(1)- «Yemək yeməyə başlayanda «bismilləh» (Allahın adı ilə!) deyin. Yeməyin əvvəlində bunu deməyi unutsanız:
( بِسمِ اللهِ فِي أوّلِهِ وآخِرِهِ )
«bismi-l-ləhi fi əvvalihi va əxirihi»
(Həm əvvəldə, həm də axırda Allahın adı ilə!) — demək lazımdır.

(2)- Allahın verdiyi təamı (yeməli şeyi) yedikdə demək lazımdır:
( اللَّهمَّ بَارِك لَنَا فِيهِ واْطعِمنَا خَيرًا مِنهُ )
«Allahummə bərik lənə fihi va atımnə xeyran minhu» (Allahım, bu təama bərəkət ver, bizə ondan da yaxşısını ver).

Allah kimə süd və ya süd məhsulları qismət etsə, desin:
( اللَّهُمَّ بَارِك لَنَا فِيهِ وَزِدْنَا مِنهُ )
«Allahummə bərik lənə fihi va zidnə minhu» (Allah bərəkət versin; Allah artıq etsin).

(1) Əbu Davud, 3/347; ət-Tirmizi, 4/288; bax: ət-Tirmizi, dəqiq. nəşri, 2/167.
(2) ət-Tirmizi, 5/506; bax: ət-Tirmizi, dəqiq. nəşri, 3/158.

Müsəlmanın Qalası kitabından
www.islamevi.az

Share Button
Tarix: 17.06.2007 | Oxunma sayı: 2. 070 baxış