Peyğəmbər – sallallahu aleyhi və səlləm – qəlbi təmiz, bədəni təmiz, qoxusu xoş bir kimsə idi. Ətirlənməyi sevər və heç vaxt gözəl ətirdən imtina etməzdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm -in gəlişi xoş qoxusundan bilinirdi (əl-Albani «SəhihulCəmi»). Peyğəmbər – sallallahu aleyhi və səlləm – ona ikram edilən xoş ətirdən heç vaxt imtina etməzd (Buxari).

Misvaqlanmağı da sevərdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər ümmətimə çətin olmasaydı hər namazdan qabaq onlara misvaqlanmağı əmr edərdim» (İmam Əhməd). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Misvaq ağzın təmizləyicisi, Rəbbin rizasını da qazanmağa səbəbdir» (Nəsai). Aişə – radıyallahu anhə -dən “Peyğəmbər – sallallahu aleyhi və səlləm – evinə girdikdə ilk öncə nə edərdi?” deyə soruşulduqda o: «Misvaqdan istifadə edərdi» dedi. Soğan, sarmısaq yeyərək insanlara əziyyət verməyi qadağan edərdi. Cabir – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sarmısaq və soğan yeyən bizdən ayrı dursun (Başqa rəvayətdə: Çünki mələklər Adəm övladının narahat olduğu (əziyyət çəkdiyi) şeylərdən narahat olurlar» (Fəthul Bəri 2/339, Müslim 1/395). Evinə daxil olduqa: «Allahın adı ilə daxil olduq, Allahın adı ilə çıxdıq. Rəbbimizə təvəkkül etdik» deyər sonra da ailə üzvülərinə salam verərdi (Müslim). Təmiz bir şəkildə girmək və salam verməklə ailəni sevindir.

Share Button
Tarix: 06.06.2007 | Oxunma sayı: 419 baxış