Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm -in möhürü gümüşdən düzəldilmişdi. Üzüyün qaşı isə Həbəşistana aid bir daş idi. Yəni Yəmən Əqiqi idi. (Başqa rəvayətdə: Üzüyün daşı da gümüşdən idi. Onunla məktublara möhür vurardı. Möhürü barmağına taxmazdı. Üç sətir yazı yazılmışdır.

1 – MUHƏMMƏD, 2 – RƏSUL, 3 —ALLAH – MUHƏMMƏDUR RƏSULULLAH. Başqa rəvayətdə: LƏ İLƏHƏ İLLƏLLAH -MUHƏMMƏDUR RƏSULULLAH. Başqa rəvayətdə: BİSMİLLƏH, MUHƏMMƏDUR RƏSULULLAH kəlimələri yazılmışdı)1. İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – gümüşdən üzük düzəltdirmiş və mübarək barmaqlarına taxmışdı. Sonra Əbu Bəkr və Ömər – radıyallahu anhum – da barmaqlarına taxmışlar. Daha sonra Əris quyusuna düşənə qədər Osman – radıyallahu anhu -nun barmağında idi (Başqa rəvayətdə: Sağ əlinin barmaqlarına taxardı. Şəhadət barmağı ilə orta barmağa taxmağı qadağan etmişdi)2. Cabir – radıyallahu anhu – rəvayət edir ki: «Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm -in iki çiyni arasındakı Peyğəmbərlik möhürünü gördüm. Göyərçin yumurtası kimi qırmızıya çalırdı (Başqa rəvayətdə: Sol kürək sümüyünün üstündə idi)»3.

1.Tirmizi «Şəmaili Şərif».
2Tirmizi «Şəmaili Şərif».
3Tirmizi «Şəmaili Şərif».

Hazırlayan:
Kamal Hüseyn
www.islamevi.az

Share Button
Tarix: 01.06.2007 | Oxunma sayı: 1. 278 baxış