“İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır/şəfqətlidir!” (Quran, 2/207)

 

İbn Abbasın rəvayətinə görə, bu ayə, Suheyb b. Sinan ər-Rumi haqqında nazil olmuşdur. Məkkə müşrikləri onu yaxalamış və dinindən döndərmək üçün işgəncələr verirdilər. Suheyb, Məkkəlilərə “Mən yaşlı adamam, malım (pulum) da var. Sizlərdən və ya düşmənlərinizdən olmağımın sizə bir zərəri olmaz. Mən bir söz verdim və ondan dönməyi əsla düzgün hesab etmərəm.. Malımı və əşyalarımı sizə verər, dinimi sizdən satın alaram” – demişdi. 

Məkkə müşrikləri bu təklifə razı olmuş və Suheybi buraxmışdılar. Suheyb oradan çıxıb, Mədinəyə gələrkən, yuxarıdakı ayə nazil oldu. Şəhərə daxil olarkən onu görən Hz. Əbubəkr (Allah hər ikisindən razı olsun) “alış-verişin qazanclı olsun, ey Suheyb!” – demiş, o da, “sənin alış-verişin də ziyana uğramasın” – deyə, bu təbrik və duaya, elə duayla da cavab vermişdi.

 

Ayxan Yaquboğlu (islamevi.az)

Bənzər Məqalələr