Beş böyük peyğəmbərdən olan Hz. Musa’nın nə ailəsi, nə evi, nə də işi var idi.. Böyük çətinliklərlə üzləşmiş, hətta onu təqib edən insanlardan qorunmaq üçün, yaşadığı yerdən də qaçmaq məcburiyyətində qalmışdı. Mədyən diyarına gələn Musa peyğəmbər (aleyhissalam), uzun və çətin hekayənin sonunda, sakitcə kənara – ağac kölgəsinə çəkilərək, acizanə bir dua etdi..

 

رَبِّ إِنِّي لِمَا أَنْزَلْتَ إِلَيَّ مِنْ خَيْرٍ فَقِيرٌ

Transkr: [Rabbi inni liməə ənzəltə ileyyə min xayrin fəqir]

Tərc: [Ey Rəbbim! Sənin mənə bəxş edəcəyin hər xeyrə möhtacam] (Quran, 28/24)

 

O dua, Onun həyatını dəyişdi. Əzəmətli bir dua idi ki, Allah tərəfindən qəbul edildi. İşi də oldu, evi və ailəsi də.. Həm də peyğəmbər (Hz. Şueyb) qızı ilə bir ailə.. Tur dağında Allahla danışması isə, etdiyi duanın ən böyük mükafatı idi.. ‘Ey Rəbbim’ deyə, tam əmin və səmimi bir qəlblə edilən dualara, Rəbb tərəfindən geri çevrilməz.. Bu möhtəşəm duanı dildən düşürməyərək, əl açaraq edilən dua və yalvarışlarda istifadə etməkdə böyük qazanclar vardır.

 

Tam və geniş məlumat üçün Qasas surəsini [1-51 ayələr] oxumağı tövsiyə edirik.

 

 

 

Ayxan Yaquboğlu (islamevi.az)

 

 

Bənzər Məqalələr