featured-image-811

• Əbu Hüreyrə (r.a.) Hz. Peyğəmbərdən (s.ə.s) rəvayət etmişdir: “Burnu torpaqda sürtünsün; burnu torpaqda sürtünsün; burnu torpaqda sürtünsün”. Kimin Ya Rəsulallah! deyə soruşdular. Hz. Peyğəmbər (s.ə.s): “Qocaldığında anasına, atasına; onlardan birinə yaxud ikisinə də yetişən, ancaq onlara yaxşılıq etmədiyi üçün cənnətə girməyən kimsənin…” buyurdu. (Səhihi-Müslim, Birr Kitabı, Hədis: 2551)

• Əbu Hüreyrədən (r.a.) rəvayət olunmuşdur: Bir adam: “Ya Rəsulallah! Mənimlə söhbət etməyə ən çox haqqı olan kimdir?” deyə soruşdu. Hz. Peyğəmbər (s.ə.s) də “Anandır, sonra anandır, sonra anandır; sonra atandır. Sonra da dərəcə dərəcə yaxınlarındır.” buyurdu. (Səhihi-Müslim, Birr Kitabı, Hədis: 2 (2548); Sünəni- Tirmizi, Birr və Sila Babı, Hədis: 1959)

• Abdullah ibn Məsuddan (r.a) rəvayət edilir: Rəsulullaha (s.ə.s) “Hansı əməl daha fəzilətlidir?” deyə soruşdum. Rəsulullah (s.ə.s) “Vaxtında qılınan namaz” buyurdu. “Sonra hansıdır?” dedim. “Ana-ataya yaxşılıq etmək” dedi. “Sonra hansıdır?” deyə soruşdum. “Allah yolunda cihad etməkdir” buyurdu. (Səhihi-Müslim, İman Kitabı, 137)
• Peyğəmbərdən (s.ə.s) hansı əməlin daha fəzilətli olduğu soruşulduqda: İlk öncə “Allah Təala və Rəsuluna iman etməyi,” sonra “Allah Təala yolunda cihadı,” ondan sonra da “qəbul olunan həcc” buyurmuşdur. (Səhihi-Buxari, İman Kitabı, 19)

• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Allah Təalaya və axirət gününə inanan kimsə qonşusuna əziyyət etməsin. Allah Təalaya və axirət gününə inanan kimsə qonağına ikram etsin. Allah Təalaya və axirət gününə inanan kimsə ya xeyir (söz) söyləsin ya da sussun.” (Səhihi-Buxari, Kitabül-Ədəb, c. VII, səh. 78-79)

• Əbu Hüreyrədan (r.a) rəvayət edilir: Rəsulullah (s.ə.s) (bir gün üç dəfə arxa arxaya and içərək) “Allah Təalaya iman etmiş olmaz! Allah Təalaya iman etmiş olmaz! Allah Təalaya iman etmiş olmaz!” buyurdu. (Oradakılar): “Ya Rəsulallah! Bu iman etməyən kimdir?” deyə soruşdular. Rəsulullah (s.ə.s): “Zülmündən və şərindən qonşusunun əmin olmadığı kimsə” deyə cavab verdi. (Səhih-Buxari, Ədəb Kitabı, c. VII, səh. 78)

• Əbu Hüreyrə (r.a) deyir: «Bir kişi Peyğəmbərin (s.ə.s) yanına gəlib dedi: “Ey Allahın elçisi! Kimə daha çox qayğı göstərməliyəm?” O dedi: “Anana”. Kişi soruşdu: “Sonra kimə?” Peyğəmbər (s.ə.s) dedi: “Anana”. Kişi təkrar soruşdu: “Bəs daha sonra kimə?” O yenə cavab verdi: “Anana”. Kişi bir daha soruşdu: “Bəs daha sonra kimə?” Peyğəmbər (s.ə.s) Bu dəfə dedi: “Atana”» «əl-Buxari, 5971»

• Abdullah bin Amrdan (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «Kişinin valideynlərini lənətləməsi (söyməsi) böyük günahlardandır” -Səhabələr: “Ey Allahın elçisi! Kişi valideynlərini lənətləyərmi?” – deyə soruşduqda, o dedi: “Birinin ata-anasını söyür, o da qayıdıb onun ata-anasını söyür”» «əl-Buxari, 5973»

• Əbu Hüreyrə (r.a) belə rəvayət edir: «Mən müşrik olan anamı İslama dəvət edirdim. Bir gün yenə onu dəvət etdikdə, Peyğəmbər (s.ə.s) haqqında nalayiq sözlər dedi. Mən ağlaya-ağlaya Peyğəmbərin (s.ə.s) yanına gəlib, dedim: “Ey Allahın elçisi! Mən anamı islama dəvət edirdim, o bunu inkar edib, sənin haqqında nalayiq sözlər dedi. Allaha dua et, Əbu Hüreyrənin anasına hidayət versin! Peyğəmbər (s.ə.s) dedi: “Allahım, Əbu Hüreyrənin anasına hidayət ver!” Mən Peyğəmbərin (s.ə.s) duasından sonra sevincək evə getdim. Qapıya çatdıqda anam ayaq səslərimi eşitdi və mənə yerimdə durmağı əmr etdi. Sonra çimib (qüsl edib) paltarını geyindi, qapını açıb mənə dedi: “Əbu Hüreyrə! Şəhadət verirəm ki, Allahdan başqa (ibadət haqqı olan) məbud yoxdur və Məhəmməd Onun qulu və elçisidir”. Mən sevincimdən ağlaya-ağlaya Peyğəmbərin (s.ə.s) yanına gəlib ona dedim: “Ey Allahın elçisi! Gözün aydın! Allah sənin duanı qəbul etdi və Əbu Hüreyrənin anasına hidayət verdi» «Müslim, 6346»

Hazırlayan:
Gültəkin Abdullayeva
www.islamevi.az

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı