Allaha və Onun dininə düşməçilik edənlər, Quranı gözdən salmaq üçün, onun şeytanlar vasitəsilə kahinlərə nazil edildiyini deyərək, çox gülünc və zavallı iftiralar atırdılar. Əslində bu, Allahın dini qarşısında çarəsizliyin nəticəsi idi.. Uca Allah Şuəra surəsində, İslama iftira atanların “iddialarını” rədd edərək, Quranın şeytanlar vasitəsilə kahinlərə nazil edilmədiyi haqda danışdıqdan sonra, növbəti ayələrdə, Şeytanın əslində kimlərə nazil olduğu haqda belə buyurur:

 

“Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir yalançıya və günahkara nazil olarlar.” (Şuəra, 221-222)

 

Yəni, kahinləri falan boş verin, şeytan elə sizin özünüzə nazil olur ki, bu cür iyrənc böhtan propoqandası ilə məşğul olursuz.. Digər günahların deyil, məhz – hər eşitdiyini danışan yalançı və iftiraçıların xüsusi olaraq qeyd olunması çox düşündürücüdür, elə deyilmi? Belə anlayırıq ki, dilini saxlamayaraq yalan-böhtanla məşğul olanlar və hər eşitdiyini danışanlar – şeytana yaxınlıq baxımından digər günahkarlardan bir addım “öndədirlər”.

 

 

Ayxan Yaquboğlu (islamevi.az)

Share Button
Tarix: 31.01.2021 | Oxunma sayı: 245 baxış