featured-image-1116

Bu dinin gözəlliklərindən biri də müsəlmana öz malını ədalətlə xərcləməsini əmr etməsidir. O, yemək, içmək, geyim və yaşayışı üçün böyük məbləğdə pul xərcləyərək həddini aşmamalıdır. Bunun qaydası isə ehtiyacından artıq xərcləməməkdir. O, ehtiyacı olan miqdarda xərcləməli və ondan artığını isə etməməlidir. Çünki artıq xərc malı faydasız yerə israf etməkdir.

Allah taala buyurur:
“Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!” (əl-Əraf: 31).
Peyğəmbər (sav) buyurmuşdur:
“İsraf etmədən və xülyalara dalmadan (təkəbbürlük etmədən) yeyin, geyinin və sədəqə verin”(Nəsai: 5\ 83\ ? 2558. Ibn Macə: 2\ 1192\ ? 3605. Hədis həsəndir (yəni, qəbul ediləndir).
İslam dini israfçılığı və yersiz pul xərcləməyi qadağan etmişdir, həmçinin onun əksi olan paxıllıq və xəsislikdən də çəkindirmişdir.
Allah taala buyurur:
“Allah tərəfindən bəxş olunmuş var-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli he¬sab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır!” (Ali İmran: 180).
İslam var-dövləti xərcləmək üçün: israfla xəsislik və paxıllıq arasında orta və ədalətli qayda qoymuşdur. İnsan ona, ailəsinə və qohumlarına vacib olan qədər xərcləməlidir. Bundan imtina etmək paxıllıqdır. Bundan artıq xərcləmək isə israf və yersiz xərcdir. Allah taala var-dövlətin xərclənməsi üçün İslam qaydasını açıqlayaraq buyurur:
“Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar.” (əl-Furqan: 67).
Bu qaydanın səmərəsi, İslam toplumunu iflasa uğramaqdan, onun iqtisadiyyatının zəifləməsindən qorumasıdır. Çünki israfçılıq kasıbçılığı xəbər verir.
Bu qaydanın faydalarından biri də cəmiyyətin hər üzvünün öz işi ilə məşğul olmasıdır. Paxıllığa alışan in¬san, vacib xərclərdən özünə, ailəsinə, qohumlarına və kasıblara əl tutmaqdan imtina edər. Ümumiyyətlə İslam şəriətinin buyurduğu gözəl əxlaq nümunələri haqda danışdıqca bitməz. İslam şəriəti bütün gözəl əxlaq normalarını təşviq etmiş, hər bir pis əxlaqdan çəkindirmişdir. Biz bütün bunları araşdırsaq çox uzun çəkər. Ona görə mən şəriətimizin buyurduğu bəzi əxlaqi nümunələrə qısaca işarə edəcəyəm. Bu ədəb-əxlaqlar, müsəlmanlar arasında birliyin yaranmasına, mülayimlik və mehribançılığa səbəb olur, cəmiyyəti yüksəldir və hər kəsin haqqını özünə nəsib edir.
Peyğəmbərin (sav) hədislərində müsəlmanın qardaşı üzərində olan haqlarından danışılır və orada belə buyurulur:
“Bir müsəlmanın digəri üzərində altı haqqı vardır”. Səhabələr: onlar hansılardır? — deyə soruşdular. O buyurdu: “Səninlə qarşılaşdıqda ona salam ver, səni qonaq çağırdıqda onun dəvətini qəbul et, səndən öyüd-nəsihət istədikdə ona öyüd-nəsihət ver, asqırıb Əlhəmdulilləh dedikdə ona Yərhəmukəllah de, xəstələndikdə onu ziyarət et və öldükdə onun cənazəsini müşayiət et”(Müslim: 4\ 1705\ ? 2162.)
Böyük səhabələrdən biri, Bəra İbn Azib (r) belə deyir:
Peyğəmbər  bizə yeddi işi əmr etmiş və yeddi işi qadağan etmişdir. Bizə, xəstəyə baş çəkməyi, cənazənin ardınca getməyi, asqırana yərhəmukəllah deməyi, dəvətə cavab verməyi, salamı yaymağı, məzluma kömək etməyi və and içənin andına inanmağı əmr etmişdir. Bizə, (kişilərə) qızıl üzük taxmağı, gümüş qablarda su içməyi, ipək yastığı, kətanla ipəyin qarışığından hazırlanan geyimi, ipək, adi və qalın fars ipəyini (dibac və istəbrəq) geyinməyi də qadağan etmişdir”(Buxari: 10\ 96\ ? 5635. Müslim: 3\ 1635\ ? 2066.)

Hazırlayan:
R.Muradlı

Bənzər Məqalələr