• Miqdam ibn Mədikərbin (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Heç bir adam, öz əlinin əməyini (çalışaraq, işləyərək qazandığını) yeməkdən daha xeyirli bir şey əsla yeməmişdir. Allahın Peyğəmbəri Davud (ə) da əlinin əməyini (çalışaraq qazandığını) yeyərdi.” (Səhihi-Buxari, Kitabul-Buyu, C. 3, s. 9; Sünəni İbn Mace, Kitabut-Ticarət, 2138)

• Ənəs ibn Malik (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “İnsanların hümmət cəhətlə ən ulusu, həm dünya işinə, həm də axirət işinə səy göstərən mömindir” (Sünən-İbn Mace, Ktiabut-Ticarət, 2143.)

• Ənəs ibn Malik nəql edir. Hz. Peyğəmbər (s.ə.s) belə deyərdi (dua edərdi): “Allahım! Acizlikdən, tənbəllikdən, qorxaqlıqdan, düşkünlük dərəcəsinə enən ixtiyarlıqda və xəsislikdən sənə sığınıram.” (Səhihi-Buxari, Kitabud-Daavat, 38, 40, 42; Səhihi-Müslim, Kitabuz-Zikr, 2706; 10)

• Əmr bin As (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “İsraf etmədən və kibirlənmədən yeyin, sədəqə verin və geyinin.” (Səhihi-Buxari, Kitabul-Libas, 1.)

• Muğirə bin Şubə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “… Allah sizin üçün; dedi-qodunu və faydasız sözləri, çox sual verməyi, malı lazımsız yerə xərcləyib israf etməyi çirkin saydı.” (Səhihi-Buxari, Kitabul-Buyu, c. 3, səh. 87)

• Muğirə bin Şubə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “İnsanların çoxunun aldandığı və qiymətini bilmədiyi iki nemət vardır: Səhhət və boş vaxt” (Səhihi-Buxari, Kitabur-Riqaq, c. 7, səh. 170)

• Abdullah ibn Əmr (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Müsəlman olub da özünə kifayət qədər rizq verilmiş olan və Allahın verdiyinə qənaət edən şəxs mütləq qurtulmuşdur.” (Səhihi-Müslim, Kitabuz-Zəkat, 43)

Hazırlayan:
Gültəkin Abdullayeva
www.islamevi.az

Share Button
Tarix: 17.05.2007 | Oxunma sayı: 877 baxış