Sual: Sədəqə ilə hədiyyənin fərqləri nədir? Bir müsəlmana verdikdə, hansını niyyət edib və necə versək daha çox savab əldə edə bilərik?

Növbəti sualım: hər kəs qəbul edə bilərmi? Biri mənə sədəqə versə mutləq və qeyd-şərtsiz qəbul etməliyəm, yoxsa hansı hallarda əksi ola bilər?

 

Cavab: 1. İslam alimləri sədəqə ilə hədiyyə arasında bəzi fərqlər qeyd ediblər. Sədəqə – sırf Allahın razılığını və savab qazanmaq üçün verilir. Lakin hədiyyəni isə, hədiyyə verilən şəxsə hörmət, sayğı olaraq da verilir.

Həmçinin, hədiyyə verdikdə, adətən kiməsə qarşı duyulan sevgi, bağlılıq səbəbi ilə verirsən, sədəqəni isə, kiməsə yazığın gəldiyi üçün, möhtac olduğu üçün verirsən.

2. Sədəqəni qəbul edə bilərsiz, çünki sədəqəni zənginə də vermək icazəlidir. Lakin məşhur alim Nəvəvi qeyd edir ki, varlı adamın sədəqəni xoş bir şəkildə qəbul etməməsi daha doğru, Peyğəmbərimizin yoluna daha uyğundur.

 

 

Suallar www.islamevi.az saytının elmi heyəti tərəfindən cavablandırılır. Sualınızı instagram ünvanımızdan (direct) verə bilərsiniz.

Bənzər Məqalələr