğəmbər (s.a.s) yuxarıda verilən hədisdi də qeyd edir. Gözəlik dörd şərtdən biri kimi göstərilir.
Belə ki, xarici gözəllik qadına münasibətdə rəğbət yaranması üçün, halaldan zövq almaq üçün əhəmiyyətlidir. Əlbəttə, islam insanın anadangəlmə keyfiyyətlərinə qarşı çıxmır, lakin insanın ğözəlliyə üstünlük verməsini, hər bir kişinin öz gələcək həyat yoldaşının istəməsini də nəzərə alır. Bununla belə hər bir istək ülvi olmalıdır.
Allah-təala buyurur: «Axirət daha yaxşı və əbədidir» (əl-Əla, 17)
Müsəlman daha çox öz axirətinin qayğısına qalan əməlisaleh qadınla evlənir. O, həm dünyasını, həm də axirətini puç edəndən uzaq gəzər.
Onu qoruyan Allah qorxusu olamayan gözəl ailəsinin başına bəlalar gətirir, ailəni dağıdır, uşaqlarını avara qoyur. Allah-təala buyurur: «Allaha şərik qoşan qadınlar imana gəlməyincə onlarla evlənməyin. Əlbəttə, Allaha iman gətirmiş bir cariyə, gözəlliyinə məftun olduğunuz müşrik qadından daha yaxşıdır» (əl-Bəqərə, 221)
Təqvanın parlaqlığını və paklığını daha da gözəllik ailə həyatını xöşbəxt edir, qadına nümunəvi qadına xas kefiyyətlərdən birinə yiyələnməyə imkan verir.

4.Mətin iman sahibi olan qadın.
Yalnız haqq dini və mətin iman ailə həyatının sabitliyini və səadətini təmin edə bilər. Gözəllik gəldi-gedərdi, var-dövlət də həmçinin, müvəqqətidir. Dinsə elə bir bağlılıqdır ki, heç zaman yox olmur, əksinə vaxt ötdükcə daha da qüvvətlənir. Qadının dindarlığı ər-arvad arasındakı ülfət və məhəbbəti daha da artırır, həyatda rast gəldikləri maneələri aradan qaldirir.
O öz ərinin hüquqlarına hörmət edir, övladlarının tərbiyəsi ilə məşğul olur, onlarla yaxşı rəftar edir.
Elə bir dövrdə yaşayırıq ki, öz gözəliyini hamıya nümayiş etdirən açıq-saçıq qadınla evlənən kişi dərin ağıl və zəka sahibi sayılır. Çoxları bizə bu məsələdə yaxşı ibrət dərsi vermişlər: birisi çox ğözəl, varlı-karlı, əsil-nəcabətli bir qadınla evlənir. Bu qadının dinsiz və imansız olmasına, onunla həmrəy olmamasına əhəmiyyət vermir. Deyir ki, sabah onu yola gətirəcəm! Evlənəndən sonra, birdğə həyat sürəndə xasiyyəti düzələcəkdir.
Lakin qadının öz batil əməllərindən bərk yapışdığını, onlardan əl çəkmədiyini israrla onlara yol verdiyini görəndə kişinin bütün ümidləri puça çıxı
Elə problemlərlə üzləşir ki, əlacı — ayrılmağa qalır və yaxud da qadının batil əməllərinə razılaşır, onlara göz yumur. Nəticədə kişi ehtiras və şəhvətə görə öz dinindən və imanından üz döndərməli olur. Ailə quranda uğursuz seçim müsəlmanlar üçün dağılmış ailələri, sınmış taleləri miras qoyur.
Qadında din və iman amilinə əhəmiyyət verməyən kəslər evlənəndən sonra arvadlarından daha çox şikayət edirlər.
Kişinin ailə quranda Allahdan qorxan mömin qadını özünə həyat yoldaşı seçməsi həm də gələcək nəslin — doğulacaq uşaqların tələbidir. Zaman keçdikcə evlənmək işində bu amilin nə qədər faydalı olması özünü göstərir.
Peyğəmbər (s.a.s) hədislərində həmçinin qadınların başqa elə xüsusiyyətlərindən də bəhs edilir ki, onlar da uğurlu ailə həyatının mühüm şərtlərindəndir.
5.Qız bakirə olmalıdır.
Şəriət bunu vacib bilir. Bakirə qız ərini daha çox sevir və ona artıq ərdə olmuş qadından daha artıq bağlı olur. Qadının fitri təbiəti elədir ki, o öz ilk kişisinə bağlı qalmalıdır. Cabir (r.a) Peyğəmbərin (s.a.s) bu hədisini verir «Bakirə qızla evlənin. Onlar xasiyyətcə yumuşaq, şirindil. Hiylə və yalandan daha çox uzaq və azla kifayətlənən olurlar» (Ət-Təbəri, “əl-Ausət” Səhih cəmiis səğir. 2-ci cild, səh. 749)
Elə hallar olur ki, əvvəllər ərdə olmuş arvadla evlənmək vacib olur və bu işi kişinin mənafeyi tələb edir. Bu növ evlənməyə yol vermək olar. Peyğəmbər (s.a.s) ərdə olmuş arvadla evlənən Cabir ibn Abdullahı (r.a) belə bir münasibətlə təbrik etmişdir. Belə ki, Cabirin doqquz bacısı var idi. Evləndiyi qadın bu qızların qayğısına qalmalı idi.
Bu barədə Cabir ibn Abdullah (r.a) belə rəvayət edir: «Atam həlak oldu, özündən sonra səkkiz, yoxsa doqquz qız uşağı qoydu. Mən qabaqlar ərdə olmuş bir qadınla evləndim. Peyğəmbər (s.a.s) məndən soruşdu:
-Cabir evlənmisən?
Dedim:
-Bəli!
-Bakirədir, yoxsa ərdə olmuş?
-Ərdə olmuş.
-O, bir cariyədirmi, bir-birinizlə oynayır, əylənirsiniz?
-Abdullah həlak oldu. Qızlar kimsəsiz qaldılar. Mən istəmədim ki, onların içinə özləri kimi birisini gətirim. Bir arvad aldım ki, onlara böyüklük eləsin.
Peyğəmbər (s.a.s) buyurdu:
-Allah mübarək eləsin, bərəkallah! Xeyrli olsun» (Ət-Təbəri, “əl-Ausət” Səhih cəmiis səğir. 2-ci cild, səh. 749)
Qadın ərə gedənə qədər istər bakirə olsun, istərsə də əvvələr ərdə olmuş olsun, hər şeydən qabaq ailə həyatı üçün yararlı, Allah qorxusunu ürəyində gəzdirən və əməlisaleh olmalıdır və Peyğəmbərin (s.a.s) bu çağrışına cavab verməlidir.

Xaula Dərviş
www.islamevi.az

Bənzər Məqalələr