Orta Əsrlərdə yaşamış Azərbaycanlı alimlər
Kitabın üz qabığındakı ərəbcə yazıda Muhəmməd peyğəmbərin (ona salam olsun): “Alimlər peyğəmbərlərin varisləridirlər” – sözü yazılmışdır.
İslam Tarixi (I cild)
İslamın meydana çıxması, formalaşması və yayılması müasir dövr tədqiqatçılarının ən çox müraciət etdikləri mövzulardan biri olmuşdur. Bu mövzu ictimai və siyasi yönlərilə bir çox dəfə araşdırılmış və mövzuya dair çox sayıda əsər qələmə alınmışdır. Sözü gedən mövzuya dair kifayət qədər köklü tədqiqatlar olduğu üçün bu sahədə qələm alınmış hər hansı bir əsər tarix elminə xüsusi bir yenilik qazandırmaya bilər. Bu səbəbdəndir ki, oxucuya təqdim etdiyimiz bu əsəri araşdırmacı tarixçilik tərzində deyil, daha çox öyrədici, praqmatik tərzdə qələmə almağa üstünlük verdik.
Səhih Dua və Zikrlər (Müsəlmanın qalası)
Bu kiçik kitabçada müsəlmanlar arasında daha çox yayılan və yalnız səhih hədislərdə olan dua və zikrlər qeyd edilmişdir. Həmçinin ərəbcə oxuya bilməyən insanlar üçün bir neçə surənin azərbaycanca yazılışını qeyd etmişik. Transkripsiyada ərəbcə olan sözün oxunuşunda uzatmanı bildirmək üçün hərfdən sonra gələn iki nöqtə, ondan əvvəl gələn hərfin bir hərf uzadılması deməkdir.
Məsələn,
“Lə: ilə:hə illəllah”, yəni “lə” sözündən sonra “ə” hərfi bir hərf uzadılır, və ya “ru:hi:” sözündə “u” və sonda olan “i” səsi bir hərf uzadılır.
Uca Allah bu kiçik kitabçanın ərsəyə gəlməsində köməklik göstərən hər bir kəsin əməl dəftərini savablarla doldursun! Allah müsəlmanları bu kitabça ilə faydalandırsın!
Əzəmətli Quranın Təfsiri – İbn Kəsir (II cild)
Həqiqətən, təfsir elmi mövzu və məqsəd baxımından ən fəzilətli və şərəfli elmlərdən biridir. Belə ki mövzusu Uca Allahın kəlamları olan bu elmi öyrənməkdə məqsəd Allahın ayələrinin mənasını açıqlamaq və bəyan etməkdir. Uca Allah bizə Quranı nazil etmiş və ayələrini başa düşüb tədəbbür etməyi və əməl etməyi buyurmuşdur.
Uca Allah buyurur: “Bu Mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik” (“Sad”, 29).
Quran oxumağa giriş
Əlinizdə olan bu kitab bir çox kitablara müraciət edilərək hazırlanmışdır. Məqsədimiz QuraniKərimi öyrənmək istəyənlər üçün sadə və asan oxunulan bir kitab hazırlamaqdır. Kitabda olan qaydaların rahat başa düşülməsi üçün hərf ləri bəzən rəngli qeyd etmişik.
Evlənmə Ədəbi
Evlənmə Ədəbi (Nasiruddin Albani) – kitabın üz qabığının kirilcə olmasına baxmayın, içərisi latın hərfləri ilə tərtib olunub.
Ruhun əsl qidası – Dua və Zikr
Qəlbləri – Allahı zikr etmək qədər heç bir şey rahatlaşdıra bilməz, ondan daha böyük savabı olan başqa bir əməl ola bilməz. Bu, Allahın bir vədidir:
“…Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapar”. (Quran, 13/28).
Elm və Hikmət toplusu (2-ci cild)
Sizlərə təqdim olunan bu əsər İbn Rəcəbin İmam Nəvəvinin “Qırx hədis” kitabına yazdığı şərhdir. Ancaq müəllif bununla kifayətlənməmiş, özündən bir neçə hədis də əlavə edərək şərh olunan hədislərin sayını əlliyə çatdırmışdır.
Elm və Hikmət toplusu (1-ci cild)
Sizlərə təqdim olunan bu əsər İbn Rəcəbin İmam Nəvəvinin “Qırx hədis” kitabına yazdığı şərhdir. Ancaq müəllif bununla kifayətlənməmiş, özündən bir neçə hədis də əlavə edərək şərh olunan hədislərin sayını əlliyə çatdırmışdır.
İslamda Uşaq Tərbiyəsinin Əsasları
Sizə təqdim olunan bu əsər uşaq tərbiyəsi ilə bağlı bütün mövzuları əhatə edir. Əsasən valideynlər üçün lazımlı olan bu dəyərli kitab uşağın ana bətnində olan vaxtından, keçdiyi mərhələlərdən, uşaq dünyaya gəldikdən sonra onunla bağlı hökmlərdən, uşağın tərbiyəsindən, valideynlərin üzərinə düşən haqlardan, gündəlik məsələlərdən və sair önəmli mövzulardan bəhs edir.
Səhih Qüdsi Hədislər
Bu hədisləri kitaba daxil edərkən qarşımıza Peyğəmbərimizin yalnız səhih isnadla rəvayət olunan hədislərini toplamaq məqsədini qoymuşuq. Ona görə də kitaba salınan hədislərin böyük bir hissəsini dahi alimlərin səhih saydığı hədislər təşkil edir. Oxşar məzmunlu hədislərin çoxunu kitaba daxil etməyib onlardan daha dolğun olanını yerləşdirməklə kifayətləndik.
Fəzilətli əməllər
Uca Allah Qurani-Kərimin bir çox ayələrində yaxşı işləri əmr edib pis işlərdən çəkindirməyi buyurmuşdur. Həmçinin, Məhəmməd ümmətinin tərifəlayiq əməlləri etməsi onların ən xeyirli ümmət olmasına səbəb kimi göstərilmişdir. Bu əməllərin mühüm sayılanlarından biri də, yaxşı işləri əmr edib pis işlərdən çəkindirməkdir. Uca Allah buyurur: “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. (Onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız”. (Ali-İmran, 110).
Quranın son üç cüzünün təfsiri
Biz öz növbəmizdə cəhalətin aradan qaldırılması işinə ortaq olmaq və vacib elmi öyrənmək üçün bu müxtəsər kitabda Qurani Kərimin son üç cüzünün təfsiri ilə birlikdə, şəriət elmlərindən ən lazımlı məsələləri də toplamışıq. Qurani Kərimin son üç cüzünün kitaba salınması bu surələrin çox oxunması ilə əlaqədardır. Necə deyərlər: “Hamısını əldə edə bilmirsənsə, çoxunu əldən buraxma.”
Müsəlmanın qalası (Dua və Zikr)
Quran və Peyğəmbərimizin şəriətində müsəlmanların sığınacağı və qalası – “DUA VƏ ZIKRLƏR”. Bu mənim «Qurandan və Sünnədən istifadə etməklə ovsunla müalicə» adlı kitabımın müxtəsəridir. Həmin kitabın «Zikrlər» hissəsi ilə kifayətlənməyib, qalanını ixtisar etdim ki, səfər zamanı insanın özü ilə gəzdirməsi asan olsun. Bu elektron kitabı da telefonunuza endirərək evinizdə, işinizdə, səfərdə və s. rahatlıqla istifadə edə bilərsiniz.
Əzəmətli Quranın Təfsiri – İbn Kəsir (I cild)
Həqiqətən, təfsir elmi mövzu və məqsəd baxımından ən fəzilətli və şərəfli elmlərdən biridir. Belə ki mövzusu Uca Allahın kəlamları olan bu elmi öyrənməkdə məqsəd Allahın ayələrinin mənasını açıqlamaq və bəyan etməkdir. Uca Allah bizə Quranı nazil etmiş və ayələrini başa düşüb tədəbbür etməyi və əməl etməyi buyurmuşdur.
Uca Allah buyurur: “Bu Mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik” (“Sad”, 29).
Səbir və şükür edənlər (Uddətus Sabirin)
Uca Allah səbri büdrəməyən bir at, kütləşməyən bir qılınc, məğlubedilməz bir ordu, yıxılmayan, hətta dəlik belə açılmayan möhkəm bir qala etmişdir. Səbir ilə zəfər – doğma qardaşdır.
Zəfər çalmaq səbirlə, fərəh və sevinc üzüntü ilə, çətinlik və sıxıntı isə rahatlıqla yanaşıdır. Səbir, sahibinə silahsız və hazırlıqsız bir ordudan daha çox yardımçıdır. Səbrin zəfərdəki yeri, başın bədəndəki yeri kimidir.
Səhabələrin həyatı
Biz bu kitabda bu misilsiz nəslin (səhabələrin) həqiqi təsvirini vermək, onların millət, iman, bilik, haqq və ədalət yolunda cihadda, İslamı və vətəni müdafiə etmək işində nümayiş etdirdikləri məsuliyyətdən, bir-birinə bəslədikləri qardaşlıq, məhəbbət, ehtiram hissindən, onların təvazökarlığından danışmaq istərdik…
Şəfa duaları və Ovsunlar
Bu kitabça, “Zikr və dualar, Quran və peyğəmbərin hədislərindən istifadə etməklə ovsunla müalicə” adlı kitabımın müxtəsər variantıdır. Oxucunun bundan asanlıqla faydalana bilməsi üçün kitabçada dua fəslini müxtəsər şəkildə təqdim etdim. Həmçinin bura bir çox duaları və Allahın izni ilə faydalı ola biləcək amilləri də əlavə etdim.