featured-image-901

1.Əbu Hureyrədən rəvayət olunur ki, Allah elçisi (sav) dəniz haqqında buyurmuşdur:
“Onun suyu təmiz və təmizləyən, tərkibindəki ölmüş heyvanlar isə halaldır”
(Trimizi, Əbu Davud)

2.Əbu Səid əl-Xudridən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur:
“Həqiqətən, su təmiz və təmizləyəndir və heç bir şey onu murdarlaya bilməz”
(Əbu Davud, Tirmizi)

3.Beyhəqinin rəvayətində deiylir:
“Su iyini, dadını yaxud rəngini dəyişmədiyi halda təmiz və təmizləyən maye olaraq qalır”

4.Abdullah ibn Ömərdən rəvayət olunur ki, Alllah elçisi (sav) buyurmuşdur:
” Əgər su iki küpə həcmində olarsa, onda o murdar olmaz”
Digər bir rəvayətdə isə deyilir: “onda su təmis olaraq qalar”
(Əbu Davud, Tirmizi, Nəsai)

5.Əbu Hureyrədən rəvayət olunur ki, Allah elçisi (sav) buyurmuşdur:
“Sizlərdən cünub halında olanınız durğun sulardan qüsl almasın” (Müslim)
Buxarinin rəvayətində deyilir” Sizlərdən durğun suda ( kiçik bayır edən), sonra orada qüsl almasın”
Müslimin rəvayətində deyilir” Ondan qüsl almasın”
Əbu Davud rəvayətində isə deyilir: “Orada cənabət qüslü almasın”

“Buluğul Məram” (Məqsədə Çatma) kitabı
Tərcümə edən :Rəsul Ömərov
www.islamevi.az

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı