İslam dininin 8 marta ehtiyacı yoxdur, bilirsizmi nəyə görə? Çünki, qadınların insan yerinə qoyulmadığı dünyada, qadın haqlarını düz 14 əsr bundan öncə İslam artıq möhkəm şəkildə formalaşdırmışdı. Bu haqda araşdırma etmək istəyən hər bir kəs, yüzlərlə Quran ayəsi və Hz. Muhəmməd sözlərilə qarşılaşacaq.

 

Qərb isə, hələ 19-cu əsrdə yəhudi Clara Zetkin’in yürüşü ilə “qadın hüquqları” deyə bir məfhumdan xəbər tutmuşdur.

Qadının dəyəri və haqları, 14 əsr bundan öncə verilmişdir. Bu gün, Qərbin dünyaya – sanki o günə qədər qadın haqları yox imiş – kimi “təqdim” etdiyi bu “bayramlar”, əslində dinimizə qarşı da hörmətsiz yanaşmadır. Necə yəni yox idi? Qadına verilən dəyəri, sən dinini yaxşı bilən #MüsəlmanQadın’dan soruş..

 

P.S. Qadına qarşı ən çox şiddətin olduğu yerlər, bu gün də, qərb ölkələridir. Hər saniyə qadına qarşı nə qədər cinayətin işləndiyi haqdakı statistikalara, özünüz internetdən axtarış verib baxa bilərsiz. Təbii ki, gecə-gündüz “qadın azadlığı”ndan danışan qərb ölkələri ilk sıralardadır. Müsəlman ölkələrində şiddət yoxdur demirik. Əgər bir yerdə bu cür haqsızlıqlar varsa, deməli İslam dini orada ancaq ad olaraq vardır.

Qadın haqları və ya bunu simvolizə edən günlərin əleyhinə deyilik, bir müsəlman olaraq sadəcə olaraq yanlış təbliğatlara qarşıyıq. Yəni, “əşşi, burada nə varee, bayramdır da, qadınları sevindiririk” – deyiləcəksə, öncədən buna da reaksiyamızı göstərmiş olaq 🙂

 

Uzun sözün qısası, bir günlük riyakar; qadın üzərindən inanılmaz pulların qazanıldığı bu “bayram”, heç bir işə yaramır, çünki mənəviyyat boşluğu olduğu yerdə, heç bir şey işə yaramaz.

 

 

Ayxan Yaquboğlu (islamevi.az)

Share Button
Tarix: 08.03.2021 | Oxunma sayı: 490 baxış