featured-image-1005

(1)- Şeytandan Allaha pənah aparmaq — «Əuzu billəhi minə-ş-şeytani-r-racim» (Lənətlənmiş şeytandan Allaha sığınıram);

(2)- Əzən oxumaq

(3)- . Şəriətə uyğun zikrlər və Quran oxumaq.*
* — «Evlərinizi qəbirstanlıqlara çevirməyin. Həqiqətən, şeytan əl-Bəqara surəsinin oxunduğu ev¬dən qaçar».

Şeytanı səhər və axşam edilən zikrlər, yatarkən və yuxudan oyanarkən edilən zikrlər, məscidə girərkən və çıxarkən edilən zikrlər və yatarkən Kursi ayəsini, əl-Bəqara surəsinin axı¬rıncı iki ayəsini oxumaq kimi digər şəriətə uyğun zikrlər qovur. Kim yüz dəfə «Lə iləhə illə-l-llah vahdəhu lə şərikə ləhu, ləhu-l-mulk va ləhu-l-həmd va huva alə kulli şeyin qadir» (Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. O təkdir, şəriki yoxdur, mülk və həmd Onundur, O hər şeyə qadirdir) — desə, həmin gün ərzində şeytandan qorunmuş olar. Əzən də şeytanı qovur.

(1) Əbu Davud, 1/206 və ət-Tirmizi. Bax: ət-Tirmizi, dəqiq. nəşri, 1/77; həmç. bax: əl-Müminun surəsi, 97-98-ci ayələr.
(2) Müslim, 1/291; əl-Buxari, 1/151.
(3) Müslim, 1/539.

Müsəlmanın Qalası kitabından
www.islamevi.az

Bənzər Məqalələr