Zinanın (qeyri-qanuni cinsi münasibətin) fəsadları:

1- Zinakar, insanlar arasında gözü kölgəli olur.

2- Zina namusu ləkələyir.

3- Zina qəlbi qaraldır və onu sıxıntıya salır.

4- Zina ailədə fəsada səbəb olur, ərlə-arvad arasında olan münasibətləri korlayır.

5- Uşaqların tərbiyəsinə pis təsir edir.

6- Zina, əsil-nəcabətin bilinməməsinə və soy kökün itib batmasına səbəb olur. Bu da gələcəkdə yaxın qohumların, hətta bacı-qardaşın bilmədən bir-biri ilə evlənmə təhlükəsini ortaya qoyur.

7- Bəzən zinakarlar qeyrətin qurbanına çevrilir.

8- Əksər hallarda zina səbəbi ilə dünyaya gələn uşağın atasının kim olduğu bilinmir, bu uşaq müdafiəsiz, mərhəmətsiz və sevgisiz böyüyür. Sağlam və rahat həyatdan məhrum olur.

9- Zinakarların əksəriyyəti narahatlıq hissi ilə yaşayır, yaxınlarının onların bu çirkin əməllərindən xəbər tutacağından qorxurlar.

10- Zinanın yayılması cəmiyyətin xarab olmasına gətirib çıxardır, səbəblərdən biri, valideyn nəvazişi və diqqəti olmadan böyüyən uşaqlar əksər hallarda korlanır, cəmiyyətin zərərli üzvlərinə çevrilir.

11- Zina, QİÇS və s. kimi təhlükəli yoluxucu xəstəliklərin yaranmasına və onların yayılmasına səbəb olur.

12- Zina edən şəxs tez-tez yalan danışmaq məcburiyyətində qalır.

13- Zina malın israf olmasına səbəb olur.

14- Bəzən bir nəfərin zina etməsi, onun bütün xalqının adına xələl gəlməsinə səbəb olur.

15- Zina həmçinin boşanmalara və ailələrin dağılmasına səbəb olur.

16- Zina vicdan əzabına və unutqanlığa səbəb olur.

17- Əksər hallarda zina səbəbi ilə dünyaya gələn uşaq, anası ilə qalmalı olur,
bu da qadının qayğılar ilə yüklənməsinə səbəb olur.

18- Zina səbəbi ilə, övladlarının olub-olmaması bəlli olmadığı üçün kişilərin mirasının kimə qalacağı bilinmir, Haqq – ədalət pozulur.

19- Zina, qohumluq münasibətlərinin aradan qalxmasına səbəb olur. İnsanlar yalnız analarını və nənələrini tanıya bilirlər, hətta bəzən bu da mümkün olmur. Ona görə də yeni nəsil onlara sevgi və inamı itirir.

20- Zinanın çoxalması Qiyamətin yaxınlaşmasıdır.

Qurani-Kərimdə Uca Allah buyurur:
“Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və pis bir yoldur.”
{İsra surəsi, 32-ci ayə}

 

A.Azad

Bənzər Məqalələr