featured-image-888

Onun Allah tərəfindən göndərilmiş Peyğəmbər olduğuna inanmaq, onu sevməyin vacib olduğuna, əmr etdiyi şeylərdə ona itaət etməyə, verdiyi xəbərlərdə onu təsdiq etməyə və heç bir sözü onun sözündən irəli keçirməməyə inanmaq deməkdir. Bu iki şəhadət kəliməsi bir-birindən ayrılmazdır. Buna görə də həm azanda, həm də təşahüddə bir yerdə zikr edilir. əl-İnşirah surəsinin 4-cü ayəsində: «Sənin ad-sanını, şan-şöhrətini ucaltmadıqmı?» (Yerdə, göydə səndən söhbət gedər, xütbələrdə adın çəkilər). Mücahid – rahmətullahi aleyhi – deyir: «Mən xatırlanacaq olsam mütləq sən də xatırlanacaqsan. Şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur və Məhəmməd Allahın qulu və Rəsuludur)
(İbn İshaq «Fadlus Saləti alən-Nəbi» s.86. əl-Albani mursəl hədis)

Məhəmməd Allahın qulu və bütün insanlara, hətta cinlərə göndərdiyi Rəsulu olduğuna dair dilin söylədikləri sözə uyğun olaraq, qəlbin dərinliyindən bunu təsdiq etmək deməkdir. «Ya Peyğəmbər! Həqiqətən, biz səni (ümmətinə) bir şahid, bir müjdəçi və bir qorxudan kimi göndərdik! Biz səni Allahın izni ilə ona tərəf çağıran və nurlu bir çıraq olaraq göndərdik!» (əl-Əhzab 45-46).
Buna görə də keçmişə dair verdiyi bütün xəbərlərdə, gələcəyə dair verdiyi bütün xəbərlərdə, halal və haram qıldığı bütün xüsuslarda onu təsdiq etmək, verdiyi əmrləri yerinə yetirmək, qadağan etdiklərindən uzaq olmaq. De ki: «Əgər Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarmızın üstünü örtüb sizi bağışlasın. Allah bağışlayan və mərhəmətlidir». (Ali-İmran 31). Əbu Hureyrə, Abdurrahmən b. Səhr -radıyallahu anhum -rəvayət edir ki, Rəsulullah -sallallahu aleyhi və səlləm – in belə buyurduğunu eşitdim: «Sizə nəyi qadağan edirəmsə ondan uzaq durun, nəyi sizə əmr etmişəmsə ondan bacardığınız qədər istifadə edin. Şübhə yox ki, sizdən əvvəlki ummətləri çoxlu sual vermələri və Peyğəmbərlərinə müxalif olmaları məhv etdi»
(Buxari, Müslim.)
Ona itaətin Allaha itaət olduğuna, ona üsyan etməyin Allaha üsyan olduğunu bilmək deməkdir. «Peyğəmbərə itaət edən şəxs – Allaha itaət etmiş olur. Kim üz döndərsə bil ki, biz səni onların üzərində gözətçi göndərmədik» (ən-Nisa 80). Çünkü Allahın risaləsini bizə təbliğ edən odur. Allah onun ilə dini bitirən, dinin təbliğini bitirmədən onun ruhunu almadı. O, ümmətini gecəsi gündüzü kimi aydın olan bir yolun üzərində buraxıb getdi. Ondan sonra bu yoldan həlak olandan başqası azmaz. «Onun əmrinə qarşı çıxanları başlarına gələcək bir bəladan, yaxud da düçar olacaqları bir əzabdan qorxsunlar» (ən-Nur 63). İmam Əhməd – rahmətullahi aleyhi -deyir: «Bu bəlanın nə olduğunu bilirsiniz? Bəla – şirkdir. Çünkü bir kimsə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in sözlərindən bəzilərini rədd edəcək olursa, qəlbinə bir miqdar azmaq düşər və sonda da məhv olar»
(Şeyx Useymin «Üç əsas» şərhi.)
O, Allahın quludur, ona ibadət olunmaz. Məhəmmədin Rububiyyətdə, kainatın idarə edilməsində, ya da ibadətdə haqq sahibi olduğuna heç bir şəkildə inanmamalıyıq. Əksinə o, quldur, ona ibadət edilməz, o bir rəsuldur. O, Allahın istədiyindən artıq nə özünə, nə də hər hansı bir kimsəyə nə fayda, nə də zərər vermək gücünə malikdir. De ki: «Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır. Mən qeybi də bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən özümə gələn vəhyə tabe oluram». De ki: «Kor görənlə bir olurmu? Məgər düşünmürsünüz!» (əl-Ənam 50). Ona əmr edilən şeylərə uyan bir əmirdir. De ki: «Mən sizə nə bir zərər, nə də bir xeyir vermək qüdrətinə malik deyiləm!» De ki: «Məni Allahdan heç kəs qurtara bilməz və mən ondan başqa heç bir sığınacaq tapa bilmərəm!» (əl-Cinn 21-22). De ki: «Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı qorxudan və müjdələyənəm» (əl-Əraf 188). Ömər – radıyallahu anfiu-rəvayət edir ki, Peyğəmbər -sallallahu aleyhi və səlləm – buyurdu: «Məni Xristianların İsa – əleyhissəlam – ı öydükləri kimi öyməyin. Mən bir qulam, deyin Allahın qulu və Rəsulu. Məni tərif etməkdə həddi aşmayın. Məni Allahın layiq bildiyi dərəcədən artıq yüksəltməyin. Rəbbim məni necə vəsf edibsə elə də vəsf edin»( Buxari, Əhməd.)
. Cündab b. Abdullah – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm ölümündən beş gün qabaq buyurdu: «Nə badə məndən sonra əvvəlkilər kimi peyğəmbərlərinin qəbirlərini ibadətgaha çevirəsiniz. Mən bunu sizə qadağan edirəm»(Müslim.)
. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İlahi mənim qəbrimi ibadət olunan büt etmə. Öz Peyğəmbərlərinin qəbirlərini məscidlərə (ibadət olunan yerə) çevirən bir qövmə Allahın şiddətli əzabı tutar.(İmam Məlik, Əhməd.)
Peyğəmbər- sallallahu aleyhi və səlləm -buyurdu: «Allah Yəhudilərə və Xristianlara lənət etsin. Çünki onlar Peyğəmbərlərinin qəbirlərini ibadətgaha çeviriblər»
(Buxari, Müslim.)
O, bütün yaradılmışlarm ən xeyirlisidir. Ən fəzilətli və Allah dərgahmda ən dəyərli insandır. Dərəcə etibarı ilə ən yüksək və Allaha ən yaxın olandır. «Biz səni aləmlərə ancaq bir rəhmət olaraq göndərdik». (əl-Ənbiya 107). Yalnız azmışlar Allahın rəhmindən üz döndərərlər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü insanların seyyidi mənəm, qəbri açılacaq ilk kişi mənəm. İlk şəfaət edən və şəfaəti qəbul olunacaq ilk kişi də mən olacağam»
(Müslim, Əbu Davud 4673, Musnəd 2/540.)
Ona kitab vermiş, dinin əmrini etmiş, risalətini təbliğ etməkdə və onu səhv etməkdən, xəta etməkdən qorumuşdu. «O, kefi istəyəni danışmır. Bu ancaq nazil olan bir vəhydir». (ən-Nəcm 3-4). Onun risalətinə iman etmədikcə, Peyğəmbərliyini qəbul etmədikcə heç bir kimsənin imanı səhih olmaz. Ona iman edən Cənnətə, ona üsyan edən Cəhənnəmə girər. «Allaha and olsun ki, onlar öz aralarında baş verən mübahisələrdə səni hakim təyin etmədikcə və verdiyin hökmlərə görə öz nəfslərində sıxıntı duymadıqca və sənə tam şəkildə itaət etmədikcə iman sahibi olmazlar». (ən-Nisa 65). «Hər kəs özünə doğru yol aşkar olduqdan sonra Peyğəmbərlərdən üz döndərib, möminlərdən qeyrisinin yoluna uyarsa onu istədiyi yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir». (ən-Nisa 115).
Allah onu aydınlıq, doğru yola dəvət etmək üçün göndərdi. Onun risalətini inkar etmək Allaha dil uzatmaq, hətta Allahı rədd və inkar etməkdir. Səvban – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, mənim ümmətimdən otuza yaxın yalançı çıxacaq. Onların hər birisi bir Peyğəmbər olduğunu iddia edəcəkdir. Mən isə Peyğəmbərlərin sonuncusuyam. Məndən sonra Peyğəmbər yoxdur»
(Buxari, Müslim, Əbu Davud 4252, Musnəd 5/278.)
O, insanlar içərsində Allahdan ən çox qorxan. «Sizin Allahdan ən çox qorxanınız və onun sərhədlərini ən yaxşı biləniniz də mənəm»
(Buxari, Ənəs b. Məlikin rəvayəti ilə.)
Allah onu insanlar arasmdan sevib, süzüb seçmiş və özünə yaxın bilmişdi. «Allah İbrahimi dost etdiyi kimi məni də özünə dost etdi»(Müslim.)
. «Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək yaraşmaz. Allah və onun Peyğəmbərinə asi olan şəxs şübhəsiz ki, haqq yoldan açıq-aydın azmışdır». (əl-Əhzab 36).
Heç şübhəsiz ki, ona tabe olan və ona uyan hər kəs təqva sahibidir. «Aralarmda hökm vermək üçün Allahın və Peyğəmbərinin yanına çağrıldıqları zaman möminlərin sözü ancaq eşiydik və itaət etdik deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır». (ən-Nur 51).
Muhəmməd – sallallahu aleyhi və səlləm – Peyğəmbərlərin (nəbilərin) və Rəsullarm sonuncusudur. Bütün insanlara göndərilmiş Rəsuldur. O, Allahın bir quludur, ona ibadət edilməz, o bütün yaradılmışlarm ən xeyirlisi, ən fəzilətlisidir. Allah dərgahmda ən dəyərlidir, dərəcəsi ən yüksək və Allaha ən yaxın olandır. O, haqqla, hidayətlə insanlara və cinlərə göndərilmiş bir peyğəmbərdir. Ona kitabmı endirmiş, dininin əmini etmiş, risalətini təbliğ etməkdə onu seçmişdi. Bu risaləti təbliğ etməkdə onu səhv etməkdən və xəta etməkdən qorumuşdur. Onun risalətinə iman gətirib, nübuvətinə şəhadət gətirməyincə heç bir qulun imanı səhih olmaz. Ona itaət edən Cənnətə, ona qarşı çıxan isə Cəhənnəmə girər.
Peyğəmbərimiz – sallallahu aleyhi və səlləm – i bilmək özündə bir neçə xüsusiyyətləri əhatə edir.

Hazırlayan:
Kamal Hüseyn
www.islamevi.az

Bənzər Məqalələr