“Qardaşlıq müsəlmanlar arasında iman bağlılığıdır”.
Mömin qardaşım, bil ki, bu din möminlə öz Rəbb arasında bağlılığa əsaslanır, bu da tovhiddir. Müsəlmanın başqa müsəlmanla qarşılıqlı əlaqəsi isə qardaşlıq deməkdir.

Müsəlmanın qeyri müsəlmanla əlaqəsinə dəvət deyilir. Bu üç növ əlaqə mərhəmət prinsipinə əsaslanır. Müsəlmanın öz Rəbbi ilə əlaqəsi tovhid əlaqəsidir (ibadət, itaət və sədaqət). Allah bunu bizdən həm bu dünyada, həm də axirətdə bizə rəhm etmək üçün tələb edir. Allah təala Yusifin dili ilə buyurur: «Ey mənim iki zindan yoldaşım! Ayrı-ayrı tanrılar yoxsa, hər şeyə qadir və qalib vahid Allah yaxşıdır?» (Yusif, 39).

Müsəlmanın öz qardaşı müsəlmanla əlaqəsi iman qar-daşlığı əlaqəsidir. Bu əlaqənin aramızda olmasını Allah təala bizə rəhm etmək, bizim bir-birinə rəhm etməsi üçün istəyir. Allah təala buyurur: «Həqiqətən, möminlər qardaşdırlar» (əl-Hucurat, 10).
Təala həmçinin buyurur: «Odlu uçurumun lap kənarında durarkən sizi ondan xilas etdi» (Ali-İmran,103).
Allah təala buyurur: «Mömin kişi və qadınlar bir-birinə həyandırlar. Onlar yaxşı işlər görməyi əmr edir, qəbahəti rədd edir və namaz qılırlar…» (ət-Tövbə, 71).

Bu yazıda bir qardaşlıq haqqında danışacayıq: Müsəlmanın müsəlman olmayanla münasibəti Allaha, imana dəvət və İslam dinini təbliği şəklində olur. Əgər o, bu dəvəti qəbul etməzsə, onu rədd edərsə, təkəbbür göstərərsə, zorakılığa yol verib müsəlmanlara qarşı zülmə yol verərsə onunla mübarizə aparılır. Bu münasibət barədə müstəqil elmi araşdırmaların sayı çoxdur, onlardan bəziləri barədə növbəti şəriət risaləmizdə danışacağıq.
Qardaşlıq gözəl hisslər, xoş rəftar və təmiz əxlaq deməkdir. Ədalət, saleh əməl və xoş söz kimi anlayışlar ona istinad edir. İslamda qardaşlıq geniş və hərtərəfli əhatəli bir anlayış olub əməli məzmunda təcrid olunmamışdır, əksinə o, mərhəməti, səmimiyyəti, təvazökarlığı, məhəbbəti, dostluğu, sədaqəti, etibarlığı, lütfkarlığı vacib edən bir hissiyatdır.
Peyğəmbər (s.a.v.) aşağıdakı sözləri ilə qardaşlıq hissini yüksək qiymətləndirir: “Özünə istəyini qardaşına da istə-məyincə sizdən heç kəs həqiqi iman sahibi ola bilməz” (Riyadus-salihin, 236).

Deməli, qardaşlıq olan yerdə həsəd, tamah, yalançılıq, xəyanət və zülm kimi mənfi hisslər üçün yer qalmır. Sən özünə rəva bildiyini qardaşın üçün də istəyirsən. Çünki Allah məhəbbət, Onun təkliyini iqrar etmək (tovhid), Peyğəmbərə (s.a.v.) və onun ardıcıllarına məhəbbətdir. Sən onunla bir kökdə birləşirsən. O, səninlə birgə vahid bir iman cəmiyyətinə mənsubdur. Bu halda qarşılıqlı əlaqə iman qardaşlığı hissinə əsaslanır.
Peyğəmbər (s.a.v.) demişdir: “Mömin mömin üçün vahid bir bina kimidir. Bir-birinə dayaqdırlar” (Riyadus salihin, 273. Hamılıqla məqbul hədisdir).
Peyğəmbər (s.a.v.) həmçinin demişdir: “Müsəlman müsəlmanın qardaşıdır. Ona xəyanət etməz, yalan deməz, onu darda qoymaz. Müsəlmanın borcu digər müsəlmanın namusuna, malına, qanına hörmət etməkdir. Burada Allahdan qorxu (təq-va) vardır. Qardaşı müsəlmanı təhqir edən adam hər əmələ qurşalan kimidir” (Riyadus salihin, 223).
Peyğəmbərin (s.a.v.) mübarək kəlamında deyilir: “Müsəlman müsəlmanın qardaşıdır, ona zülm etməz, onunla ədavət etməz. Qardaşının ehtiyaclarını ödəyənin ehtiyaclarını Allah ödəyir. Qardaşını sevindirən Allah qiyamət gün sevindirəcəkdir, müsəlmanı qoruyanı Allah qiyamət günü qoruyacaqdır” (Riyadüs-salihin, 223. Hamılıqla qəbul edilmiş hədis).
Peyğəmbər (Ona və ailəsin Allahın salavatı və salamı olsun) həm də buyurur:

“Müsəlmanın altı şeyə haqqı vardır: Onunla qarşılaşsan salam ver, səni çağırsa cavab er, səndən məsləhət istəsə məsləhət ver, asğırsa ona “Yərhəmukəllah” (Allah rəhm eləsin) de, xəstələnsə onun müalicəsinə kömək et, ölsə onu dəfn elə” (Müslimin rəvayəti, 2/62).
Allah təala bizə bildirmişdir ki, möminin ən əzəmətli sifətlərindən biri də qardaşlıq, iman sevgisidir ki, qardaşları mərhəmət hissi ilə əhatə edir. Allah təala demişdir: «Məhəmməd (Ona və ailəsinə Allahın salavat və salamı olsun) Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, birbirinə (öz aralarında) isə mərhəmətlidirlər» (əl-Fəth, 29).

Peyğəmbər (s.a.v.) demişdir: “Allah təala qiyamət günü soruşur: “Mənim cəlalətimlə bir-birinə qarşılıqlı məhəbbətlə bağlı olanlar, yalnız mənim kölgəmin olduğu bir gündə ona sığınanlar hardadır?” (Müslimin rəvayəti, 1021).
Peyğəmbər (s.a.v.) demişdir: “Allaha and olsun, siz iman gətirməyincə cənnətə daxil ola bilməzsiniz. Qarşılıqlı məhəbbət hissi olmadan iman sahibi də olmaz”.
Allahın mənə və sənə mərhəmətini görürsən. Peyğəmbər (s.a.v.) cənnətə daxil olmağı tovhid olan imanı, tovhidin və ona məhəbbətin sabitliyi ilə əlaqələndirmişdir.

Allah təala aydın şəkildə bildirir ki, möminlər bir-birinə məhəbbət hissi bəslədikdə Allahın da məhəbbətini qazanmış olurar. Möminlər, həmçinin bir-birinə məhəbbət bəsləməli, təvazökar olmalı, bir-birilə mehriban dolanmalı, biri başqası ilə münasibətdə təkəbbür göstərməməlidirlər. Möminlərin bu keyfiyyətlərə malik olması Allahın onlara məhəbbətinin təzahürüdür. Buna görə Allah onlardan razı qalır, onları öz dininin etibarlı adamları edir, onları başqalarından üstün tutur. Müsəlman qardaşım, bu ayə barədə dərindən düşün: «Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah onun əvəzinə elə bir tayfa gətirər ki, Allah onları, onlar isə Allahı sevərlər. Onlar möminlərlə münasibətdə mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu Allahın lütfüdür, onu istədiyinə verər. Allahın lütfü genişdir və O, biləndir» (əl-Maidə,54).

Bu gün biz islami qardaşlığa möhtacıq, necə ki, biz tovhidə möhtacıq, İslama çağırışa möhtacıq. Lakin, qardaşlıq hissini itirərək təfriqəyə qurşandıq, parçalandıq, ixtilafa vardıq. Biz zəifləşsək düşmənlər bizə üstün gələcəkdir. Çünki, biz ədavət və düşmənçilik hissini bir-birinə yönəltmişik. Möh-tərəm qardaşım, bilməlisən ki, bunun səbəbi Allah təalanın kitabından uzaq olmağımızdır. Allah təala onu öz Rəsulunu nazil etmişdir ki, bizi haqq yoluna yönəltsin, xristianların başına gələnlər bizim də başımıza gəldi. Onlar ayrı-ayrı tayfalara parçalandılar. Hərc-mərcliyə qurşalandılar, bir-birilə müharibə etdilər və vuruşdular. Onlar bir-birinə nifrət etdilər.
Allah təala buyurur: «Biz xristianıq deyənlərdən də əhdi-peyman almışdıq. Bundan sonra onlar bildiklərindən bəzilərini (Məhəmməd peyğəmbərə iman gətirməyi) unutdular. Biz də aralarına qiyamət gününə qədər davam edəcək ədavət və kin saldıq. Allah onlara gördükləri işlər barədə xəbər verəcəkdir» (əl-Maidə, 14).

Eyni hadisələr yəhudilərlə də baş verdi. Çünki onlar da Allahın tovhidini qəbul etmədilər, Ona iman gətirmədilər, Allahın qüdrətinə və Onun cəzasının hazırlığına inanmadılar. Onları zahirən bir-birilə tam həmrəy hesab edirlər. Lakin əslində onlar parçalanışlar, qəlbləri bir-birinə qarşıdır, müxtəlifdirlər.

Allah təala buyurur: «Sən onların əlbir olduqlarını güman edirsən, lakin onların qəlbləri dağınıqdır».
Müsəlmanlar yəhudi və xristianlardan tamamilə fərq-lənməlidirlər. Allah təala bizi onların ardınca getməkdən və onları izləməkdən çəkindirmişdir. Allah təala kəramətli əshabələri qardaş, məhbub olduqlarına görə tərifləmişdir. Onlar bir-birilə münasibətdə təvazökar olmuşlar. Allah təala onları bu məsələdə mədh edərək buyurur: «Mühacirlərdən əvvəl (Mədinədə) yurd salmış və (Məhəmməd əleyhissəlama qəlbən) iman gətirmiş kimsələr (ənsarlar) öz şəhərlərinə mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd, qəzəb duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən, tamahından qorunub saxlanılan kimsələr-məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır!» (əl-Həşr,9).
Allah təala sonrakı dövr möminlərinin özündən əvvəl gələnlərə necə münasibətdə olduğunu bizə bildirir:
«Onlardan (mühacir və ənsarlardan) sonra gələnlər belə deyirlər: “Ya rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə, həsədə yol vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətli və mərhəmətlisən” (əl-Həşr,10).

Allah subhanəhu qardaşlar arasında təfriqə baş verdikdə onu yaxşılıqla, hikmətlə aradan qaldırmağı, onun həlli üçün şəriətə əsasən hökm çıxarmağı tələb etmişdir. Allah təala buyurur: «Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özündən olan ixtiyar sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli nəticə etibarilə daha yaxşıdır” (ən-Nisa, 59).

Allah təala bizi sülhə, əmin-amanlığa nail olmaq üçün çalışmağa çağırmışdır. İki mömin tayfa arasında müharibə baş verdikdə onun alovunun gücləndirilməsindən bizi çəkindirmişdir. Çünki bu iman qardaşlığına ziddir, möminlər qardaşlar arasında müharibə ilə razılaşa bilməzlər. Allah təala buyurur:
«Əgər möminlərdən iki dəstə bir-birilə vuruşsalar onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətlə) qayıdana qədər vuruşun. Təcavüzkarlıq edən (allaha itaət) qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldən və insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevir. Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!” (əl-Hucurat, 9-10).
Möhtərəm qardaşım, bu iki ayədən sən bildin ki, müsəlmana nifrət və zülmü həm əməldə, həm də dildə ifadə etmək haramdır. Mömin hətta düşmənləri ilə münasibətdə də haqqı rəhbər tutmalıdır, qardaşları ilə mülayim olmalıdır. Düşmən tərəflər arasında sülh təqva əsasında bərqərar ola bilər. O, Allahın müsəlman üçün dilədiyi mərhəmətin əsasıdır.

Bənzər Məqalələr

Bənzər Məqalələr