featured-image-1165

Qədr gecəsi;
2. Gecənin son üçdə biri;
3. Fərz namazlarının arxasınca;
4. Azanla iqamə arasında;
5. Hər bir gecədə qeyri-müəyyən bir vaxtda;
6. Fərz namazlarına çağırış zamanı;
7. Yağış yağanda;
8. Allah yolunda sıralarda dayanan zaman;

Cümə günü qeyri-müəyyən bir vaxtda; — Bu vaxt müddəti barədə ən dolğun rəy bu vaxtın axşam çağının sonuna təsadüf etməsidir. Lakin bu vaxt müddəti xütbə və namaz vaxtlarında da ola bilər.
10. Sadiq niyyətlə Zəm-zəm suyunu içdikdə;
11. Səcdədə;
12. Gecə yuxudan ayılan zaman bu barədə mövcud müvafiq dua ilə dua etdikdə;
13. Təharətli vəziyyətdə yatıb, gecə yuxudan ayılaraq dua etdikdə;
14. «Səndən başqa ibadətə layiq haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Mən isə, həqiqətən, zalimlərdən olmuşam» — zikri ilə dua etdikdə;
15. Ölüm baş verdikdən dərhal sonra insanların cənazə üçün duası;
16. Sonuncu təşəhhüddə Allaha həmd-səna etdikdən və Peyğəmbərə -sallallahu aleyhi və səlləm- salavat gətirdikdən sonra;
17. Allahın dua etdikdə qəbul olunan və istənildikdə verilən əzəmətli adı ilə dua etdikdə;
18. Müsəlmanın müsəlman qardaşı üçün gizlində etdiyi duası;
19. Ərəfat günü Ərəfat dağında;
20. Ramazan ayında;
21. Müsəlmanlar zikr məclislərində cəm olduqda;
22. Müsibət baş verdikdə: «Biz Allahın bəndələriyik və [öləndən sonra] Ona tərəf [Onun dərgahına] qayıdacağıq!» Allahım, başıma gələn müsibətə görə məni savabla mükafatlandır. Bu müsibətin arxasından isə mənə xeyir və mərhəmət bəxş et!” — deyə dua etdikdə;
23. Allaha ürəkdən və möhkəm ixlasla dua etdikdə;
24. Məzlumun ona zülm edənə qarşı etdiyi bəd dua;
25. Atanın övlada etdiyi xeyir-duası və bəd duası;
26. Müsafir olduqda;
27. Oruclu olanın iftaradək etdiyi dua;
28. Oruclu olanın iftar zamanı etdiyi dua;
29. Məcburiyyət qarşısında qalan şəxsin duası;
30. Ədalətli rəhbərin duası;
31. Xeyirxah övladın valideynə etdiyi dua;
32. Dəstəmaz aldıqdan sonra bu barədə mövcud müvafiq dua ilə dua etdikdə;
33. Kiçik cəmrəyə daş atdıqdan sonra;
34. Orta cəmrəyə daş atdıqdan sonra;
35. Kəbənin içərisində edilən dua; Kim Hicrin içində namaz qılsa, o, Beytdə [Kəbədə] namaz qılmış hesab olunur.
36-37. Səfa və Mərva təpələri üstündə;
38. Məşərülhəramda;
Mömin harada olursa, olsun həmişə öz Rəbbinə dualar edir. «Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən onlara yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm…». Lakin duaların məhz bu müvafiq vaxt, hal və yerlərdə edilməsinə xüsusi diqqət və maraq göstərilməlidir.

Bənzər Məqalələr