Hәya – insan әxlaqının әn әsas özәlliklәrindәn biri vә bәlkә dә, birincisidir. Uca Allah Özünü həya sifəti ilə vəsf etdiyi kimi, Peyğəmbər dә (ona Allahın salavat vә salamı olsun) O’nu bu sifətlə vəsf etmişdir. Buna görə də O, Həya və Kərim sahibidir. Salman әl-Farisi (Allah ondan razı olsun) rəvayət edir ki, Allahın elçisi (ona Allahın salavat vә salamı olsun) belә buyurmuşdur:

“Әbədi və Kərim olan Rəbbimiz, əllərini ona tərəf qaldıran qulunun əllərini geri boş qaytarmaqdan Həya edir..” (Әbu Davud 1488, Tirmizi 3551, İbn Macə 3865. Musnəd 5/438) 

 

Allahın elçisi (ona Allahın salavat vә salamı olsun) buyurmuşdur: “Allah həya sahibidir və ayıbları örtəndir. Biriniz yuyunduğu zaman örtünsün..” (Әbu Davud 4012)

Hər müsəlman, onu yaradan Rəbbindən utanmalı və həya etməlidir. Belə ki, Rəbbi onu qadağan etdiyi yerlərdə görməməli, әksinә, əmr etdiyi yerlərdə görməlidir. Saleh bәndә Rəbbindən həya edərək çirkin söz və davranışlardan çəkinməlidir.

Allahdan çox həya edən kimsə, Ona üsyan etməkdən də çəkinər. Çünki, Allahın hər yerdə onunla birlikdə olduğunu bilər. Qulun söz və əməldə olan günahları, insanlar arasında nə qədər çox yayılarsa, günahın açığa çıxması da o, qədər böyük olar. İnsanlardan utanmayan, Allahdan da utanmaz. Kim utanmırsa istədiyini edə bilər. Çünki, onun bu günahları tərk etməsinə sәbәb – həyadır. Rəsulullah (ona Allahın salavat vә salamı olsun) buyurmuşdur:

“Həqiqətən də insanların Peyğəmbərlikdən öyrəndikləri ilk söz: «Әgər utanmırsansa/həya etmirsənsə, istədiyini et» – olmuşdur..” (Buxari)

 

Həya qəlbin maddəsidir, hər bir xeyirin tәmәlidir. Onun getməsi, bütün xeyirdən məhrum olmaq deməkdir. Peyğәmbәrimiz (ona Allahın salavat vә salamı olsun), utancaq bir sәhabәyә irad tutanları, bu işdәn çәkindirmiş vә buyurmuşdur: “Həyanın hamısı XEYİR’dir..” (Muslim)

Hәqiqәtәn dә, әgər həya yoxdursa, onu bu günahlardan çəkindirən maneə də yoxdur. Әgər Allahdan utanmırsa, istədiyi əməli edə bilər.

GÜNAHLAR – həqiqətən də qəlbi zəiflədir. Günahı edən şəxs, bu günahı etməsindən xəbərdar olmasına baxmayaraq, yenə də buna əhəmiyyət vermir. Çünki, bunu etməyə onu vadar edən – qəlbində həyanın olmamasıdır. Həya – insanlarda tәriflәnmiş bir əxlaqdır. Allahın elçisi (ona Allahın salavat vә salamı olsun) buyurmuşdur:

“Həya imandandır..” (Buxari vә Muslim)

 

Həya – həyat sözündən götrülmüşdür. Kimin həyası yoxdursa o, dünyada cansız bir cәsәd kimi, axirətdə isə bədbəxtlәrdәn olar. Kim günah etdiyi zaman Allahdan utanmazsa, Allah da qiyamət günü onu cəzalandırmaqdan utanmaz..

İnsanlardan bәzilәri, Allahdan da, insanlardan da utanmaz, hәya etmәzlәr. Onlar, әn şәrlilәrdir. Bәzilәri dә vardır ki, insanlar içindә (günah etmәkdәn) hәya edәr, lakin Allahdan -xüsusәn tәkbaşına qaldığı zaman- hәya etmәzlәr. Bu, insanı nifaq’a (münafiqliyә) addım-addım aparmaqdadır. Bilal b. Sә’d (Allah rәhmәt etsin) demişdir: “Aşkarda Allahın dostu, gizlindә isә O’nun düşmәni olma..” 

Uca Allah buyurur: “Onlar insanlardan gizlətsələr də, Allahdan gizlədə bilməzlər”. (Nisa, 108) Bu ayәdә, insanlardan utanaraq gizlənən, lakin insanları yaradandan utanmayanlar pisləmişdir. Çünki belə etməklə onlar yaradılanları yaradandan üstün tutmaqdadırlar.

 

Sözün özü: ӘXLAQIN QӘLBİ OLAN HӘYA İKİ NÖVDÜR: ALLAHA QARŞI VӘ MӘXLUQATA QARŞI. KİMİN ALLAH’A QARŞI OLAN ӘXLAQ VӘ HӘYASI DOĞRU OLARSA, ALLAH HӘMİN İNSANI, MӘXLUQLARA QARŞI ӘXLAQLI OLMAQLA ŞӘRӘFLӘNDİRӘR..

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Bənzər Məqalələr

featured-image-1704

Həya, nəfsin hər hansısa bir şeyi onda qüsur olduğundan ehtiyat edərək tərk etməsidir. Salim bin Abdullah bin Ömərin öz atasından (Allah hər ikisindən razı olsun) rəvayət etdiyi hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir kişinin öz qardaşına həya barəsində öyüd verdiyini eşidir və ona deyir: “Burax onu! Həya imandandır”. (daha&helliip;)

Bənzər Məqalələr

Bənzər Məqalələr