Mərhəmətli, rəhmli Allahın adı ilə! 1 - (Ya Peyğəmbər!) De: “Pənah aparıram insanların Rəbbinə; 2 - İnsanların ixtiyar sahibinə; 3 - İnsanların tanrısına; 4 - Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın şərindən- 5 - O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır, 6 - (O Şeytan ki) cinlərdən də olur, insanlardan da! [Və ya: (o Şeytan) istər cinlərdən olsun, istər insanlardan!]”