İslam şəriəti müsəlmanlar arasında mehribançılıq və mülayimlik yarada biləcək hər bir vasitəni buyurmuşdur. Belə vasitələrdən biri salam vermək və müsəlmanlar arasında onu yaymaqdır. Həqiqətən müsəlman toplum arasında salamın yayılması həmin cəmiyyətdə məhəbbətin, mehribançılığın və ülfətin yayılmasına hədsiz dərəcədə təsir edir. Salam qəlblərdə olan kin-küdurəti, qəzəb və nifrəti yox edir və qardaşı qardaşa sevdirir.
Ona görə Peyğəmbər (sav) buyurmuşdur:
“İman gətirməyincəyə qədər cənnətə daxil olan deyilsiniz. Bir-birinizi sevməyincə də iman gətirməyəcəksiniz. Sizə elə bir şey deyimmi ki, onu etsəniz bir-birinizi sevəsiniz?! Öz aranızda salamı yayın”(Müslim: 1\ 74\ ? 54)

Mömin şəxs öz qardaşına salam verdikdə həmin adamın salamı qaytarması vacibdir. Beləliklə, hər iki tərəfdə mehribançılıq və ülfət yaranır.
Allah taala buyurur:
“Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır” (ən-Nisa: 86).
Salamın faydaları əvvəldə deyilənlər olduğu bir halda müsəlmana hər kəsə tanıdığı və tanımadıqlarına salam vermək əmr edilir. Salam sadəcə tanıyanlara verilmir və bununla müsəlman cəmiyyət bir-birini tanıyır.
Bir kişi Peyğəmbərdən (sav) soruşur: “Hansı İslam daha xeyirlidir?” Peyğəmbər (sav) buyurur: “Yemək yedizdirmək, tanıdığın və tanımadığın kimsələrə salam vermək”(Buxari: 1\ 55\ ? 12. Müslim: 1\ 65\ ? 39.)
Salam möminin şüarı və tutduğu yoldur. O, böyüyə və kiçiyə, tanıdığı və tanımadığı, dostu və düşməninə salam verər. Peyğəmbər (sav) buyurur:
“Müsəlmana öz qardaşı ilə üç gündən artıq küsülü qalması halal olmaz (qadağandır). Onlar bir-biri ilə qarşılaşdıqda bu üzün o tərəfə, o isə başqa tərəfə çevirir. Onların ən xeyirlisi birinci salam verəndir”(Buxari: 21\ 11\ ? 6237. Müslim: 4\ 1984\ ? 2560.)
Hədisdə Peyğəmbər (sav) küsülü insanları salam verməyə təşviq etmişdir. Çünki salam sülhün əldə edilməsi üçün çox mühüm vasitədir.

Hazırlayan:
R.Muradlı
Share Button
Tarix: 05.06.2007 | Oxunma sayı: 452 baxış