featured-image-1216

Allah taalanı zikr etmək Onun iatətini üçün edilən bütün əməllər və deyilən bütün sözlər aid edilir. Təsbeh, təkbir və təhlil gətirmək, Quran tilavət etmək, hədis oxumaq, elm öyrənmək, nafilə namazları və sair ibadətlər zikr hesab olunur. Nəvəvi deyir: “Bil ki, zikrin fəzilətləri təsbeh, təkbir, təhmid, təhlil və sairlərini deməklə kifayətlənmir. Əksinə Allah taalanın itaətinə aid edilən hər bir şey zikr hesab olnur”.

Allah taala buyurur: “Allahı çox zikr edən kişilər və qadınlar üçün məğfirət və böyük bir mükafat hazırlamışdır”. (əl-Əhzab, 35) Aşağıdakılar sərbəst zikrlərdir:
1. Təsbeh, təkbir, təhmid, təhlkil və hövqalə gətirmək: Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur ki, “Allaha ən əziz dörg söz var. Bunlar hansı ilə başlasan zərər yoxdur. Bunlar, “sübhənallah, əl-həmdu lilləh, lə ilahə illallah və Allahu əkbər” sözləridir. Müslimdə Əbu Hureyrədən (Allah ondan razı olsun!) rəvayət olunan hədisdə rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurur: “Sübhənallah, əl-həmdu lilləh, lə ilahə illallah və Allahu əkbər” — demək, mənə günəşin çıxmasından əzizdir”. Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyi rəvayət olunur: “Sənə Cənnətin qaplarından bir qapını göstərimmi? Bu, “lə hovlə va lə quvvatə illə billəh” — kəlməsidir”. “Səhih Buxari” və “Səhih Müslim”də rəvayət olunan digər bir hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Ey Abdullah bin Qeys, sənə Cənnətin xəzinələrindən olan bir kəlmə deyimmi? Bu, “lə hovlə va lə quvvatə illə billəh” — kəlməsidir”. Bolluqda və sevincli anlarda edilən təsbeh sıxıntılı və kədərli anlarda fayda verir. Yunis bin Məttanın duasında deyirdi ki, “Nöqsansız olan Allah, Səndən başqa ibadətə layiq ilah yoxdur. Həqiqətən, mən zalımlardan idim”. Müsəlman etdiyi duanın tərkibində bu zikri edərsə, Allah taala onun duasını qəbul edər”. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur ki, “Kim yüz dəfə “sübhənallah və bihəmdihi” desə, xataları dənizdəki köpüklər qədər olsa da silinər”. Daha bir hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Iki söz var ki, dildə asan, tərəzidə ağır, Rəhmana isə əzizdir. Bunlar, sübhənallah va bihəmdihi və sübhənallahul azim”.
2. Bağışlanma diləməyin fəziləti: Rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Kim davamiyyətli Allahdan bağışlanma diləsə, Allah onun düşdüyü hər sıxıntıdan çıxarar, hər kədərdən sevinc bəxş edər, ruzisini də gözləmədiyi yerdən yetirər”. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir qüdsü hədisdə Allah taalanın belə buyurduğunu bildirir: “Ey Adəm övladı, əgər günahların göydəki buludlar qədər olsa və sən Məndən bağışlanma diləsən, günahlarını bağışlayaram”. Bura Allahdan bağışlanma diləmək və tövbə etmək zikrləri daxildir. Bu zikrlərin hər ikisi vacibdir.
3. Ümumi zikrlər və Allahı davamiyyətli zikr etməyin fəziləti: Bir gün peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrə buyurdu: “Sizə Sahibinizin dərgahında ən xeyirli və ən doğru əməlinizi deyimmi? O, səviyyələrə ayırmaqda ən yüksək əməl və sizə qızıl-gümüş xərcləməkdən, düşmələrinizlə qarşılaşdığınız zaman bir-birinizin boynunu vurmaqdan daha xeyirlidir”. Səhabələr dedilər: “Bəli!” Rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: “Bu, Allahı zikr etməkdir”. Başqa bir hədisdə isə rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurur: “Bir camaat zikr üçün bir yerə toplaşdıqdan sonra oradan ayrılarkən, onlara “bağişlandiğiniz halda qalxın!” — deyilər . Rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) hər zaman Allahı zikr edərdi.
4. Peyğəmbərə salam göndərmək: Müslimdə rəvayət olunan hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belkə buyurur: “Kim mənə bir dəfə salam göndərərsə, Allah ona on qatını göndərər”. Peyğəmbərə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) salam göndərmək həm namazda, həm də hədislərdə varid olduğu kimi digər ibadətlər zamanı müstəhəbdir.
5. Vaxtından asılı olmayaraq dua etmək: Alah taala buyurur: “Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər”. (əl-Bəqərə, 186) Başqa bir ayədə Uca Allah buyurur: “Mənə dua edin, dualarınızı qəbul edim!” (Qafir, 60) Dua ibadətin özəyidir. Buxari “Ədəbul Mufrad”da Əbu Hureyrədən mərfu olaraq rəvayət etdiyi hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Kim Allahdan nəsə istəməsə, Ona qəzəbi tutar”. Qüdsü hədisdə Allah taala buyurur: “Mən Məni zikr etdiyi və mənim üçün dodaqlarını tərpətdiyi müddətdə qulumla birgəyəm”.
Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) etdiyi çoxlu dualarla yanaşı, Qurani-Kərimdə də dualar varid olmuşdur. Bəzi fəzilətli vaxtlar var ki, duanın həmin vaxt edilməsi müstəhəbdir. Məsələn, gecənin axır bir hissəsi, əzanla iqamə arası, səcdədə, cümə günü, hər fərz namazından sonra və sair vaxtlarda edilən dua daha fəzilətli və daha tez qəbul olandır. Dua edərkən Alahdan xeyir şey istəmək, qibləyə yönəlmək, qəlbi sakit olmaq, duanın qəbul olacağına inanmaq, Allaha həmd-sənə və peyğəmbərə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) salavatla başlamaq və fəzilətli vaxt seçmək duanın ədəblərindəndir.
6. Hər məkanda və hər zaman Allahı zikr etmək: Mömin bütün vaxtlarında Allah taalanı zikr etməlidir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur ki, “Rəbbini zikr edənlə, Rəbbini zikr etməyən arasındakı fərq diri ilə ölü arasındakı fərq kimidir”. Eyni mənalı başqa bir səhih hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurur: “İnsanların Allah taalanı zikr etməyən bir məclisdə yığışması ölü eşşəyə bənzəyir. Həmin məclis Qiyamət günü onlara kədər gətirəcək”.
İmam Əhməd Abdullah bin Bişrdən rəvayət edir ki, bir kişi rəsulullahın (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəldi və dedi: “Ya rəsulullah, İslamın qaydaları mənə ağır gəldi. Bütün bunları cəm edən bir şey varmı?” Rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: “Dilin Allahı zikr etməkdən qurumasın!”
Bura insanın daxilində etdiyi zikrlər də daxildir. Buxari və Müslimin rəvayət etdikləri qüdsi hədisdə Allah taala buyurur: “Qulum Məni zikr etdiyi zaman onunla olaram. Əgər Məni özündə xatırlasa, Mən də onu Özümdə xatırlayaram. Əgər Məni camaat içində xatırlasa, Mən onu daha xeyirli camaat içində xatırlayaram”.
7. Evdə edilən zikr: Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur ki, Allahın zikr edildiyi evlə, zikr edilmədiyi ev arasındakı fərq diri ilə ölü arasındakı fərq kimidir”. Fərz etsək ki, insan ən azı ömrünün üçdə bir hissəsini evdə keçirir, onda Allahı zikr etməyin əhəmiyyətinə və müsəlmanın evdə hansı məsuliyyəti daşıdığına diqqət yetirərik.
8. Allahın izni ilə şeytanı qovan zikrlər: Bismilləh, Allaha sığınmaq, Fələq və Nəs surərlərini, Ayətul Kursini, əl-Bəqərə surəsinin axır iki ayəsini, əl-Muminun surəsinin ilk ayələrini, o cümlədən əzanı oxumaq şeytanı qaçırdır. Həmçinin, “Lə ilahə illallah vahdəhu lə şərikə ləh, ləhul mulk va ləhul həmd va huva alə kulli şeyin qadir” zikrini yüz dəfə demək ən fəzilətli əməllərdən hesab olunur. Hər şeyin ən doğrusunu Uca Allah bilir.

www.islamevi.az

Bənzər Məqalələr