featured-image-957

bu, qadının öz zinət yerlərini açması və camaat arasında belə dolaşmasıdır.
Məlumdur ki, Allah taala qadına öz zinətini yad kişilərə göstərməsini haram etmiş və buyurmuşdur:
“Zinət yerlərini ərlərindən, yaxud öz atalarından ….. başqasına göstərməsinlər;…” (ən-Nur: 31).
“İlkin Cahiliyyət dövründəki kimi açıq-saçıq olmayın. (Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə göstərməyin!)” (əl-Əhzab: 33).

Açıq-saçıqlıq aşağıda deyilənlərə əsasən təhlükə və zərər olduğuna görə haram edilmişdir:
1. Açıq-saçıq geyinib bəzənmək kişiləri məftun edir. Kişinin məftun olması ona ziyandır. Bu, ac insana yemək göstərmək, sonra isə ona həmin yeməyi verməməyə bənzəyir. Həmçinin bəzənmiş və açıq-saçıq geyinmiş qadını görən kişi o qadına bağlanar, amma əli ona çatmaz. Bu da kişinin dininə, nəfsinə və düşüncələrinə ziyandır. Qadının hicab bağlaması isə kişi üçün salamatlıq və rahatlıqdır.
2. Açıq-saçıq geyinən qadın özü hiss etməsə də kişilərə “gəl” deyir. Onun belə geyinməsi namus və şərəfi¬nə təcavüz olunmağa səbəbdir.
3. Açıq-saçıqlıq müsəlman qadından tələb olunan iffətə ziddir. Çünki açıq-saçıqlığın, öz gözəlliyini yad kişilərə nümayiş etdirməkdən, gözəl üzünü və qəddi-qamətini onlara göstərməkdən başqa heç bir məqsədi yoxdur.
4. Açıq-saçıqlıq zinaya səbəb olan əsas amildir. Yuxarıda zinanın təhlükəsi və böyük günah olması haqda söz açmışdıq. Açıq-saçıqlıq isə ona aparan yoldur. Hansı qadın zinadan qurtulmaq və iffətli qalmaq istəyirsə, açıq-saçıq geyinməsin. Peyğəmbər  öz kəlamlarının birində açıq-saçıqlığı zina adlandıraraq buyurmuşdur:
“Öz evindən ətirlənib çıxan qadın – zinakardır”( Əbu Davud: 4\ 400, 401\ ? 4173. Tirmizi: 5\ 98, 99\ ? 2786. Nəsai: 8\ 532\ ? 5141. Titmizi hədisin həsənun səhih olduğunu demişdir.)

Onun bu əməlinə görə Peyğəmbər  ona zinakar demişdir. Çünki belə halda qadın ya zinakar qadınların etdikləri kimi, kişiləri özünə baxmağa çağırır, yaxud da bu əməlinə görə zinaya düşə bilər. Hamıya məlumdur ki, qadın yad kişilər tərəfindən daima istək mənbəyidir. Ona görə də qadının evindən bəzənib açıq-saçıq çıxdıqda qəlbləri xəstə olan kişilərin onlarla iki vəziyyəti ola bilər:
Birinci vəziyyət: Həmin yad kişi ona baxmaqdan ləzzət alar və şəhvətini bacardığı bu yolla ödəyər.
Ikinci vəziyyət: Yaxud bundan daha artığını, zina etmək və ya əl ilə toxunmaq üçün səy göstərməsi. Heç iffətli qadın razı olarmı ki, yad kişilərin ona baxaraq öz şəhvətlərini ödəmələri üçün mənbə olsun? Iffətli müsəlman qadın belə əməllərdə diqqətli olmalıdır.

Hazırladı:
R.Muradlı

Bənzər Məqalələr