featured-image-1236

Ölü sahibinə başsağlığı vermək, onu səbrə çağırmaq və ölü üçün dua etmək şəriətə uyğundur. İbn Macənin Amr və İbn Həzmdən mərfu olaraq rəvayət etdiyi hədisdə rəsulullah (s) buyurur: “Bir mömin müsəlman qardaşını hər hansı bir bəla səbəbiylə təsəlli edərsə, Allah qiyamət günü ona kəramət libası geyindirər.” Bu hədisin isnadında etibarlı ravilər var. Bu şəkildə çoxlu hədis varid olub.

Başsağlığı edərkən bu sözlər deyilir: “Azamallahu əcrak və əhsənə əzak va ğafara limeyyitik.” (Allah əcrini böyük, səbrini gözəl etsin və ölünü bağışlasın). Bəzi insanların bu gün etdiyi kimi başsağlığı üçün oturmaq və bunu elan etmək bəyənilmir. Ölüm baş verən ailə üçün yemək hazırlayıb göndərmək şəriətə uyğundur. Peyğəmbər (s) buyurur: “Cəfərin ailəsi üçün yemək hazırlayın! İndi onlar başlarını qatan bir bəla ilə üzləşiblər”. Bu hədisi Əhməd rəvayət etmiş, Tirmizi isə bu hədisə həsən demişdir.
Lakin bu gün bəzi insanlar ölünün şərəfinə camaatın toplaşması üçün yer ayırır, yemək hazırlayır, Quran oxumaları üçün qarilər çağırır və bütün bunlara görə də maddi yük altına düşürlər. Bu haram olunmuş mərasimlərdir. İmam Əhməd Cərir bin Abdullahın belə dediyini rəvayət edir: “Dəfndən sonra ölü sahibinin ailəsi üçün yığıncaq qurub onlara yemək hazırlayardıq”. Raviləri etibarlıdır.
Şeyxul İslam İbn Teymiyyə (Allah ona rəhmət etsin!) buyurur: “Ölü sahibinin insanlara yemək verməsi və ölüyə Quran oxutması sələflərin tanımadığı bir adətdir. Elm əhli bunu heç vaxt qəbul etməmişlər”.
Tartusi isə deyir: “Yas vermək alimlərin icmasının rəyinə görə olmaz. Yas vermə deyəndə insanların bir yerə toplaşıb şəriətə uyğun olmayan şəkildə yas mərasimi təşkil etmək nəzərdə tutulur. Bu dinə yenilikdir. Bunun edilməsi barəsində heç bir dəlil varid olmayıb. Həmçinin ikisi, üçü, dördü, yeddisi, ayı, ili olması münasibəti ilə mərasim təşkil etmək olmaz, bu fəlakətdir.

Saleh bin Fövzan bin Abdullah əl-Fövzan
ardı var
www.islamevi.az

Bənzər Məqalələr